"Saçlarıma ay qonub" kitabı üçün İmza günü

 

Azərbaycan Yazıçılar Birliyində (AYb) gənc şairə Xəyalə Sevilin "Saçlarıma ay qonub" şeirlər kitabının imza günü keçirilib.

 

Tədbiri qurumun mətbuat katibi Xəyal Rza açaraq, gənc şairəni təbrik edib, onun gələcəkdə daha böyük uğurlara imza atacağına inamını dilə gətirib.

 

Tədbirdə yazıçı Seyran Səxavət, şairlər Fərqanə Mehdiyeva, Nazim Əhmədli, Məmməd Dəmirçioğlu, Oqtay Rza başqaları çıxış edərək Xəyalə Sevilin şeirləri barədə fikirlərini bölüşüblər.

 

"Saçlarıma ay qonub" Xəyalə Sevilin 4-cü kitabıdır. Onun indiyədək "Səni sevdiyimi bilməyəcəksən", "Bəxtimə çıxan adam" "Daş" adlı kitabları nəşr edilib. Kitaba professor Vaqif Yusifli ön söz yazıb:

 

"Xəyalənin şeirlərində maraqlı bir obraz var: Daş.O deyir ki, qara günə atmaq üçün könlümüzdə daş saxlayaq. "Daş adamlar" şeirində isə bu obrazın mənfi çalarını rəsm edir..."

 

Kitabda şairin son illərdə qələmə aldığı şeirlər öz əksini tapıb.

 

Sonda X.Sevil şeirlərini oxuyub, oxucular üçün kitabını imzalayıb.

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 21 aprel.- S.7.