Tərcümə Mərkəzi London Kitab Sərgisində

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi 14-16 aprel tarixlərində Böyük Britaniya Krallığında keçirilən London Kitab Sərgisində iştirak edir.

 

Mərkəzin sərgidə Azərbaycan dilinə tərcümə edilən kataloqları, "Tərcümə Mərkəzinin Kitabları" seriyasından nəşrləri, "Xəzər" dünya ədəbiyyatı jurnalının son nömrələri, eləcə ingilis dilində nəşr  edilən "Candles" (Müasir Azərbaycan şeir antalogiyası) kitabı s. maraqlı nəşrlər nümayiş etdirilir.

 

Mərkəz Böyük Britaniya Krallığının "EnglishPen" FreeWord Centre (Azad Söz Mərkəzi), habelə digər tərcümə qurumları ilə qarşılıqlı əməkdaşlıq görüşləri keçirəcək.

 

Sərginin açılışında Azərbaycanın Böyük Britaniya Krallığındakı fövqəladə səlahiyyətli səfiri Tahir Tağızadə iştirak edib. Mərkəzin direktoru A.Məsud səfir T.Tağızadə ilə Azərbaycan mədəniyyətinə ədəbiyyatına aid nəşrlərin Böyük Britaniyada yayılması nəşri, ölkəmizin təbliğatı istiqamətində fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığıyla qurulan Azərbaycan stendində dövlətçilik, Qarabağ həqiqətləri, Azərbaycan mədəniyyətinə, incəsənətinə ədəbiyyatına dair kitablar sərgilənir.

 

Sərgidə ölkəmizi Tərcümə Mərkəzi, Mədəniyyət Turizm Nazirliyi,  Azərbaycan Milli Kitabxanası nəşriyyatlarının nümayəndə heyəti təmsil edir.

 

 

 

525-ci qəzet.- 2015.- 15 aprel.- S.7.