GƏRƏK
ÖYRƏTMƏZDİN...
Saçım əllərinin tumarın istər,
Gözüm gözlərinin odlu mehrini.
Əlim ovucunda isinmək istər,
Sözüm sözlərinin şirin sehrini.
Həsrət qalırdımsa ayaq izinə,
Gərək öyrətməzdin məni özünə!
Qəlbimin atəşi səni arayır,
Baxışım tək sənə ünvanlanıbdı.
Gözlərim hər yerdə səni axtarır,
Könlüm sevgin ilə damğalanıbdı.
Ürəyim dözməyir sənsizliyimə,
Gərək öyrətməzdin məni özünə!
Doğulan hisslərim, şux duyğum oldun,
Sinəmdə ürək də sözümə baxmır.
İstəyirəm səndən hey uzaqlaşım,
O şəhla gözlərin məni buraxmır.
Sənin məhəbbətin, sevgin xəzinə,
Gərək öyrətməzdin məni özünə!
Yaralı ov kimi çırpınan könlüm
Elə fəryad edər, sızlar səninçün.
İlqarına sadiq gözümün yaşı
Axır, dayanmayır hər gecə, hər gün.
Gözlərim həsrətlə baxır gözünə,
Gərək öyrətməzdin məni özünə!
ELƏ BİL...
Elə bil yelkənsiz bir qayığam mən,
Çaşıram xəyalən əsən küləkdən.
Necə anladım ki açıla yelkən,
Sinəmdə alışıb yanan ürəkdən.
Sənə demədiyim çox sözlərim var
Ürəkdə köz kimi yanğısı sızlar.
Sənə demədiyim bu lal sevdalar,
Kədərlə baş-başa qaldığım
anlar.
Eh, necə yuxutək ötüşdü hər
an.
Səni
bax beləcə itirirəm mən...
Heç
doya bilmədim baxışlarından
Ömrümü beləcə bitirirəm mən.
Ayrılıq nədir ki, hicran nədir ki...
Gül üstə
şeh kimi düzülər anlar.
Sənə demədim ki, deyəmmədim ki,
Səninlə hər dərdə dözməyə nə
var.
GİZLİ
SEVDAMIZ
Bu gün bir başqa
gün, bir başqa səhər,
Bu gün dünyamın
da rəngi başqadır.
Gözlərin yoluma ümidlər
səpər
Səninlə duyulan sevgi başqadır.
Səni
ki tanıdım - bu, bir möcüzə
Dünyamın ən gözəl xəyalı sənsən.
Gəlməsin sevdiyim gözlərin
gözə
Könlümü ovudan vəfalı sənsən.
Bu gizli sevdamız kiçik dünyamız
Bir ovuc sevincdir ovudar bizi
Aldadıb utancaq xəyyalarımız
Səni də məni də yandırar gizli.
Sənsiz
necə axıb gedirsə zaman,
Həsrətim həsrətlə beləcə
yandı.
Bu gün uşaqlaşdım
sənsiz, ay aman,
Gözlərindən məni silmə amandı!
Bu gün ayna ilə üz-üzə durub
Gözümdə əksini yaradıram mən
Uzaqdan uzağa xəyallar qurub
Saçlarıma hörrəm həsrətini mən!
Bu gün bir başqa gün, mən də başqa mən,
Dünyamın rəngi də bu gün başqadır.
Bu gün qovuşardıq bəlkə də gəlsən,
Bu gün dünyamın da ruhu başqadır.
XOŞBƏXT OLMAQ İSTƏYİRƏM
Uzaqda, lap uzaqlarda
Dənizlə baş-başa qalıb
Sahil olmaq istəyirəm.
Ləpələrlə qucaqlaşıb,
Arzularımı paylaşıb
İçimdəki istək ilə
Olsun sahil dərd yoldaşım.
Dərya mənə ümid versin
Öz körpəsi - damla ilə.
Bir ürəkdə yuva salıb,
Səadəti soraqlayıb
Xoşbəxt olmaq istəyirəm.
İradə
ƏLİLİ
525-ci qəzet.- 2015.- 21 aprel.-
S.7.