SONA BÜLBÜLLƏR
Böyük xanəndə Qədir Rüstəmovun vəfatının ildönümünə
Qədirin qanadlı mələklərisiz,
Ay sona bülbüllər, sona bülbüllər!
Hayana uçursuz, uçun bəri siz,
Bir az hayan
olun ona, bülbüllər,
Ay sona bülbüllər, sona bülbüllər!
Sizin yolunuzda əridir canın,
Gəlin nəğmənizlə qoşa
dayanın.
"Yar-yar" oxuyanda onu da anın,
Qoy gileylənməsin yenə,
bülbüllər,
Ay sona bülbüllər, sona bülbüllər!
Dərin
dəryalarda gəmisi
qalıb,
Onun biçilməmiş
zəmisi qalıb.
Arzusu, istəyi - cəmisi qalıb,
Siz də şərik olun buna, bülbüllər,
Ay sona bülbüllər, sona bülbüllər!
Əlini
atıbdır o, yara dəyib,
Heyif yara deyil, divara dəyib.
Bəlkə huşa gedib, dübarə dəyib?!
Xatırlayar handan-hana, bülbüllər,
Ay sona bülbüllər, sona bülbüllər!
Gül göndərən yarı
tapın, gətirin,
Üz döndərən
yara verin, yetirin.
Nəğməylə oyadın gülü, bitirin,
Qoymayın yarpıza dönə,
bülbüllər,
Ay sona bülbüllər, sona bülbüllər!
Bülbül sorağıyla gəzir
dağları,
Yaşıl çəmənləri, güllü
bağları.
Uzansın ömrünün vurğun
çağları,
Səslənin, çatmasın sona,
bülbüllər,
Ay sona bülbüllər, sona bülbüllər!
Səsin
sehrindəyəm fikrim
yan gedir,
Eşqiylə yanıram, can qurban gedir.
Qəlbimdə çağlayan bir
ümman gedir
Siz də gəlin bu ümmana, bülbüllər,
Ay sona bülbüllər, sona bülbüllər!
QARA
GÖZLƏR
Gülüm, gəl üz-üzə
duraq,
Mehman olum gözlərində.
Mən bir qönçə, gözlər bulaq,
Açıb-solum gözlərində.
Gözlərdən həyat süzülür,
Gilələr üzə düzülür.
Baxanda canım üzülür,
Nə var, zalım, gözlərində?
O gözlərə vurulmuşam,
Ülviləşib durulmuşam.
Həsrətindən yorulmuşam,
Dincim alım
gözlərində.
Bilirəm, cəfam hədərdir,
Məni üzən qəm-kədərdir.
Taleyim bura qədərdir,
Ölüm, qalım gözlərində.
QIŞ
LÖVHƏSİ
Ay şəlalə, gör səni
Şaxta
nə kökə salıb,
Üstünə süngü çəkib,
Qış səni əsir alıb.
Hördürüb qəfəsini,
Kəsdirib nəfəsini.
Buzlar o gur səsini,
Qoynuna gecə
salıb.
Deyib ucalsın başın,
Tək-tək axır göz yaşın.
Xeyirsizdir
təlaşın,
Ümidin yaza qalıb.
AXTARIRAM
Həyat
yolu yoxuş-eniş,
Düzən yollar axtarıram.
Üfüqlərdən daha geniş,
Qucan qollar axtarıram.
Yamaclara
basdım qədəm,
Yarpaq umdum göy meşədən.
Lalə,
nərgiz, bənövşədən,
Təzə nübar axtarıram.
Qərənfilin sorağında,
Gəzdim çaylar qırağında.
Təbiətin qucağında,
Gözəl nə var, axtarıram.
Sübhün soyuq havasından,
Quş üşüyər
yuvasında.
Buludların davasından,
Çıxan dağlar axtarıram.
Qürubun qərib çağını,
Solan xəzan yarpağını,
Al-əlvan göy qurşağını,
Ötür aylar, axtarıram.
Ay işığın, çay
kənarın,
Ləpələri narın-narın.
Yatmış söyüd yarpaqların,
Əyən rüzgar axtarıram.
İnsanlarda mərhəməti,
Sadəliyi, saf niyyəti,
Könüllərdə məhəbbəti
Olan canlar axtarıram.
Qaya üstə duran kəklik,
Oxu, məni
sıxır təklik.
Sevənlərdə həm gözəllik,
Həm düz ilqar axtarıram.
Taleyini yazan haqdır,
İtirmişəm xeyli vaxtdır,
Bu nə tale, bu nə baxtdı,
Sevgili yar, axtarıram.
BULAQ
Yenə
pıçıldaşıb çiçəklər ilə,
Salmısan çəmənə izi sən, bulaq.
Zümzümən bir qızın
oğrun gülüşü,
Özünsə o qızın gözüsən,
bulaq.
Mehmanlar
başına dövrana
gəlir,
Yorğunlar içəndə imana gəlir.
Aşiqlər yanına peymana
gəlir,
Bir ümid
yerisən, düzü
sən, bulaq.
Güllərin əlini sıxıb
gedirsən,
Gedənə, gələnə baxıb gedirsən.
Min bir arzu ilə
axıb gedirsən,
Sanki ürəyimin sözüsən,
bulaq.
NƏNƏM
CƏHRƏ ƏYİRİR
Dizləri altına qoyub darağı,
Yunu ikiəlli
darağa vurur.
Gah sol əlin çəkir, gah da ki,
sağı,
Əlçimdən ələkdə bir qalaq vurur.
Yerin irahlayıb düzəldir
yenə,
Kirişi bərkidir, iyi yağlayır.
Cəhrəni yoxlayır o, dönə-dönə,
Əlçimin ucunu iyə bağlayır.
Sağ əllə cəhrəni fırladır nənəm,
Sol əli ərçimlə
uzanıb gedir.
Düvcə bavram edir, əlcim çəkir qəm,
Biri ölür,
biri qazanıb gedir.
ŞƏLƏLİ
QOCA
Bir qoca yeriyirdi,
əyilmişdi beli.
Şələnin ağırlığından,
əsirdi ayağı,
əli.
Yeriyirdi
birtəhər
söykənib əl ağacına,
Gəncliyini axtarırdı,
həsrət idi əlacına.
Şələsi vardı onun,
dünyalar qədər,
Görünürdü alın qırışlarında,
dərd-qəm dolu kədər.
Yeriyirdi,
büdrəyə-büdrəyə,
əsası əlində,
Aparırdı bir əsrdən
çox yaşının
yükünü belində.
Hacı Hicran Ələkbər oğlu
525-ci qəzet.-
2015.- 22 aprel.- S.8.