Ermənilər türklərə
qarşı: Rusiya arxivlərinin izi ilə
Ermənilərin
türklərə qarşı düşmən münasibətinin və bu
millətdən olan
günahsız insanlara qarşı qəddar
olmağının tarixi çox da uzağa getməsə də,
unudulmaz hadisələrlə doludur. Bu hadisələr
sırasında Türkiyədə, İranda (xüsusən bu
ölkənin güneyində, türklər yaşayan bölgədə), Azərbaycanda törətdikləri qətliamlar,
soyqırımlar,
üsyanlar, ərazi iddiaları tarixi
sənədlərdə qalmaqda və mövcud
olmaqdadır.
Əsasən, XIX əsrin ikinci yarısından Türkiyədə
fəallaşan ermənilər, burada Qərb dövlətlərinin
dəstəyi ilə ciddi şəkildə təşkilatlanmağa,
Osmanlı dövlətinə qarşı çıxmağa
başladılar. Əvvəlcədən Osmanlı Türkiyəsinin
dövlət strukturlarında möhkəmlənən və bəzi mühüm
dövlət vəzifələrini ələ keçirən
ermənilər, sonradan bu mövqelərindən sui-istifadə
etməyə başladılar. Maraqlı idi ki,
ermənilər bu fəaliyyətlərinin sonunda Osmanlı
Türkiyəsi ərazisində müstəqil Ermənistan
dövləti qurmaq ideyalarını reallaşdırmaq istəyirdilər.
Əslində “Erməni məsələsi” orta əsrlərdən
başlayaraq ermənilərin yaşadıqları ölkələrin
əraziləri hesabına dövlət yaratmaq istəyi kimi
yaranmışdı. Yəni, bundan əvvəlki dövrlərdə
də ermənilər belə cəhdlər göstərmişlər.
Təəssüflər ki,
qondarma “erməni məsələsini” Qərb
dövlətləri ciddi olaraq müdafiə etmiş, erməniləri
dəstəkləmişlər.
Təbii ki, burada
Qərb dövlətlərinin
də öz maraqları olmuş
və bu problemdən məharətlə
faydalanmışlar. Məlumdur ki, bu dövlətlər
XIX əsrdən başlayaraq Osmanlı Türkiyəsini zəiflətməyə
çalışmışlar. Bu məsələdə
isə ermənilərdən hər zaman istifadə etmişlər.
Məqsəd isə bir idi: Osmanlı dövlətini daxildən
dağıtmaq, parçalamaq.
Tanınmış
pus publisisti V. A. Veliçko isə özünün “Qafqaz” əsərində
ermənilər haqqında yazırdı: “Ermənilər tarix
boyunca tez-tez özlərinin himayəçilərini dəyişdirmişlər.
Roma, Bizans, İran, rus, ingilis, fransız, alman, türk. Tarix səhnəsinə yeni-yeni himayədar
çıxarkən ermənilər köhnə himayəçilərini
bir qayda olaraq satmışlar”.
Əslində ermənilərin XIX əsrin ikinci
yarısında qurduqları müxtəlif cəmiyyətlər,
təşkilatlar və siyasi partiyalar Qərb missionerləri
üçün də faydalı olmuşdur. Ermənilər
bu qurumları öz milli maraqlarına istiqamətləndirmək
istəsələr də, Qərb dövlətlərinin
maraqları ilə daha çox hesablaşmışlar. Bu mənada “Hncak” və “Daşnaksutun”
partiyalarının fəaliyyətlərini tədqiq etmək
bu fikrin doğruluğunu göstərir.
Qeyd edək ki, Rusiyanın ermənilərlə
bağlı siyasətində əsas dövrlərdən biri
1905-ci ildir. Həmin ilin fevralında Qraf İllarion
İvanoviç Vorontsov-Daşkov Qafqaza canişin təyin
edilir. Bu təyinatdan sonra ermənilərin
fəallığı daha da artır. Bu,
onunla bağlı idi ki, Vorontsov-Daşkov açıq şəkildə
ermənilərin mövqeyini müdafiə edirdi. O, Rusiya
çarına yazdığı bir raportda ermənilərin
Rusiyadan ayrılmaq istəmədiyini, lakin əksinə,
Osmanlı ərazisində yaşayan ermənilərin Rusiyaya
bağlı olduğunu bildirmişdi.
Bu mövqe isə Rusiya üçün gərəkli
idi. Belə ki, Rusiyanın əsas məqsədlərindən
biri, Türkiyənin şərq vilayətlərini ələ
keçirmək idi. Lakin bunun hələlik
mümkün olmadığını başa düşən
Rusiya ilkin olaraq, ona xüsusi simpatiyası olan erməniləri
dəstəkləməyi düşünürdü.
Ermənilər isə
getdikcə daha çox inanırdılar ki, yalnız Rusiya
dövləti onların siyasi fəaliyyətlərinə dəstək
verə bilər. Bu fikri yalnız sadə
ermənilər deyil, eləcə də erməni liderləri,
katalikos və digərləri əsaslı şəkildə dəstəkləyirdilər.
Rusiya təmsilçiləri ilə görüşlərdə
ermənilər durumlarının Osmanlı dövlətində
ağır olduğunu, getdikcə pisləşdiyini və
xalqın yalnız Rusiyanı xilaskar olaraq
gördüyünü qeyd edirdilər. Erməni təmsilçiləri
Rusiya nümayəndələri ilə danışıqlarda
daha kəskin mövqelər də ortalığa qoyurdular.
Məsələn, qeyd edirdilər ki, bundan
ötrü Rusiya ermənilərin Türkiyədə
yaşadığı ərazini gəlib işğal etməlidir.
Onlar qeyd edirdilər ki, bu işğal müvəqqəti
yox, daimi olmalıdır. Maraqlıdır
ki, belə mövqeni açıqlayanlar arasında Osmanlı
dövlətinin poçt və teleqraf naziri milliyyətcə
erməni olan Oskan Mardikyan və başqaları da vardı.
1912-ci ildə
isə Rusiyanın Türkiyədəki səfiri ermənilərin
istəklərini açıqca müdafiə edərək,
erməni məsələsinin Rusiyaya başlıca problem
olduğunu bildirir, hətta bundan ötrü rus ordusunun
Anadoluya daxil ola biləcəyini də qeyd
edir.
Arxiv sənədlərində hələ XIX əsrdən
başlayaraq Rusiyanın erməniləri dəstəklədiyi
görünməkdədir. Rusiyanın Türkiyədəki
səfirləri isə müxtəlif dövrlərdə ermənilərlə
görüşlər keçirmiş, onların müqavimətlərinə
və silahlı üsyanlarına dəstək vermişlər.
Eyni zamanda Rusiyada fəaliyyət göstərən erməni
cəmiyyətləri təmsilçiləri də
İstanbulda olmuş, burada görüşlər keçirib,
ermənilərin Rusiyaya xüsusi maraqları olduğunu
bildirmişlər.
Rusiya
dövləti isə Türkiyədə ermənilərin
arasında nüfuzunun artdığını gördükcə,
Osmanlı dövlətinə təzyiqləri artırmağa
başlamışdır. Rusiyanın bu fəallığı
xüsusən 1913- cü ildən başlayaraq daha çox hiss
olunurdu. Bu təzyiqlər isə ən çox
ermənilərlə əlaqəli islahatların
aparılması ilə bağlı idi. İlkin
olaraq 1914-cü ildə yanvarın 26-da (fevralın 8-i)
Türkiyənin altı vilayətində ermənilərlə
bağlı islahatın aparılması vacib
sayılırdı.
Göründüyü kimi, ermənilər müxtəlif
vasitələrlə türklərə təzyiqləri
artırırdılar. Maraqlıdır ki, məhz ermənilər
özlərinin uydurduqları 1915-ci ildəki
“soyqırım”da bir milyondan çox erməninin qətl
edildiyini söyləyirlər. Lakin tarixi
faktlar bunu tamamilə təkzib edir. Diqqət edək:
1914- cü ildə Osmanlı dövlətinin ərazisində
18.520.016 sayda insan yaşayırdı. Bu rəqəmin
15.044.846-sı müsəlmanlar, qalanları isə rumlar və
ermənilər olmaqla xristianlardan və musəvilərdən
ibarət idi. Bu dövrdə Qriqoryan ermənilərinin
sayı 1.161.169, katolik ermənilərinin sayı 67.838 nəfər
olmaqla ermənilərin ümumi sayı 1.229.007 nəfər
idi. Əgər protestantların da
sayının 65.844 nəfər olduğunu (baxmayaraq ki, ermənilərdən
kənarda başqa millətlərdən də protestantlar var
idi) və bu rəqəmi də ermənilərin ümumi
sayına əlavə etsək, o zaman Osmanlı dövlətində
1.294.851 nəfər yaşadığını
görürük. Bu da Osmanlı ərazisində
yaşayan ermənilərin əhalinin ümumi sayının 6,9 faizini təşkil etdiyini göstərir.
Beləliklə, bu, ermənilərin dünya ictimaiyyətini
çaşdırmaq üçün atdığı
növbəti yalan bir addım sayılır.
1914-cü ildə başlanan Birinci Dünya müharibəsində
erməni silahlı dəstələri Türkiyə ərazisində,
eləcə də Zaqafqaziyada, əsl cinayətlər törədirdilər.
Rusiyanın dövlət arxivlərində saxlanılan
faktlar təsdiqləyir ki, yalnız Türkiyə ərazisində
yaşayan ermənilər deyil, həm də dünyanın
müxtəlif ölkələrində olan ermənilər
xüsusi təlimlər keçərək döyüşlərdə
iştirak ediblər.
Rusiya arxivlərindəki sənədlərin
üstünlüyü ondadır ki, bu materialların bəziləri
rus zabitlərinə, bəziləri isə ermənilərin
özlərinə aiddir. Yəni ermənilərin türklərə
qarşı döyüşdüklərini həm ruslar, həm
də ermənilər özləri təsdiq edirlər.
Digər tərəfdən isə bu arxiv materialları
arasında ermənilərin yaratdıqları
könüllü hərbi birləşmələrinin fəaliyyətlərinə
aid də ciddi məlumatlar vardır.
Bu təsdiq edilən faktdır ki, erməniləri
çar Rusiyası himayə edirdi. Onların hərbi dəstələrinin
bütün təchizatı rus ordusu tərəfindən təmin
edilirdi.
Bu sənədlər sübut edir ki, erməni hərbi
könüllü dəstələri Türkiyə ərazisində
ruslar tərəfindən döyüşürdülər. Yəni
döyüş zamanı öldürülən bir erməni
artıq soyqırıma məruz qalan şəxs deyildi.
O, döyüşdə ölmüşdü. Lakin
ermənilər bu faktı unudaraq həmin insanları dünya
ictimaiyyətinə başqa bir adda təqdim edirlər.
Rusiya arxivlərindəki sənədlərin digər
üstünlüyü bir də ondadır ki, bu materiallar “məxfi”
xarakterdə olub, xüsusi şifrəli və
möhürlüdür. Yəni bu sənədlər
inandırıcıdır və təkzibedilməzdir.
Rusiyanın arxivlərində erməni hərbi birləşmələrinin
Türkiyə ərazisində yerli əhaliyə qarşı
törətdikləri qətliamları, zorakılıqları
sübut edən yetərincə faktlar vardır. Bəzən belə sənədlərə
rast gəlirik ki, rus zabitləri öz raportlarında (məlumatlarında)
ermənilərin
yerli əhaliyə qarşı verdikləri işgəncələrin
və pis münasibətlərin dayandırılması
vacibliyini bildirirlər.
Arxiv sənədlərində hətta erməni hərbi
könüllü dəstə üzvlərinin bəzən
rusların özünə qarşı olması faktları da
təsdiqlənir.
Rusiyanın arxivlərində ermənilərlə
bağlı çox ciddi sənədlər mövcuddur. Lakin bu sənədləri
öyrənmək, tədqiq etmək üçün də
zamana ehtiyac var. Bu sənədlərdə isə erməni
yalanlarını sübut edən çox faktları tapmaq
mümkündür.
Hər ilin aprel ayında ermənilər özlərinin
qondarma “soyqırım”larını
qeyd edir, dünya
ictimaiyyətindən isə müsəlman və
türklərə qarşı etdikləri
soyqırımları gizlətməyə
çalışırlar. Lakin onların törətdiyi
cinayətləri açıqlayan isə müsəlman və
türklər yox, məhz bir zaman ermənilərə himayədarlıq
etmiş olan Rusiyadır və bu ölkənin arxivləridir.
Həmin
sənədlərin bəzilərinin mətnini olduğu kimi
oxuculara təqdim edirəm:
Rusiya
arxivlərindən gətirilən sənədlərin
ümumi siyahısı
Ermənilərə qarşı 1915-ci ildə soyqırımının olmadığını sübut edən, Rusiyanın dövlət arxivlərindəki sənədlər (bu sənədlər ilk dəfədir arxivlərdən toplanılır və olduğu kimi nəşr edilir. Hazırda 200-dən çox belə sənəd tapılmışdır).
Bu sənədlər sübut edir ki, ermənilərə qarşı soyqırım siyasəti yürüdülməyib. Əksinə, ermənilər Rusiya tərəfindən Türkiyəyə qarşı savaş aparıb, hərbi dəstələr yaradıb döyüşüblər. 1914, 1915 və 1916-cı illərə aid olan arxiv sənədlərində bu faktlar Rusiya dövlətinin rəsmiləri, xüsusən də hərbi xadimləri tərəfindən təsdiq edilir. Bu sənədlərdə imzalar, möhürlər və qeydiyyat sayları arxiv sənədlərinin rəsmiliyini, ciddiliyini təsdiq edir.
Sənədlərin əhəmiyyəti
Rusiyanın Dövlət Arxivlərindən toplanılmış bu sənədlərdə aşağıdakı ciddi məqamlar var:
1.Bu sənədlər ilk dəfədir foto-sənəd olaraq nəşr edilir və ictimaiyyətə çatdırılır. Bu sənədlər uzun müddət məxfi sayılmış, şifrəli, möhürlü və imzalıdır.
2.Sözügedən sənədlər ermənilərin rəhbəri Andronikin hərbi birləşmələr yaradıb türklərə qarşı savaşdığını təsdiqləyir.
3.Bu sənədlərdə ermənilərin hərbi birləşmələrinin siyahıları mövcuddur. Ermənilər isə bu siyahılardakı hərbçiləri “dinc əhalinin qırılması” adı ilə dünya ictimaiyyətinə təqdim edib onları aldatmışlar.
4.Həmin sənədlər ermənilərin Birinci Dünya savaşında çar Rusiyası Ordusunun tərkibində və ya sərbəst olaraq hərbi birləşmələr formasında döyüşdüyünü təsdiqləyir.
5.Bu sənədlərdə türklərə qarşı döyüşən erməni hərbi birləşmələrinin sayının 130 000-dən çox olduğu rəsmi olaraq təsdiqlənir.
İnanırıq ki, bu kitabdakı sənədlər dünya ictimaiyyətinə ermənilər haqqında obyektiv məlumatlar verəcək, onların türklərə qarşı hər zaman zorakılıqlar törətdiyini sübut edəcək.
Nəsiman Yaqublu
525-ci qəzet.- 2015.- 18 aprel.- S.22