Milli Dram Teatrında “21:15 qatarı”

 

 

Dövlət Akademik Milli Dram Teatrında Toyqun Orbayın pyesi əsasında hazırlanmış “21:15 qatarıtamaşasının premyerası keçirilib. Pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib.

 

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Kalmıkiyanın əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

 

Tamaşada Xalq artistləri Hacı İsmayılov (Vağzal məmuru), Nurəddin Mehdixanlı (Kişi), Əməkdar artistlər Sənubər İsgəndərova (Qadın), Firuz Xudaverdiyev (Yaşlı kişi), aktyor Ramin Şıxəliyev (Yaşlı Kişi) çıxış ediblər.

 

75 dəqiqə davam etmiş tamaşanın janrı bir hissəli mövcudluq oyunu kimi müəyyənləşdirilib.

 

Qeyd edək ki, Toyqun Orbay 1956-cı ildə İstanbulda anadan olub. Tibb sahəsində çalışmaqla bərabər, dramaturgiya sahəsində fəaliyyət göstərir. “Mat”, “Şərəfinə insanoğlu “21:15 qatarıpyeslərinin müəllifidir.

 

Pyesləri İstanbulda, Ankarada, İzmirdə, Girnedə, Nyu-Yorkda, Lefkoşada dəfələrlə tamaşaya qoyulub.

 

Müəllifin “21:15 qatarıbirpərdəli pyesi 2002-ci ildə yazılıb. Akademik Milli Dram Teatrı Azərbaycan səhnəsində T.Orbay yaradıcılığına ilk dəfə müraciət edib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 18 aprel.- S.17.