Bakı Müasir İncəsənət Muzeyində Markes anılıb

 

 

Bakı Müasir İncəsənət Muzeyində Kolumbiyanın Azərbaycandakı səfirliyi dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markesi anma mərasimi keçirib.

 

Mərasimdə muzeyin icraçı direktoru Xəyyam Abdinov kolumbiyalı yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin həyat yaradıcılığından geniş söz açıb.

 

Bildirilib ki, yazıçının qələmindən çıxan bütün əsərlər oxucu qəlbinin dərinliklərinə yol tapıb.

 

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Assad Xose Xater Penya, Markesin dünya ədəbiyyatındakı yerindən, bənzərsiz yazı üslubundan, milyonların qəlbini fəth edən ölməz əsərlərindən danışıb.

 

O deyib ki, Markes söz sehirbazı idi, hamının bildiyi, danışdığı kəlmələrlə əsrarəngiz duyğular oyatmağı, oxucunu sözün qüdrətinə inandırmağı bacarırdı.

 

Diplomat bildirib ki, “Magik realizmcərəyanının nümayəndəsi olan Markes 18 yaşında ikən yazmağa başlayıb.1950-ci ildə Hüquq fakültəsində təhsilini yarımçıq buraxıb, özünü bütövlükdə ədəbiyyata qəzetçiliyə həsr edib. Qarsiya MarkesTaun xəstəliyi zamanı sevgi”, “100 ilin tənhalığı”, “Arzuolunmaz saat” “Patriarxın payızı”, “Düşmüş yarpaq digər əsərləri ilə nəinki öz ölkəsində, bütövlükdə dünyada tanınan sevilən ən yaxşı yazıçılardan birinə çevrilib. 2014-cü il aprelin 17-də Mexikoda vəfat edən Markes romanları, povestləri, hekayələri ilə əbədiyaşardır hər zaman ehtiramla anılacaq.

 

Mərasimdə kolumbiyalı yazıçı Oktavio Eskobar ədəbiyyat üzrə Nobel mükafatçısı Markesin həyat yaradıcılığı, həmçinin müasir Kolumbiya ədəbiyyatı haqqında danışıb. Sonda o deyib: “Mən sevinirəm ki, bu gün Azərbaycanda belə bir tədbir təşkil olunub. Bu, Markesin yaradıcılığına verilən yüksək qiymətin göstəricisidir”.

 

Sonda tədbir iştirakçıları kolumbiyalı fotoqraf Nereonun çəkdiyi Qabriel Qarsiya Markesin fotoşəkillərindən ibarət sərgi ilə tanış olublar.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 18 aprel.- S.17