Tərtərdə "Ermənilərin Qarabağa köçürülməsi: tarixfaktlar Marağa-150" konfransı keçirilib

 

KAMAL ABDULLAYEV: "BU KONFRANS SON DƏRƏCƏ TARİXİ ÖNƏMİ OLAN HƏSSAS BİR MÖVZUYA HƏSR OLUNUB"

 

 

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi tarixi reallıqdır.

 

1978-ci ildə Ağdərə rayonunda ermənilərin Marağa kəndinə köçürülməsi ilə bağlı vaxtilə Dağlıq Qarabağ ərazisində mövcud olmuş "Marağa-150" abidəsi bunu sübut edən əsaslı tarixi dəlillərdən biridir.

 

Erməni separatçıları 1988-ci ildə bu abidəni tamamilə dağıtmağa cəhd edərək məlum həqiqətləri tarix səhifəsindən silmək istəsələr , buna nail ola bilməyiblər. Abidə hazırda Tərtər rayonu Şıxarx qəsəbəsində mühafizə edilir. Vaxtilə ermənilərin öz əlləri ilə ucaltdıqları məhz bu abidə onların ərazilərimizə tarixən köçürülməsi siyasətini faş edən çoxsaylı tarixi dəlillərdən biridir.

 

Məhz bu tarixi fakta əsaslanan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Tərtər şəhərində "Ermənilərin Qarabağa köçürülməsi: tarix faktlar Marağa-150" mövzusunda konfrans təşkil edib.

 

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət ediblər.

 

Tərtər şəhər Gənclər Mərkəzində keçirilən tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları, Milli Elmlər Akademiyasının alimləri, Bakı Slavyan Universitetinin müəllim tələbələri, Bakı Elitar Gimnaziyasının, Qəbələ rayonu Nic kənd tam orta məktəbinin məktəbliləri rayon ziyalıları iştirak ediblər.

 

Konfransın açılışında çıxış edən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayıb belə tarixi bir tədbirin Tərtərdə keçirilməsinə görə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevə minnətdarlığını bildirib. İcra başçısı bildirib ki, "Marağa-150" abidəsi ermənilərin öz torpağı olmayıb, onlar daim köçəri şəkildə müxtəlif ölkələrin ərazisində məskunlaşıblar vaxtaşırı da yaşadıqları ölkələrə qarşı çıxıblar, xəyanət ediblər: "Artıq bütün dünya ictimaiyyəti erməni xislətindən - onların tarixi saxtalaşdırmasından xəbərdardır.

 

Dövlət müşaviri Kamal Abdullayev çıxışında ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması tarixinə nəzər salıb konfransın "Marağa-150" abidəsinin yerləşdiyi Tərtərdə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

 

"Qəhrəman Tərtər torpağında olduğumuz üçün özümüzü xoşbəxt hiss edirik. Artıq neçənci dəfədir burada oluram, hər dəfə bu torpağın insanları məni əzmi, dəyanəti ilə heyrətləndirir.  Düşünürəm ki, biz keçirdiyimiz tədbirlərdə, konfranslarda yerli camaatla- ziyalılarla, məktəblilərlə təmas qurmağa xüsusi önəm verməliyik. Bu konfrans son dərəcə tarixi önəmi olan həssas bir mövzuya həsr olunub.

 

Bundan sonra da mütəmadi olaraq, ardıcıl şəkildə ermənilərin Qarabağ ərazisinə köçürülməsini bütün tarixi ştrixləri ilə, bütün qaranlıq məqamları müxtəlif konfranslarda sizlərlə birgə işıqlandıracağıq. Belə konfransların vacib məqamı ondan ibarətdir ki, yaddaşımızı həmişə iti şəkildə saxlamağa kömək edir.

 

Təkcə ermənilərə deyil, dünya ictimaiyyətinə, dünya tarixçilərinə sübut eləməyə bacarmalıyıq ki, Azərbaycan həqiqəti nədən ibarətdir.

 

Təsadüfi deyil ki, ölkə Prezidenti möhtərəm İlham Əliyev Nazirlər Kabinetinin rüblük fəaliyyətinin yekunlarına həsr olunmuş iclasda xüsusilə qeyd elədi: "Dağlıq Qarabağ ərazisində erməni toponimləri yoxdur. Ermənilər nəyə əsaslanaraq orada məskunlaşmalarının hansısa tarixini eralardan əvvələ qədər aparıb çıxarırlar?".

 

Qarabağ torpağı bu həqiqəti öz sinəsində saxlayır. Dağlıq Qarabağ ərazisində erməniköklü, ermənimənşəli  bircə toponim tapmaq mümkün deyil. Biz alimlər məhz bu siyasi hədəfi əsas götürərək elmi sözümüzü bu istiqamətdə deməliyik, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini bu yönümdən sübut etməliyik. Bu, hər birimizin, bütövlükdə Azərbaycanın tarixidir. Bu torpağın qədim varisləri azərbaycanlılar-türklərlə, udinlərlə, talışlarla, ləzgilərlə bir yerdə qədim Alban torpağının möhtəşəmliyini bir daha bütün dünyaya sübut etməliyik. Tərtərdə yerləşən, üzərinə  "Marağa-150" yazılan o daş bu gün durur, o daşı unudanlar öz tarixini unutmuş insanlardır. Bədxah qonşularımızın bir daha yadına salmaq lazımdır ki, əsl həqiqət, əsl tarix bundan ibarətdir".

 

Konfransda Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin baş elmi işçisi professor Həcər Verdiyeva, AMEA Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri professor Qasım Hacıyev, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin böyük məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva, AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədova, professor Həvva Məmmədova, AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun tarixi abidələrin toplusu şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov, Tərtər rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev və başqaları ermənilərin müxtəlif dövrlərdə Azərbaycan ərazilərində, o cümlədən, Qarabağda məskunlaşmasından, "Böyük Ermənistan" yaratmaq ideyası ilə həyata keçirdikləri etnik təmizləmə siyasətindən, kütləvi qırğınlardan danışıblar:

 

"Zaman- zaman ermənilərin Azərbaycan torpağına miqrasiyası olub. Erkən orta əsrlərdə və o cümlədən, orta əsrlərdə erməni miqrasiya dalğaları mövcud idi. Müxtəlif vaxtlarda, eləcə də, XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən on minlərlə erməni əhalisinin köçürülməsi nəticəsində onların bu bölgədə süni surətdə çoxaldılması sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırması ilə nəticələnib.

 

Ermənilərin Qarabağa köçürülməsini sübut edən çoxsaylı mənbələrdən biri "Marağa - 150" abidəsidir. Tərtər rayonunun Şıxarx kəndi ərazisində yerləşən abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın torpaqlarımıza qarşı növbəti ərazi iddiaları başlayanda "Marağa-150" abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir".

 

Konfransın sonunda aparılan müzakirələrin kitab halında çap olunması və bir neçə dilə tərcümə edilərək yayılması, alimlərdən ibarət təşkilat komitəsinin yaradılması və bu mövzuda silsilə tədbirlərin keçirilməsi qərara alınıb.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 15 aprel.- S.4