“İçərişəhər - canlı tarix. Tarazlı qorunmainkişaf” müzakirə olunub

 

 

Nazirlər Kabineti yanındaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Memarlar İttifaqı ilə birgə Beynəlxalq Abidələr Tarixi Yerlər Gününə həsr olunmuşİçərişəhər - canlı tarix. Tarazlı qorunma inkişafmövzusunda konfrans keçirib.

 

Tədbirdə çıxış edən idarə rəisi Samir Nuriyev bildirib ki, abidələrin tarixi yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının (İCOMOS) 1983-cü ildə qəbul etdiyi qərarına əsasən hər il aprelin 18-i Beynəlxalq Abidələr Tarixi Yerlər Günü kimi qeyd olunur.

 

S.Nuriyev vurğulayıb ki, bu günün qeyd olunmasının əsas məqsədi ictimaiyyətin diqqətini milli-mədəni irsimizin qorunması, bərpası gələcək nəsillərə olduğu kimi çatdırılmasına yönəltməkdir.

 

Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıq sərəncamlarını rəhbər tutaraq idarə tərəfindən İçərişəhərin qorunması bərpası sahəsində, eyni zamanda qoruq sakinlərinin yaşayış şəraitinin daha da yaxşılaşdırılması müasir turizm infrastrukturunun yaradılması istiqamətində görülən işlərdən əldə olunmuş nailiyyətlərdən söhbət açıb.

 

Mədəniyyət və turizm naziri Əlülfəs Qarayev bayram münasibətilə bu sahənin mütəxəssislərini təbrik edərək konfransın mövzusunun nəinki İçərişəhərin, o cümlədən, Azərbaycanın tarixi yerləri və abidələrinin fəaliyyət planını müəyyən edən mövzu olduğunu vurğulayıb. Nazirliyin nəzdində abidələrin qorunması və bərpası üzrə yaradılmış qurum barədə danışaraq bildirib ki, həmin qurum yerlərdə təhlillər aparır, qanunsuz işlərin qarşısını alır. Nazir eyni zamanda bu sahədə mövcud olan problemlərdən də söhbət açıb.

 

Ə.Qarayev paytaxtımızda keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunları və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək bu tədbirlər çərçivəsində mədəni proqramların təşkil ediləcəyini söyləyib. Bildirib ki, həmin proqramlara əsasən qonaqlar tarixi irsimizlə tanış olacaqlar.

 

Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbəy Qasımzadə və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova Azərbaycanın tarixi abidələrlə çox zəngin olduğunu vurğulayaraq, abidələrimizin qorunması istiqamətində ardıcıl işlər aparıldığını söyləyiblər.

 

Ölkəmizdə tarixi abidələrin qorunmasına xüsusi həssaslıqla yanaşıldığını qeyd edən natiqlər bildiriblər ki, əsas məqsəd cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunun təbliğinə nail olmaqbu irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.

 

Konfransda Miniatür Kitab Muzeyinin təsisçisi, İçərişəhər Ağsaqqallar Şurasının üzvü Zərifə SalahovaMiniatür Kitab Muzeyinin İçərişəhərin sosial-mədəni həyatında rolu”, “Atelier Erich Pummer GmbH” şirkətinin nümayəndəsi Çingiz Neymanzadə “Bəylər məscidinin konservasiya layihəsinin hazırkı mərhələsi” və digər mövzularda çıxışlar edilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 18 aprel.- S.17.