Mübarək
Şair,
dramaturq, ədib Ramizin
"Əməkdar mühəndis"
adı mübarək!
Xoşbəxt ziyalıdır dostumuz
bizim
Vətəndaş qeyrəti, andı
mübarək!
Adət-ənənələr ocağındayıq,
Bakının füsunkar "Xan
bağı"ndayıq;
İlin
təravətli yaz çağındayıq,
Novruz tonqalımız yandı, mübarək!
Onun
"Sevgi dolu gecələr"i var,
Könül dünyasının inciləri
var;
Sənət butaları, qönçələri
var,
Köksünün məhəbbət odu
mübarək!
Duyğu
dənizində canlı
adadır,
Səsi məmləkətlər gəzən
sədadır.
Nəğməsi ərməğan, ruhi
qidadır,
Sözünün ləzzəti, dadı
mübarək!
Dərdiyi gül-çiçək ətirli, incə,
Hər təzə misrası - ürəyimizcə!
Qardaş
Türkiyədən, İrandan
neçə
Doğmalar zəng edib dedi: "Mübarək!"
Sevir mahalını, sevir elini,
"Bahar yağışı"nı, bahar yelini.
Altı
onilliyin sıxıb əlini,
Yaşının müdriklik həddi
mübarək!
Qədrini bilənlər ölkədə
artır,
Əmələ çevrilən söz,
vədə artır;
Qələm məhsulları get-gedə
artır,
Yeni əsərinin ardı mübarək,
"Əməkdar mühəndis"
adı mübarək!
Oqtay Rza
əməkdar müəllim
525-ci qəzet.- 2015.- 14 aprel.- S.8.