General Əliağa Şıxlinski yad edilib
Aprelin 21-də İstiqlal
Muzeyinin ekspozisiyasında
"Generalın yolu"
adlı tədbir-sərgi
keçirilib.
"Azərtac" xəbər
verir ki, sərgidə 30 ədəd
fotoşəkil, muzeyin
fondunda saxlanılan kitablar, sənədlər
nümayiş olunub.
Tədbir iştirakçıları əvvəlcə
generalın nəvəsi,
rejissor Ziya Şıxlinskinin generala həsr etdiyi sənədli filmə baxıblar.
Muzeyin direktoru Fəridə Şəmsi tədbirin Prezident İlham Əliyevin 20 noyabr
2014-cü il tarixli "General Əliağa
Şıxlinskinin 150 illik
yubileyinin keçirilməsi
haqqında" Sərəncamına
əsasən keçirildiyini
bildirib.
F.Şəmsi generalın şərəfli
həyat və döyüş yolundan söz açıb.
Bildirilib ki, Əliağa Şıxlinskiyə 1905-ci ildə
Port-Artur döyüşlərində
podpolkovnik rütbəsi,
1908-ci ildə isə polkovnik rütbəsi verilib. Onun "Səhra
toplarının cəbhədə
işlədilməsi" əsəri,
"Şıxlinski üçbucağı",
"Şıxlinski formulu"
adlı hərbi-elmi ixtiraları topçu-zabitlər
üçün hazırladığı
dərsliklər ona zabit kimi şöhrət
qazandırıb. Birinci Dünya
müharibəsi zamanı
Petroqradın artilleriya
müdafiəsi general Şıxlinskiyə
tapşırılıb. 1917-ci ilin sentyabrından
o, 10-cu ordunun komandanı
təyin olunub və təsadüfi deyil ki, qürurla
onu "Rus artilleriyasının Allahı"
adlandırıblar.
Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini elan edərkən Əliağa Şıxlinski
müdafiə nazirinin
müavini təyin edilib. Sonrakı dövrlərdə də hərbi andına sadiq qalan general ölkənin silahlı qüvvələrinin
formalaşmasına böyük
töhfələr verib.
Tədbirdə heykəltəraş, Xalq rəssamı Xanlar Əhmədov general haqqında
danışıb və
Əliağa Şıxlinskinin
büstünü muzeyə
təqdim edib.
Anım
tədbirində Ə.Şıxlinskinin
ailə üzvləri,
Sərhəd Qoşunlarının,
Səfərbərlik və
Hərbi Xidmətə
çağırış üzrə Dövlət Xidmətinin, Hərbi Dəniz Qüvvələrinin
şəxsi heyəti
və digər qonaqlar iştirak ediblər.
525-ci qəzet.- 2015.- 22 aprel.-
S.7.