Milli İncəsənət Muzeyində
gürcü rəssamın fərdi sərgisi
açılacaq
Cənubi
Qafqazda ilk dəfə
Bakıda yaradılan
“Kukla” art qalereyasının
fəaliyyətinin iki
ili tamam
olur.
Ötən gün bu münasibətlə
Azərbaycan Milli İncəsənət Muzeyində
tanınmış gürcü
heykəltəraşı və
rəssamı Tamara Kvesitadzenin
fərdi sərgisi açılacaq.
T.Kvesitadzenin fərdi sərgisi aprelin 30-dək davam edəcək.
Tbilisi Texniki Universitetinin
memarlıq bölümünü
bitirən rəssam
1996-2000-cı illərdə ABŞ-da çalışıb. Əsərləri Almaniya, Fransa və digər ölkələrdə müxtəlif
beynəlxalq sərgilərdə,
Venesiya biennalesində,
Nyu-Yorkda CMF qalereyasında
nümayiş etdirilib.
Özünün studiyası (Tamara Studio) olan rəssam hazırda Amerikada yaşayır.
Tamara Kvesitadzenin ən məşhur əl işlərindən biri Qurban Səidin “Əli və Nino” əsərinin qəhrəmanlarına həsr etdiyi “Məhəbbət” heykəlidir. Heykəl Batumidə ucaldılıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 18 aprel.- S.16.