“İpək Yolu boyunca musiqi səyahəti”

 

 

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindəİpək Yolu boyunca musiqi səyahətiadlı konsert keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan mədəniyyətini Avropa təmsil edən belə bir məkandaİpək yolu”na həsr olunmuş tədbirin keçirilməsindən məmnunluğunu bildirib.

 

O qeyd edib ki, qədimdən Azərbaycan Şərqlə Qərb, Avropa ilə Asiya arasında mühüm mövqe tutub əsas ticarət yolları ölkəmizin ərazisindən keçib. Ona görə Azərbaycan Mədəniyyət Mərkəzi qədim ticarət yolları üzərində yerləşən ölkələri əhatə edən musiqili layihəni ilk gündən dəstəkləyib. Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında duran vəzifələrdən biri Azərbaycan mədəniyyətinin Avropada təbliği ilə yanaşı, eyni zamanda, digər ölkələrdən olan incəsənət xadimləri ilə birgə layihələrin həyata keçirilməsidir. Azərbaycan Mədəniyyət Mərkəzinin multikultural məkana çevrilməsi, bu yolla da mədəniyyətlərarası dialoqa töhfə verilməsi mərkəzin əsas məqsədlərindəndir.

 

Opera müğənnisi Yekaterina Poteqo göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib İpək Yolu boyunca musiqi səyahətikonsertində ifa ediləcək əsərlər barədə məlumat verib.

 

Sonra layihənin rejissoru Edit Baxköniq qədimİpək yolu”nun keçdiyi ölkələr, tarixi inkişafı İpək Yolu boyunca musiqi səyahətilayihəsinin yaranma ideyası, eləcə gələcəkdə layihə çərçivəsində nəzərdə tutulan “3D” səhnə proyeksiyaları animasiyaları barədə danışıb.

 

Konsertdə qədimİpək Yoluticarət yolunun üzərində yerləşən ölkələrin ənənəvi musiqiləri müasir səhnə texnikasının köməyi ilə təqdim olunub. Çin, Monqolustan, Özbəkistan, Tacikistan, Azərbaycan, Türkiyə, Rusiya bir sıra digər ölkələrin xalq bəstəkar mahnıları məharətlə ifa olunub. Azərbaycan xalq bəstəkar mahnıları, xüsusilə pianoçu Səbinə Həsənovanın solo ifasında Azərbaycan xalq mahnısıSarı gəlinrəğbətlə qarşılanıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 18 aprel.- S.17.