Professor Həsən Quliyev anılıb

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində görkəmli tədqiqatçı ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru, professor Həsən Quliyevin anım mərasimi keçirilib.

 

Uzun illər yaradıcılıq taleyini Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinə bağlayan Həsən Quliyev çoxşahəli fəaliyyəti ilə Azərbaycan elminə böyük töhfələr verib, fədakar fəaliyyəti ilə Azərbaycan Ədəbiyyatşünaslığına dəyərli araşdırmalar qazandırıb.

 

Mərasimi ADMİU-nun rektoru, professor Fərəh Əliyeva açaraq Həsən Quliyevin yaradıcılığından danışıb, bu tədbirin tam şəkildə tələbələr tərəfindən hazırlandığını, bu da onların böyük ədibin yaradıcılığına olan marağından irəli gəldiyini, buna yaradıcı gənclərin öz baxışı, öz münasibəti olduğunu qeyd edib.

 

Daha sonra tələbələrin hazırladığı, Həsən Quliyevin həyat yaradıcılığını özündə əks etdirən video nümayiş olunub.

 

ADMİU-nun professor müəllim heyəti, tələbələri, Həsən Quliyevin ailə üzvləri, çox sevdiyi nəvələri, yaxın dostlarının iştirak etdiyi tədbirdə professor Nizaməddin Şəmsizadə, millət vəkiki Elmira Axundova, ADMİU-nun prorektoru, professor Validə Məmmədova, yazıçı-dramaturq, professor Aqşin Babayev, Əməkdar İncəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Həmidə Ömərova eləcə Həsən Quliyevin dissertantı olmuş ADMİU-nun müəllimi Zülfiyə Eldarqızı çıxış edərək Həsən müəllimin yaradıcılığı, Azərbaycan ədəbiyyatı üçün etdikləri, novatorluğu, bir pedaqoq, bir insan kimi böyüklüyündən danışıb, belə insanların gənclərə əsl örnək olduğunu qeyd ediblər.

 

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

 

 

 

 

525-ci qəzet.- 2015.- 17 aprel.- S.7.