Erməni neonasizmi: faşizmdən daha təhlükəli
Bu gün
az qala bütün dünyaya ərazi
iddiaları ilə çıxış edən ermənilərin
tarixi ağ ləkələrdən ibarətdir desək,
yanılmarıq.
Tarixin müxtəlif dövrlərində
dünyanın, demək olar ki, hər yerinə səpələnmiş
ermənilər bütün imkanlardan istifadə edərək
zaman-zaman "böyük Ermənistan"
xülyasını gerçəkləşdirməyə səy
göstərmişlər. Müasir Ermənistan Respublikası
isə Azərbaycan ərazisində dünyanın
aparıcı dövlətlərinin siyasi və hərbi dəstəyi
ilə yaradılan, onların "Şərq məsələsi"ni reallaşdırmaq üçün olan
süni dövlətdir. Tarixi həqiqətdir
ki, erməni qəsbkarlığına daha çox tarixi Azərbaycan
torpaqları məruz qalmışdır. Sovet
Rusiyasının birbaşa təzyiqi və təkidi ilə Zəngəzur,
Dərələyəz və s. ərazilərimiz də Ermənistana
verilmişdir. Nəticədə tarixi azəri-türk
torpaqlarımız zaman-zaman işğal
olunmuşdur.Hazırda isə bu iyrənc siyasətin daha bir
ağır nəticəsi kimi müasir Azərbaycan
torpaqlarının 20 faizdən çoxu erməni
tapdağı altındadır.Təəssüf ki, dünya
ictimaiyyəti bu tarixi haqsızlığa susur, yerindən-yuvasından
didərgin düşmüş bir milyondan artıq
soydaşımızın taleyinə biganəliklə
yanaşır, ermənilərin işğal etdikləri ərazilərimizdə
soyqırımı, etnik təmizləmə törətdiklərinə
göz yumur.
Bəs görəsən tarixən ermənilərin
dünyada bu "hegemonluğunun" səbəbi nədir?! Bu sual üzərində
düşünməyə dəyər. Əslində
erməniləri istiqamətləndirən, bəd əməllərini
maliyyələşdirən xaricdə yaşayan və kifayət
qədər maddi imkanlara, nüfuza, təsir etmək
imkanına malik olan erməni lobbisi, diasporu yüzlərlə
siyasi, ictimai və s. təşkilatlardır. Onlar
hansı siyasi, ictimai təşkilata mənsub olurlarsa-olsunlar
"böyük Ermənistan" mifini reallaşdırmaq
üçün həmin fövqəldövlətlərin
"Şərq siyasətinin"
reallaşdırılmasında əvəzolunmaz alət və
vasitə kimi özlərini təqdim, təsdiq edirlər.
Bu
günlərdə arxiv materiallarını araşdırarkən
48 il bundan qabaq Yerevanda nəşr
olunmuş bir qəzet diqqətimizi cəlb etdi. Ermənistan
Kommunist Partiyası Mərkəzi Komitəsinin, Ermənistan
SSR Ali Sovetinin və Nazirlər Sovetinin orqanı
"Kommunist" qəzetinin 12 aprel 1967-ci il tarixli nömrəsinin
(rus dilində) 3-cü səhifəsində tarix elmləri
namizədi T.Drambyanın erməni Daşnaksütyun
partiyasının Böyük Vətən müharibəsi illərində
(1941-1945) göstərdiyi "qəhrəmanlıqlardan" bəhs
edən "Daşnaklar faşizmin xidmətində"
("Daşnaki na slujbe faşizma") məqaləsi dərc
olunub.
Erməni aliminin yazdığına görə, Ermənistandan
məqsədli şəkildə köçüb getmiş
ermənilərin ən irəlidə gedən siyasi-hərbi, hətta
terror və təxribatçı təşkilatlarından olan
Daşnaksütyunun liderləri "xalq əleyhinə öz
siyasətini davam etdirirdilər. İlk vaxtlar digər millətçi-burjua
təşkilatları və ağ
mühacirlərlə birlikdə Sovet Ermənistanı ilə
xarici erməni koloniyaları arasındakı əməli əlaqələrin
qurulmasına mane olmağa çalışırdılar. Bu məqsədlə daşnak təbliğatçıları
Ermənistandakı Sovet hakimiyyətinə şər
atmağa... çalışaraq geniş antisovet təşviqatına
əl atmışdılar".
Həmin illərdə liderləri antimilli fəaliyyəti
davam etdirmiş, İkinci Dünya müharibəsi ərəfəsində
və müharibə dövründə onlar tam qətiyyətlə
bütün bəşəriyyətin ən qatı
düşməni olan Hitler faşizmi tərəfinə
keçmişdilər.Daşnakların bu addımı da təsadüfi
deyildi. Onlar hələ 1935-ci ildən, yeni Almaniyada
faşizm hakimiyyəti bərqərar olduqdan dərhal sonra
ümidlərini alman faşizminə bağlamağa
başlamış, məhz bu cinayətkar, qaniçən
qüvvənin kölgəsində daldalanmağa cəhd
göstərmişdilər.
Qəzet
yazır ki, o dövrün daşnak qəzetləri
hitlerçilərin cinayətkar planlarını tərifləməyə,
onların təcavüzkar niyyətlərinə haqq
qazandırmağa, Avropadakı qanlı "yeni
qayda-qanun"u "demokratiyanın ən yüksək forması"
kimi qələmə verməyə çalışan məqalələr
sarıdan kasadlıq çəkmirdi. Məqalələrin
əksəriyyətində yeni dünya müharibəsinin
başlanacağı təqdirdə Ermənistandakı Sovet
quruluşunun devrilməsi üçün əlverişli
şəraitin yaranacağı fikri açıq-aydın
söylənilirdi.ABŞ-da məskunlaşmış daşnak
liderlərinin orqanı olan "Ayrenik" qəzeti bu istqamətdə
təbliğat işini daha yüksək səmərəliliklə
aparırdı. Xaricdəki erməni ictimaiyyətində
yarana biləcək bütün şübhələrə son
qoymaq üçün daşnak liderlərinin əsl niyyətləri
və məqsədlərini, xüsusən onların "ələ
düşən siyasi imkanlardan" daha yaxşı istifadə
etmək metodlarını bəyan edən "Ayrenik" qəzeti
1939-cu ilin iyul ayında yazırdı: "Əgər Almaniya
ilə Yaponiya Sovet İttifaqına hücum etsələr,
Daşnaksütyun Sovet İttifaqının düşmənləri
sırasında olacaq".
1941-ci il
iyunun 22-də Hitler Almaniyasının Sovet İttifaqına qəfil
hücumu o dövrdə bu ölkədə yaşayan
bütün xalqları dərindən
sarsıtdığı, minlərlə insanın
ölümünə səbəb olduğu halda, bu
xalqların taleyinə biganəliklə yanaşan, ilk növbədə
erməni maraqlarını güdən daşnak liderlərindən
biri Ruben Darbinyan "Ayrenik"də yazırdı:
"Xoşbəxtlikdən Sovet hökuməti o qədər
qüdrətli deyil ki, Almaniyanı darmadağın edə
bilsin və daxilən o qədər güclü deyil ki, uzun
müddət alman zərbələrinə tab gətirə bilsin".
Qəzet müharibənin ilk illərində bu istiqamətdə
təbliğatını "uğurla" davam etdirir, öz
səhifələrində sistematik olaraq "Kreml hakimiyyəti"nin tezliklə süqutu, SSRİ-nin məhv
olacağı haqqında proqnozlar verir, ictimaiyyəti
hitlerçiləri dəstəkləməyə çağırırdı.
Tarix elmləri
namizədi T.Drambyan daha sonra yazır: "...daşnak lideri
Arsak Camalyanın Parisə, Berlinə, Qahirəyə səfərləri,
eləcə Xalq Sosialist Partiyasının Nürnberqdəki
qurultayında iştirakı necə? Bəs Aleksandr
Xatisyanın işğal olunmuş Şərq torpaqlarında
hələ 1940-cı ildə nazir təyin olunaraq Berlindəki
daşnak başçıları ilə sıx ünsiyyətə
girən, onlarla "Erməni milli şurası"nın yaradılması barədə
razılığa gələn faşist Alfred Rozenberqlə
yazışması? Bəs daşnakların
Rumıniya, Bolqarıstan, Yunanıstan, Fransa və
Almaniyanın özündə alman işğalçı idarələri
və onların oyuncaq rejimlərilə sıx əməkdaşlığı?
Deməli, daşnak başçıları və
onların "orqanı" alman faşistlərilə öz əlaqə
və əməkdaşlıqlarını əbəs yerə
inkar etməyə çalışırlar.Bu cənablar nə
qədər istəsələr də, özlərinin
yazdıqlarını - tarixi faktları inkar etmək
iqtidarında deyillər".
İdeoloji
təbliğatdan əlavə, daşnaklar Hitler ordusunun tərkibində
vuruşmuş və müəllifin yazdığı kimi
"Onları Berlinə Sovet adı altında olan hər
şeyə nifrət, Hitlerə, onun Sovet İttifaqına və
deməli, Sovet Ermənistanına qarşı cinayətkar
müharibəyə xidmət etmək cəhdi gətirmişdi.
Onlar bütün cinayətkar əməllərdə,
o cümlədən Gestapo ilə açıq əməkdaşlıqda
və Sovet ordusunun 1942-ci ildə müvəqqəti geriyə
çəkildiyi günlərdə əsir
düşmüş erməni hərbi əsrlərin hədələr
və şantajla gətirilərək "Erməni milli
legionu"nun təşkil olunmasında hitlerçilərə
kömək edirdilər". Daşnak
fırıldaqçılarını Avropanın hər yerindən,
erməni alimin yazdığı kimi, Dronu Rumıniyadan, Njdeni
Bolqarıstandan, Gülxandanyanı, Papazyanı, Xatisyanı,
Baqdasaryanı Fransadan və Ter-Tovmasyanı Belçikadan
Berlinə toplayan qüvvə nə idi? Onları
Hitlerin cinayətkar yuvasında nə birləşdirirdi?
Nə üçün indi dünyaya tarix öyrədən
ermənilər az qala ilahiləşdirdikləri
daşnak liderlərinə bu cinayətkarlıqla bağlı
sual vermirlər, onları xəyanətdə
günahlandırmırlar? Deməli, dünyaya
ağalıq etmək, despot bir quruluş yaratmaq cəhdini dəstəkləmək
daşnaklar üçün milli mənafelərdən qat-qat
üstündür. Minlərlə
insanın cəsədi üzərindən keçərək
nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək
niyyətində olan bir partiya özünü nə dərəcədə
vətənpərvər, demokratik adlandıra bilir? Məgər ermənilər Daşnaksütyunun
tarixinin bu səhifəsindən xəbərsizdirlər?!
Məgər xalqın belə bir tarixi sınaq
qarşısında şəxsi iddialarından əl çəkmək,
kömək göstərmək və ya heç olmasa
seyrçi mövqe tutmaq da mümkün deyildi?! Xalqların faciələri üzərində öz
uğurunu sığortalamaq istəyənlərin bu hərəkətinə
nə ad vermək olar?
Əlbəttə,
burada bir həqiqət var: ermənilər harada
yaşayırlarsa yaşasınlar - istər Fransada, istər
Rusiyada, istərsə də dünyanın hər hansı bir
məmləkətində əsl simalarını pərdələyərək
yaşadıqları ölkəyə yox, yalnız öz məqsədlərinə
xidmət etmiş olurlar. 1918-ci ildə Bakıda 31 mart - 1 aprel
soyqırımını törətmiş bolşevik
S.Şaumyanla Daşnaksütyunun hər hansı liderinin, yaxud
bugünkü Ermənistan prezidenti, əli Xocalı
soyqırımında günahsız insanların qanına
batmış Serj Sarkisyanın fərqi varmı? Yox! Biz illərlə, qərinələrlə, əsrlərlə
bu xəyanətin və riyakarlığın ziyanını
çəkmişik.Qapısının ağzında, süfrəsinin
qırağında bu gün ermənilərə yer
ayıranlar gec-tez onların nankorluğunun acı nəticələrini
duymalı olacaqlar. Çünki bu, zamanın
sınağından çıxmış bir həqiqət,
isbata ehtiyacı olmayan bir aksiomdur...
İndi Dağlıq Qarabağda və işğal etdikləri Azərbaycan torpaqlarında iyrənc planlarını həyata keçirən nankor ermənilər xaricdəki diasporları, lobbiləri və ikili standartlarla çıxış edənlər tərəfindən dəstəklənirlər. Əslində onlara yarıyan bütün mənfur əməlləri dəstəkləmək Daşnaksütyun partiyasının ənənəsidir. Belə ki, T.Drambyan məqalədə tarixi faktlara istinad edərək yazır: "Erməni milli şurasının yerləşdiyi Berlinin özündə onların kəşfiyyat, təbliğat, protokol və s. şöbələrinə malik olmuş "Ferbindungsstab" adlı özünün əlaqə orqanı ilə birlikdə daşnaklar mövcud olduğu üç il ərzində Berlindəki tütün fabrikinin sahibkarları Alfred Muradyan və qardaşı tərəfindən maliyyələşdirilmiş "Ayastan" ("Ermənistan") qəzetini nəşr edirdilər. Bu faşist qəzetinin səhifələrində sistematik olaraq qatı millətçi və antisovet təbliğatı aparılırdı.Bir qayda olaraq, əgər belə demək olarsa, bu "orqanın" redaksiya heyətinin bütün üzvləri uydurma adları üstün tutaraq öz əsl adları ilə imza qoymurdular.Öz-özlüyündə həmin fakt əhəmiyyətsiz olsa da, səciyyəvidir.Redaksiya heyətində olan daşnak təbliğatçıları oxucularının onlara "təşəkkür etməyəcəyi"ndən qorxmalarına görə yox, erməni olmaları, almanlar uduzarsa, mövqelərini dəyişmələri məqsədilə öz adlarını yazmaqdan çəkinirdilər.
Məhz bu "orqan" Dronun daşnak legionerləri və onların alman-faşist himayədarları Sovet İttifaqı hüdudlarından qovulana qədər alman işğalçıları ilə birlikdə Pyatiqorsk, Kislovodsk, Mineralnıye Vodı ve Krasnodarda azğınlıq edən "Dronun erməni qoçaqları"na bol-bol "mənəvi qida" verirdi".
İkinci Dünya müharibəsi Almaniyanın, daha doğrusu, faşizmin məğlubiyyəti ilə sona yetdi.Bu günün özündə belə alman xalqı tarixinin bu utandırıcı məqamına görə hesab verməli olur. Lakin təzad doğuran fakt odur ki, indi vaxtilə faşizmi, Hitler siyasətini dəstəkləyən Daşnaksütyun partiyası, daha dəqiq ifadə etsək, erməni neonasizmi dünya ictimaiyyətinin gözləri önündə ekstremist terror, soyqırım, işğalçılıq siyasətini nəinki "uğurla" davam etdirir, hətta dünyanın aparıcı ölkələrinin bir çox siyasətçiləri tərəfindən müdafiə olunur...
Tarix unudulurmu?! Tarixi olaylar ört-basdır edilirmi?!
Erməni daşnaklarının bütün
dünyaya yönəlmiş cinayətkar əməllərini
anlamaq üçün sadəcə istinad edilən məqaləyə
diqqət yetirmək kifayətdir.
İndi
ermənilərin hərəkətlərinə göz yummaqla,
tarixi həqiqətləri saxtalaşdırmaqla, baş verməyən
"erməni soyqırımları"nı dəstəkləməklə
və s. kimi ermənipərəst mövqe tutmaqla, onları dəstəkləyən
həmin siyasi güclər əslində bəşəriyyəti
daha bir uçurum - faşizmdən daha betər şovinist,
barbar, monoetnik erməni neonasizmi təhlükəsi ilə
üz-üzə qoyurlar.
Bu da sübut. Hazırda müasir Ermənistanda alman
vermaxtında xidmət edən general Njde və Dro, digər
terrorçular və quldurlar milli qəhrəmandırlar,
onların təcrübələri dərsliklərdə tədris
olunur.
Ağahüseyn ŞÜKÜROV
525-ci qəzet.-
2015.- 14 aprel.- S.8.