Həqiqət və Rəzalət
Yazıçı Əli İldırımoğlunun
“Daş yağan gün” romanındakı bir epizodun bu
günümüz üçün də çox aktual
olduğunu nəzərə alıb oxuculara təqdim edirik.
(Əvvəli
ötən şənbə sayımızda)
O, xəyallanaraq,
“həmin müqavilənin səbəbkarı kimi İran
şahı ilə rus çarının qarşısında
diz çöküb baş əyər və onların əlindən
öpərdim”. Daxilən düşündü və nikbin əhvaliruhiyyə
ilə:
- Yeznə,
bunu birinci dəfədir sizdən eşidirəm. Elə düz eləyib bizim düşmənləri
ikiyə bölüblər. Müsəlmanlara
o da azdır.
Solomon
Betkerin də, həmsöhbətini məmnun etdiyi
üçün kefi duruldu və:
- Səbr
elə, fikrimi tamamlayım, sonrası daha maraqlıdır, -
deyib əlavə etdi:
-
Rusiyanın İrandakı səfiri Aleksandr Sergeyeviç
Qriboyedevin başçılığı ilə əvvəlcədən
hazırlanmış həmin müqavilənin bir maddəsində
İranda yaşayan xristianların Rusiya ərazilərinə
köçürülməsi məsələsi də nəzərdə
tutulmuşdu. Həm də İran şahına
tövsiyə olunmuşdu ki, onların
köçürülməsinə mane yox, kömək etsin.
Bu məsələnin həllini tezləşdirmək
üçün Qafqaz cəbhəsinin baş komandanı
İvan Fyodoroviç Paskeviç milliyyətcə erməni
olan polkovnik Lazerevi teztələsik Təbrizə komendant təyin
eləyib. Və İranda yaşayan ermənilərin
Rusiya ərazilərinə köçürülməsini təşkil
etmək üçün Lazerevə xeyli qızıl və
gümüş pul verilib. Lakin İran erməniləri
yurdyuvalarını atıb Rusiya ərazisinə köçməkdən
imtina edirdi. Onda Lazerev təbliğat
maşınını işə salıb, erməniləri dilə
tuturdu ki, İran sizin üçün əlverişli məkan
deyil. Rusiya ərazisinə köçsəniz, orada
xoşbəxt həyat taparsınız, firavan
yaşayarsınız... Beləliklə, Lazerevin
təkidi ilə üç ay yarım ərzində
İrandan Rusiya ərazisinə 40 mindən çox erməni
ailəsi köçürüldü. Lakin
onlar ucsuzbucaqsız rus torpaqlarına yox, Cənubi Qafqazın ərazisində
məskunlaşdırıldı. Köçkünlərin
əsas hissəsi Naxçıvan, Qarabağ, bir qismi də
İrəvan xanlıqlarının ərazisində yerləşdirildi.
Naxçıvanda torpaqlar az olduğu
üçün oradakı ermənilərin də xeyli hissəsi
Qarabağa göndərildi.
Andranik
Poqosyanın gözləri işıqlandı və sevincini
gizlətmədən:
-
Yaxşı, yeznə, belə bir məlumatı hardan
almısan? - həvəslə soruşdu.
Slomen
Betker ona belə cavab verdi:
- Əvvəla, rus yazıçısı və
jurnalisti Sergey Nikolayeviç Qlinkanın kitabında bu məsələ
geniş və dəqiq şərh edilib. İstəsəniz,
tapıb oxuya bilərsiniz. Səhv etmirəmsə,
o kitab 1831ci ildə Moskvada Şərq Dilləri
İnstitutunun mətbəəsi tərəfindən nəşr
olunub. Həmin yazıçı 1775ci ildə
anadan olub, 1847ci ildə dünyasını dəyişib.
Onun kitabı məndə vardı, tarixçi
yoldaşlardan biri istədi, verdim. Sonra
kitabı qaytarmağa üzüm gəlmədi, elə onda
qaldı. Bundan əlavə tarixçi
alimlərdən də bu barədə çox eşitmişəm.
Düzdür, erməni alimləri də öz
tarixləri barədə bir neçə əsər nəşr
etdiriblər. Ancaq onların
yazdıqları o qədər də inandırıcı deyil.
Çünki faktların çoxunu öz milli,
məkrli maraqlarına uyğun şəkildə
saxtalaşdırıb və çoxlu təhriflərə yol
veriblər. Rus tarixçilərinin
yazdıqları nisbətən daha dəqiqdir. Hazırda Dağlıq Qarabağda və
Naxçıvanda yaşayan ermənilərin əksəriyyəti,
bayaq dediyim kimi, son vaxtlarda kənardan köçüb gələnlərdir.
Məsələn, tanınmış rus tədqiqatçısı
N.Şavrov hələ 1911ci ildə yazmışdır ki,
hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min nəfər
erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi
deyil. Onları bura biz, yəni ruslar
köçürüb gətirmişik. Lakin
erməni alimləri əllaməlik edib, bunu başqa cür
yozurlar. Guya ki, bu ərazilər, hətta
azərbaycanlıların yaşadığı dədəbaba
torpaqlarının çoxu belə tarixən onlara məxsusdur.
Əlbəttə, bu, cəfəng fikirdir.
Məsələn, erməni tarixçisi
Aşot Osipoviç Artunyan Andranik Ozanyanın tərifini
göylərə qaldırıb və kitabında göstərir
ki, o, humanist, alicənab sərkərdə olub. Eyni zamanda Andranik Ozanyanın 1924cü ildə
Amerikada dərc etdirdiyi “Qafqaz cəbhəsi” gündəliyindən
misal gətirir. Həmin gündəliyə
görə Andranik Ozanyan 1915ci ilin aprelində Türkiyənin
Dalaman ətrafındakı bir kəndində 700 nəfər
günahsız insanı amansızcasına qətlə yetirib.
Tarixçi yoldaşlardan biri mənə
danışıb ki, o vaxtlar Andranik Ozanyan müsəlmanlara
qarşı misli görünməmiş cinayətlər
törədib. İş o yerə çatıb ki,
Altıncı Qafqaz korpusunun komandiri, generalmayor Dmitri
Konstantinoviç Avatsiyev Baş Qərargaha raport yazıb ki,
Andranik Torosoviç Ozanyan müsəlmanlara qəddarcasına
divan tutur, şəhər və kəndləri
qırıbtalayır, dinc əhalini qocalıcavanlı qətlə
yetirir...
Solomon
Betker əsəbiləşən kimi oldu və:
- Ay mənim
əzizim, təəssüf ki, sizin erməni millətinin
içərisində belələri çoxdu, - dedi. -
Çeburdanidzenin sizə dediyi kimi, əgər Mağalyan
adlı dələduz bir erməni amerikanları aldadıb, təkcə
Azərbaycanda yox, bütün dünyada dahi bəstəkar
kimi məşhur olan Üzeyir Hacıbəyovun “Arşın
mal alan” komediyasını öz adına
çıxırsa, erməni alimlərinin “Azərbaycan
torpaqları tarixən bizim olub” - deməsinə təəccüblənmək
lazım deyil. Buna sadəcə olaraq, gülmək
lazımdır. Gərək tarixçi
tarixi özünə güldürməsin. Onu da düşünürəm ki, bu günsabah
Silvadan uşaqlarımız olacaq. Ermənilərin
ünvanına xoşagəlməz sözlər deyiləndə
bundan mənim övladım xəcalət çəkəcək.
Bütün bunlara baxmayaraq, qohum olandan sonra mən də,
övladlarım da mütləq ermənilərin təəssübünü
çəkməliyik, başqa cür ola
da bilməz.
Solomon Betker ikrahla başını buladı və onun
baxışlarında acı bir istehza dolaşdı. Dərin fikrə gedən
qayınatasına yarızarafatla:
- Baax, beləbelə
işlər, mənim sevimli Silvamın atası, hörmətli
qayınatam, - dedi. - Gördüm, bu hadisələrdən hali
deyilsən. Ona görə uzunuzadı danışıb
sizi yorsam da, istəyirəm, məsələnin əsl
kökünü biləsiniz.
Andranik Poqosyan yeznəsinin fikrini təkzib etməyə
söz tapmadığı üçün dillənmədi. Solomon Betker sifətini
turşudaraq:
- Yəqin
ki, o “əclaf” dediyiniz gürcü alim işlədiyi arxivin sənədlərindən
bunları dəqiq bildiyi üçün adını
daşıdığınız Andranik Torosoviç
Ozanyanın şərəfinə badə qaldırmağı
özünə rəva bilməyib. Ondan zəhləniz
getsə də, görünür, Eduard Çeburdanidze
özünəsözünə hörmət eləyən, ləyaqətli
adamdır. Siz də nahaq yerə onun
sözlərindən əsəbləşmisiniz. O
cür prinsipial adamlardan mənim də xoşum gəlir. Bir də ki, çalışın
tanımadığınızbilmədiyiniz adamların
yanında Andranik Ozanyan barədə söhbət salmayın.
Axı, köhnə palan içi tökməyin
nə mənası var?!
Solomon Betkerin dodağı qaçdı. O gülümsəyərək:
- Andranik
torosoviçlərə, paskeviçlərə, qriboyedevlərə,
lazerevlərə... minnətdar olun ki, Qafqazda, xüsusən
müsəlman torpaqlarında siz ermənilərə geniş
meydan verilib. Atınızı sağa da
çapırsınız, sola da. Nə qədər
ki, onların xələfləri yaşayır, sizə zaval
yoxdur. Bundan əlavə Amerikadan, Fransadan
belə bütün erməni lobbisi də arxanızdadır.
Ancaq düşünürəm ki, tarixi
baxımdan tutduğunuz bu yolda sizi heç də yaxşı
aqibət gözləmir. Çalışın,
özünüz özünüzə güvənin. Güclülərin qoltuğuna qısılıb
başqalarına dirsək göstərməyin axırı
yoxdur. Ermənilər tarixən
başqalarının əlində alətə çevrilib,
Qafqazın abhavasını korlamaqla öyünürlərsə,
buna ancaq istehza etmək olar. Erməni millətçiləri
bir vaxt ayılıb başa düşəcəklər ki,
türklərə, xüsusilə azərbaycanlılara
qazdıqları quyuya özləri düşüb. Bunu mən yox, yaşadığımız və
yaşayacağımız tarix deyir.
Ortalığa ağır sükut çökdü. Solomon Betker nə
demək istəyirdisə, Silva otağın
qapısını açıb içəri daxil oldu. Silvanın nazqəmzə ilə Solomon Betkerlə
yanaşı oturması söhbətin istiqamətini dəyişdi.
Onlar xoş əhvaliruhiyyə ilə
danışıb şənləndilər. Andranik üzə vurmasa da, Solomon Betkerin bayaq dediklərindən
sonra ovqatı təlx olmuşdu. Bunu hiss edən
Solomon Betker qayınatasının könlünü alıb
onda xoş ovqat yaratmaq üçün nə qədər məzəli
sözlər danışsa da, Andranik Poqosyanın
qaşqabağı açılmırdı. Eduard
Çeburdanidzenin, Solomon Betkerin dedikləri barədə
düşünüb dərin fikrə getmişdi. Onun xəyal dünyasında gözünə İrəvan
məliklərinin yürütdüyü millətçilik
siyasətinin girovuna çevrilməkdən bezmiş
ucubucağı görünməyən erməni
köçü görünürdü. Onlar
illərdən bəri işlətdikləri bəd əməllərin
ucbatından tezgec üzləşəcəkləri faciəni
anlayıb, məskunlaşdıqları torpaqları,
yurdyuvalarını atıb müxtəlif xarici ölkələrə
üz tutmuşdular. Eduard Çeburdanidzenin, Solomon
Betkerin sözlərindən sonra gözlərinə qatı
duman çökən Andranik Poqosyan, xaraba qalan erməni şəhər və kəndlərini göz
önünə gətirib vahimələnir və Hayastan
dağlarını dumançən almamış sanki
özü də o köçə qoşulub hara isə
baş alıb getmək istəyirdi.
lll
Andranikin Solomon Betkerin dəm-dəsgahlı evində
günü xoş keçirdi. Ondan olsaydı, yeznəsinin
evində aylarla qalardı. Ancaq bazar günü yola
düşmək qərarına gəldi. “MoskvaYerevan”
qatarına əyləşib yola düşdü. O,
arxası üstə uzanıb, Moskva səfəri barədə
təəssüratını xatırladı. “Silva
ağıllı iş görüb. Cibində
siçan oynayan gədəgüdələrdənsə,
Betker kimi yaşlısı yaxşıdır. Bir də ki, cavana gedən yumruq yeyər, qocaya gedən
quyruq. Həm də yəhudilərin hər
yerdə sözü keçir. Betker kimi məşhur
bir alim bizə lazımdır. Harda olsa, ermənilərin
tərəfini saxlayacaq. Ondan olanlar da əmdiyi
südə çəkəcək, ermənilərin
sözünü deyəcək. Qoy bizim hər
yerdə, dünyanın bütün ölkələrində
təəssübkeşlərimiz olsun. Eh Silva! Silva! Mənim
ağıllıkamallı qızım! Doğrudan
da atana çəkmisən. Ata-babaların
kimi uzaqgörənsən. Biz azsaylı
xalqıq. Lakin dünyanın əksər
dövlətlərinin başında duranların cilovu əlimizdədir.
Gündoğandan günbatana hər yerdə erməni
barmağı var, bizə zaval yoxdur. İndən
belə mənim Silvam barmağını hara tutsa, Betker
üzünü ora çevirməlidir”.
Andranik düşüncələr aləmində yuxuya getdi. Hərdənbir Eduard Çeburdanidzenin, tikanlı sözlərini xatırlayıb sayıqlayırdı:
- Ara,
Eduard! Eduard! Yalvarıram! Yalvarıram! Burada mənə dediklərini
başqa yerdə açıbağartma! Danışsan,
xaç sənə qənim olsun. Ey Eduard! Eduard! Bəyənmədiyin o müqəddəs ada ləkə
yaxma. Dinimiz sənə qənim olar.
Andranik, Nijdeh, Dro, Mikoyan, Şaumyan fəxrimizdir. Onlara qara yaxma. Sən
gürcü yox, əclafın əclafısan. O kim ki, səni vəzifədən qovub, onun
başına dönüm! Əlacım olsa, o
müsəlmanlar kimi sən Eduard Çeburdanidzenin də
başını bədənindən üzərəm.
Kupenin qapısı tıqqıldadı. Dəmiryolçu qiyafəsində
olan və saçları oğlansayağı
qısaldılmış gonbul qadının kal səsi
eşidildi:
- Vətəndaşlar,
tələsin! Çatmışıq! Artıq Yerevandır.
- Sən əclafsan!
Səndə xaçpərəst qanı yoxdur! Eduard! Eduard! Yəqin
bir gün əlimə düşərsən! Onda
hesablaşarıq. Başını müsəlman
başı kimi əzməsəm, anamın südü mənə
haram olsun...
- Vətəndaş,
nə Eduard, nə Çeburdanidze? Kimin
başını əzirsən? Artıq Yerevandır,
şəhərə çatmışıq! - Vaqon bələdçisi
hələ də sayıqlayan sərnişini təkrar-təkrar
xəbərdar edib, növbəti kupeyə keçdi. İstidən
qantərə batmış Andranik - Ha!..
Ha!.. - deyib hövlnak
yuxudan ayıldı. Onu xəbərdar edən
Eduard Çeburdanidze yox, bələdçi qadın idi.
Andranik tər basmış dolu sifətini kupenin əlüz dəsmalı ilə silib, yerindən dikəldi. Tələsik yıryığış etməyə başladı...
Əli İldırımoğlu
525-ci qəzet.- 2015.- 11 aprel.- S.24