Mütaliə mədəniyyətinin
formalaşdırılması ilə bağlı daha bir tədbir
Səbail rayonundakı 189-190 saylı
tam orta məktəbdə
mütaliə vərdişlərinin
təkmilləşdirilməsi və şagirdlərdə
mütaliə mədəniyyətinin
formalaşdırılması ilə bağlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə
məktəbin foyesində
şagirdlərin bədii
ədəbiyyatlara aid rəsm
əsərlərindən ibarət
sərgiyə baxdılar. Burada şagirdlərin
oxuduqları əsərlərlə
bağlı təqdimatları
da keçirilib.
Şagirdlər oxuduqları əsərlərdəki
qəhrəmanları düşüncələrindəki
kimi canlandırıblar. Burada ədəbiyyatın
müxtəlif janrlarına
aid əsərlər sərgilənib.
Sonra şagirdlər şeirlər
söyləyiblər.
Tədbirdə çıxış edən
189-190 saylı tam orta
məktəbin direktoru
Ceyran Quliyeva Azərbaycanda təhsil sahəsinə göstərilən
qayğıdan danışıb,
gələcək nəslin
savadlı yetişməsi
üçün görülən
işlərdən danışıb.
Bildirib ki, bu cür addımlar
mütaliə vərdişlərinin
təkmilləşdirilməsi və şagirdlərdə
mütaliə mədəniyyətinin
formalaşdırılması baxımından çox mühüm əhəmiyyət
kəsb edir. Sonra yuxarı
və ibtidai sinif şagirdlərinin iştirakı ilə onların oxuduqları əsərlərin müzakirəsi
başlanıb.
Sonda
"Ən fəal oxucu", "Bədii əsər haqqında ən yaxşı inşa", "Bədii
əsərə aid ən
yaxşı rəsm əsəri" və
"Bədii ədəbiyyata
aid ən maraqlı təqdimat" müsabiqələrinin
qalibləri mükafatlandırılıb.
525-ci qəzet.- 2015.- 16 aprel.-
S.5.