YA QİSMƏT
Aldı əlimdən cilovunu
ömür atı,
Çətin ki bundan belə
gücünə gücüm
çata.
Ya tutub
yolu gedə,
ya da hürküb
öz
ünü dağdan-
daşdan ata...
ÇATACAQ
HAMINIZA
Axdı-
axdı qurtardı,
Arxı qurudu qaldı.
Ürəyin odu getdi,
Gözün buludu qaldı.
Daha xəyalım gəzəcək
dərələri, dağları.
Bolluca ayrılıq gətirib
ömrümün budaqları.
Baxıram dönə - dönə,
artıq dən düşür
meyvələrinə.
Bəri
başdan bölünüb
yetmiş ilin bəhrəsi,
Hərənin özünə görə,
kiməsə az, kiməsə çox,
Amma yaddan çıxan yox.
Deyəsən,
bələddir halınıza
Basabas salmayın,
Çatacaq hamınıza...
O
BAŞDA, BU BAŞDA
Yoruldum,
yoza bilmədim,
Çox şey mənə sirr göründü.
Uzağa,
yaxına düşdüm,
Bir elə axına düşdüm
Gah Araz, gah Kür
göründü.
O bərəni tutan kimdi?
O bəridə yatan kimdi?
Bu bir savaş,
Sordum: qardaş,
Uduzan kim, udan
kimdi? -
Arada tədbir
göründü.
Harda azdım, harda çoxdum,
Hardan gəlib hara çıxdım,
Ömrün yetmişində dönüb
Gəldiyim yollara baxdım,
O başda bir quru beşik,
Bu başda qəbir göründü...
O SUDUR, O
ODDUR...
(Ülkər balama)
Artdı,
azalmadı ömrümün
yükü,
Çox
çəkdi sınağa,
çox saldı bərkə,
Bu yaşında sən
Özünü bir ovuc su eləmisən,
Onu da səpirsən yan - yörəmə ki
Bu yayın istisi
azaldı bəlkə.
Elə bil gecə də
zülmətə uyub,
Neynək, sən sağ ol ki, gözümə
nursan.
Can bala, özündə ürək qalmayıb,
Gah mənə, gah ona,
əhval sorana
ürək olursan,
dirək olursan.
Səsin
qətiyyətli, inamın
ötkəm,
Ağrını - acını bükürsən
belə.
Ay evim - eşiyim,
Ay son beşiyim,
Mən sənin nazını çəkməli ikən,
Sən mənim
dərdimi çəkirsən
belə.
Ümid
saman çöpü,
o da hələ kəm,
Dalğa
da bir ucdan
dərinə çəkir,
Qəlbində üzüntü, üzündə
təmkin,
Beləsən hər gün,
Dönüb sən tərəfə
baxa bilmirəm,
Təki Allah baxsın üzünə,
təki.
Alışır sinəmdə illərin
odu,
Atəş arasında ada olmuşam.
Bu qədər yaşadım,
Quruca adım...
Özümün özümə əlim
çatmadı,
Sənə də bu sayaq
ata olmuşam.
Nə deyim indi,
Ta çətin göyərər
istəyim indi...
Müdrik
görkəmdəsən uşaqlığından,
Sən varsan, evimə ay düşür,
qızım.
O körpə, o kövrək
toxtaqlığından,
Atana ayrıca pay düşür,
qızım.
Bəlkə, elə odur yaşadan məni,
O sudur, o oddur yaşadan məni...
NƏ
YAZIQ
Hardasa artıqlığım,
hardasa kəmliyimdi
ürəyim.
Adım
- soyadım
olmasa da,
kimliyimdi ürəyim.
Nə yazıq
o da tükəndi,
son günümə
son tikəmdi,
yaman günlüyümdü
ürəyim...
QƏFİL
Qəfil
girdik sıldırıma,
Siz keçdiniz
, mən yıxıldım.
Bir az bezdim,
Bir az dözdüm,
Axır dözümdən yıxıldım.
Yolçu elə yoluymuş
e,
Öz yolunun quluymuş e,
Yığılmışdım gözlərimə,
Demə
gözüm suluymuş
e,
Surçub gözümdən yıxıldım.
Odum idim, közüm idim,
Tüstü - tüstü çözüm
idim,
Siz gedən yol sizinkiydi,
Mənim yolum özüm idim.
Çıxdım özümdən yıxıldım.
DODAĞIMI
TUTDUM YELƏ
Mən bəlkə də getməz idim,
Ora məni
yol apardı.
Bir - bir düşüb qabağıma
Neçə çiçək, gül
apardı.
Günüm keçdi bərkdə,
boşda,
Azıb
qaldım yal - yamacda,
Bir daş oldum addamacda
Yağış yağdı, sel apardı.
Yaxşı vardı, yaman vardı,
Ürəyimdə güman vardı,
Ocağımdan uman vardı
Od tapmadı, kül apardı.
Görə - görə, bilə
- bilə,
Yazdım, pozdum... elə - belə.
Dodağımı yuxdum yelə
Mən oxudum, yel apardı...
DAŞAM
DAŞQALAQ İÇİNDƏ
Özüm nəyəm,
Nə də deyəm, -
Baxan görür bağ içində
Bir barsız budaq kimiyəm
Yamyaşıl yarpaq içində.
Götür ki, bu közdən dəmi,
Qaynayar qəfil
eləmi?
Qanqal basıb yan - yörəmi,
İtmişəm alaq içində.
O kimdi qaldı geridə?
Kim ağlada, kim
kiridə,
O da, bu da,
bu biri də...
Daşam daşqalaq içində.
Hərə bir yük - qaçan, köçən,
Saya gəlmir sayam, seçəm,
Yoldu sinəm üstən keçən
Bitmişəm tapdaq içində.
GEDƏCƏYƏM
YUXULARIMIN DALINCA
Atıb
başımı balınca,
Bir axşam
gedəcəyəm yuxularımın
dalınca.
Gedəcəyəm ay kimi,
Gedəcəyəm gün kimi,
Duman kimi, çən kimi,
Uşaqlar kəpənəyin ardınca
gedən kimi.
Mənim
yuxularım qaravəllidir,
Orda həyat qibləsinə axır,
Suyunda balığın öz yeri var,
Qurusunda vətəgənin öz yeri.
Səhraları ot bitirən üzünə
sərilibdir,
Dəvənin öz yeri,
Dəvətikanının öz yeri.
Mənim
yuxularımda
Çayların ağzı dirənmir
dağa
Dalğalar yediyi çörəyi
Ayağının altına qoyub hoppanmır qabağa.
Mənim
yuxularımda
bir ağ yol olur həmişə,
düşüb bu ağ yola
gedəcəyəm, nə ola - ola
.
Yaxındırsa yaxına, uzaqdırsa uzağa,
Qoyun - quzu mələşib
Duzlağa gedən kimi
Duzlağa gedəcəyəm, duzlağa.
Bir sabah açılanda
Uşaqlarım qəfildən
Görəcək yoxam məni,
Kim nə biləcəkdir ki,
Getdim yuxu dalınca,
Apardı yuxum məni...
SÖZÜMÜN ARASINDA
Kim gördü odumda - tüstümdə məni,
Ömrümə - günümə kim oldu ortaq.
Torpaq saxlamadı üstündə məni,
Sözdən tuta bilsəm, söz saxlayacaq.
Kəndiri qırıqmış vaxt - vədə belə,
Baxma ki bir üzü bərli - bəzəkli,
Hər ölən sözüylə ölsə də belə,
Hər qalan sözüylə qalar söz əhli.
... Ta dönüb söz oldum,
Sonum bu yəni,
Sözün Küründəyəm, Arazındayam.
Ta dağda - dərədə
axtarma məni,
Burdayam,
sözümün arasındaya
m,
Yazımın - pozumun arasındayam.
Bərdə
Xasay MEHDİZADƏ
525-ci qəzet.- 2015.- 18 aprel.-
S28.