Ümummilli lider Azərbaycan Milli Konservatoriyasında  elmi konfransla yad edilib

 

 

Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri hələ çox-çox qədim zamanlara gedib çıxır. Lakin XX əsrdə xüsusən XXI əsrdə  mədəni həyatımızda yeni bir dövr başlanıb. Bu, ulu öndər,  Ümummilli lider, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür.

 

Elmimizin elə bir sahəsi olmaz ki, Heydər Əliyev qayğısından bəhrələnməmiş olsun. Heydər Əliyevin mədəniyyət sahəsinə olan diqqətini isə xüsusilə qeyd etmək lazımdır. Ulu öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Azərbaycan xalqının inkişafı yolunda Heydər Əliyevin xidmətləri əvəzsizdir.  Odur ki, ulu öndər hər zaman xalqımızın yaddaşında yaşayır, hər zaman xatirəsi anılır.

 

Bu il mayın 10-da Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü tamam olur. Bu münasibətlə  Azərbaycan Milli Konservatoriyasında  ulu öndərin doğum gününə həsr edilmiş, Tələbələrin I Elmi Konfransı keçirildi. İki ali təhsil müəssisəsinin - Azərbaycan Milli Konservatoriyası Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetlərində təhsil alan tələbələrin qatıldıqları konfrans iki gün (16-17 aprel) davam etdi.

 

Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi  çıxış edərək tədbirin böyük mahiyyət daşıdığını vurğuladı çıxışçılara uğurlar diləyərək sözü konfrans iştirakçılarına ötürdü.

 

Öncə, Heydər Əliyevin çoxşaxəli fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu. Ulu öndərin fəaliyyət yolu bir daha, qısa şəkildə, salona toplaşanların gözü önündə canlandırıldı.

 

Bunun ardınca isə konfrans iştirakçıları öz çıxışlarını təqdim etdilər. Azərbaycan Milli Konservatoriyasının tələbələri Aydəmirova Firəngizin (VI kurs) - “Heydər Əliyev Azərbaycan gəncliyi”, Primova Nərminin (II kurs)-Milli mənəvi dəyərlərimizin tərkib hissəsi olan adət-ənənələrimizin qorunub saxlanılmasında inkişafında Heydər Əliyevin rolu”, Cəfərova  Nəsibənin (III kurs) “Heydər Əliyev vətənpərvərlikmövzusunda məruzələri dinlənildi.

 

Konfransda  H.Əliyevin fəaliyyəti, onun mədəniyyət sahəsinə diqqət qayğısı ilə bağlı məruzələrlə yanaşı, musiqi dünyasında müstəsna rolu olan bir sıra dəyərli bəstəkarlar, onların həyat yaradıcılığı, habelə şifahi ənənəli professional musiqi janrı - muğam sənəti ilə bağlı çıxışlar da səsləndi.

 

Konservatoriyanın yetirmələri  Babayeva Aydan (II kurs, magistr) “Azərbaycan xalq musiqisində gender problemi”, İsgəndərova Nərmin (II kurs, magistr) “Səid RüstəmovunXalq çalğı alətləri orkestri üçün Konsert 3 saylı süita”sı”, Hüseynzadə İlahə (II kurs, magistr)  Əfrasiyab Bədəlbəylinin musiqişünaslıq fəaliyyəti”, Nəsirova Mədinə (II kurs) “Milli mənəvi dəyərlərimizi qoruyaq saxlayaqmövzusunda çıxış etdilər.

 

Bu sıradan, Mahmudova Ülviyyə (II kurs, magistr) “Bəstəkar Vasif Allahverdiyevin “Heydər Əliyev - Ömür yolusimfonik poeması”, Quliyeva Səadət (II kurs, magistr) “Cahangir Cahangirovun kantata-oratoriya yaradıcılığında xor yazı üslubuna dair”, Əhmədova Nərgiz (II kurs, magistr) “Azərbaycan musiqişünaslığı (1900-1950-ci illər)”, Hüseynova Məryəm (II kurs, magistr) - “Kamança alətinin tarixi və mənşəyi haqqında”, Abdulla Vəfa (II kurs, magistr) - “Azərbaycan muğamşünaslığı müasir mərhələdə”, Qasımova Gülnar (II kurs, magistr) “Azərbaycan muğamşünaslığı müasir mərhələdə” mövzusu barədə söz açdı.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən isə Mahmudova Aygünün (II kurs, magistr)  “Şüştər” muğam dəstgahının səsyazıları və not yazılarına dair”, Abdurrahmanova Xəyalənin (II kurs, magistr) “Azərbaycan bəstəkarlarının fortepiano musiqisi (2000-2010-cu illər)” mövzulu məruzələri dinlənildi.

 

Konfransda  Magistr tələbələrin çıxışlarının materialları nəfis şəkildə çap olunaraq  təqdim edildi.

 

Şübhəsiz ki,   tələbə elmi konfranslarının keçirilməsi gənc musiqiçilərə olan diqqət və qayğının təzahürüdür. Bu və digər tədbirlərin, konfransların təşkili gənclərin elmə olan marağının daha da artması, onların potensiallarının üzə çıxması, eyni zamanda daha səmərəli çalışması üçün stimulverici, məqsədyönlü addımdır. 

 

Gələcəkdə bu cür konfransların beynəlxalq səviyyədə keçirilməsi barədə təkliflər də iştirakçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı.

 

Fərdin MƏMMƏDLİ

musiqişünas, Üzeyir Hacıbəyli təqaüdçüsü

525-ci qəzet.- 2015.- 18 aprel.- S.16