İnqilabdan əvvəlki Ağdam
Sovet dövründə böyüməyim,
ali təhsil almağım, hətta o illərdə əmək fəaliyyətinə başlamağım mənə
bu dövr haqqında müəyyən
mənada daha obyektiv fikir bildirməyə imkan verir.
Deməliyəm ki, bir sıra müsbət addımlarıyla yaddaşımda
iz buraxan keçmiş Sovet dövrünün ən
mənfi cəhəti
özündən əvvəlki
dövrün bütün
müsbət addımlarını
heçə endirməklə,
o illərdə qazanılmış
nailiyyətləri yox
dərəcəsində təqdim
etmək olmuşdur. Sovet dövrünün ən yenilikçi şairi olan V. Mayakovski də XIX əsri ümumilikdə ədəbiyyatdan silmək
istəyirdi. O heç
bir zaman dahi L.Tolstoyu və
F.Dostoyevskini ədəbiyyatda
saxlanılması ilə
barışa bilmirdi...
Beləliklə, "könül xoşluğuyla"
ittifaqa daxil olan respublikalara qarşı yol verilən ayrıseçkiliyi
də bu siyahıya əlavə etsəm sovet dövrünün mənfilikləri
kifayət qədər
idi.
lll
Sovet dövrünün belə
təqdimatlarından biri
də Ağdamla
bağlıydı. Belə
ki, inqilabdan əvvəlki şəhər
haqqında danışanda
və yazılanda ilk növbədə
şəhərdə cəmi
bir nəfərə məxsus ikimərtəbəli
binanın olması deyilir. Yerli rayon qəzeti olan "Lenin yolu"nda 1935- ci ildən başlayaraq şəhər haqqında
verilən yazılarda,
ancaq Xasay xan Usmiyevə məxsus ikimərtəbəli
evin olması vurğulanır. Sözsüz ki, onun adının xüsusiylə
çəkilməsi Xurşudbanu
Natəvanla bağlıydı.
Bundan əlavə olaraq şəhərdə
bazar ətrafında bir neçə imkanlı "alverçinin" birmərtəbəli
evinin olması göstərilir.
Lakin bu istiqamətdə apardığım araşdırmalar
göstərir ki, yazılanların heç
biri həqiqətə
uyğun məlumat deyildir. Belə ki, 1828-ci ilin on fevral tarixində imzalanan Türkmənçay
müqaviləsindən cəmi
iki il sonra Ağdama şəhər statusu verilir. Nəzərə alaq ki, Çar Rusiyası dövründə şəhər
statusu hər yaşayış məntəqəsinə
verilmirdi. Bunun üçün
müəyyən tələblər
var idi. Həm siyasi, həm iqtisadi, həm də əhalinin say tərkibi buna imkan verməliydi. Bura bir məqamı
da əlavə edim ki, Ağdam
qədim tarixə malik yaşayış məntəqəsi olsa da, onun inkişafı
və dirçəlişi
Qarabağ xanlığı
dövrünə təsadüf
edir. Xanlıq dövründə şəhər sırf ticarət mərkəzi kimi formalaşmışdı.
Şəhərin məşhur
bazarıda məhz o illərdə yaranmışdı. Bazara yaxın
ərazilərdə isə
Karvansara inşa edilmişdi. "İmarət"in salınması,
1868-1870-ci illərdə Məscidin
tikintisi və digər atrubutların olması ondan xəbər verir ki, Ağdam inqilabdan əvvəl heç də kiçik bir yaşayış məntəqəsi
olmamışdır. Bundan
əlavə ən əsası XIX əsrin ikinci yarısından başlayaraq şəhərdə
samballı ziyalı təbəqəsi formalaşırdı...
Tanınmış ziyalımız, mərhum
alim Vəli Məmmədovun
"Havalansın Xanın
səsi" tədqiqatında
Xan əminin maraqlı bir xatirəsi yer alır: "1917- ci ildə Xan
əminin müəllimi
İslam Abdullayevə
Bərdənin Uğurlubəyli
kəndindən toya dəvət gəlir. Həmin illərdə ara qarışıq
imiş. İslam Abdullayev isə
Ağdamda olan mehmanxanada kirayə etdiyi otaqda bir
aya yaxın imişki qalırmış.
Xan əmi təklifi məhz mehmanxanaya gələrək
müəlliminə təklif
edir..."
Bu məqamı təkrarlamaqda
fikrim Ağdamda hələ inqilabdan əvvəl mehmanxananın
olmasını oxuculara
çatdırmaqdır. Bu gün o mehmanxananın harada olması barədə əldə məlumatımız olmasa
da, hər halda fakt faktlığında
qalır.
Bununla yanaşı çoxsaylı
bəy evlərinin olması da şəhərin
inkişafından xəbər
verir desək səhv etmərik. Təəssüf ki, bu gün bu evlər
barəsində bir o qədər də ətraflı məlumatımız
yoxdur.
Ancaq əldə
etdiyimiz bəzi məlumatları oxucularla bölüşmək istərdim.
lll
Məşhur "Armud" ağacıyla
üzbəüz Qara bəyin mülkü öz möhtəşəmliyi ilə
diqqəti həmişə
çəkirdi.
Dövrünün imkanlı
bəylərindən olan
Qara bəy Əliverdi ADR dövründə
parlament üzvü seçilmişdi. "Qobu" arxının üstündə Muradbəyli
səmtinə gedəndə
yolun sağ tərəfində böyük
bir ərazidə onun çoxsaylı mülkü var idi. İkimərtəbəli şəxsi evində
Sovet dövründə
Ağdam Kənd Təsərrüfatı Texnikumu
fəaliyyət göstərmişdi. Qayınanası
üçün inşa
etdirdiyi mülkündə
sonralar Xan Şuşinski adına Ağdam Uşaq Muğam Məktəbi fəaliyyət göstərirdi.
Bir qədər yuxarıda isə üzü Kommunist küçəsiylə Büynad
Sərdarovun kəsişməsindən
başlayaraq sadə
üslübda inşa
edilən altıyadək
ikimərtəbəli yaşayış
evi var idi.
Xıdırlı, Çuxurməhəllə və
Əhmədavar kəndləri
Kərim bəy və Bahadur bəy Qalabəyovlar tərəfindən idarə
olunurdu. Onların mülkü Sarıhacılı
və Əhmədavar
kəndlərinin kəsişməsində
idi. İkimərtəbəli binanın hər
tərəfə eyvanı
var idi. O illərdə inşa edilən bəy evlərinin demək olar ki, hamısının
ikinci mərtəbəsində
hər bir sanitar qovşağı olurdu.
Əliverdibəyovların mülkü də Muradbəyli də idi. Sonralar oranı xəstəxana
etmişdilər. Yaxınlıqdakı hərbi hissənin ərazisi məhz bu ailəyə məxsus idi. Çox geniş həyəti var idi. Əliverdibəyovların
ulu babası Əliverdi bəy Kəbirli Mehduqulu xanın Ağdam üzrə
darğası olmuşdu.
Üzeyir bəy Hacıbəyovun
anası Şirin xanım Əliverdi bəyin oğlu Natəvanın süd qardaşı Ələkbər
bəyin qızı idi. Ağdamda aparıcı ziyalı
təbəqəsinin yaranmasında
bu nəslin böyük rolu olmuşdu.
Məşhur həkim Fərrux bəy Ağakişibəyovun
Əliverdi bəy nəsli ilə qohumluq əlaqəsi var idi. Onun ikimərtəbəli
mülkü isə bulvarla yanbayan Kommunist küçəsində
idi. Fəaliyyətini
nəzərə alaraq
1942-ci ildə ona
əməkdar həkim
fəxri adı verilmişdi.
Xurşudbanu Natəvanın Xasay xan Usmiyevdən olan oğlu Mehdiqulunun mülkü isə keçmiş maarif şöbəsinin binası olduğu deyilir. Çar ordusunun podpolkovnik rütbəsinədək yüksələn Mehdiqulu xan Vəfa boş vaxtlarında şeir yazırmış. Usmiyevlərin öz mülkləri isə keçmiş Lenin bağında olmuşdu. Maraqlı məqam ondadır ki, bəylərə məxsus mülklərdən demək olar ki, yalnız Usmiyevə məxsus olanı sökülmüşdü. Qalanlarının isə daimi olaraq ya sakinlərin ya da dövlətin idarəetmə orqanlarının sərəncamına verilmişdi.
Qara bəyin mülkü ilə üzbəüz Kərbəlayi Vəlinin mülkü idi. O ərazidə olan internat məktəbinin binası, Hərbi Komissarlığın binası və beş nömrəli məktəbin binasının ona məxsus olduğu deyilir.
"Uçilişanın" binasının isə Peterburqda təhsil almış Məhəmməd Qarayevə məxsus olduğu deyilir. Bir məqam fakt olaraq təsdiqlənib ki, Ağdam Çörək Muzeyinin yerləşdiyi "Od dəyirmanı" Məhəmməd Qarayevə məxsus olmuşdu.
Bundan əlavə Bahadur bəy Vəlibəyovların, Əbdürrəhim bəy Haqverdiyevin ailəsinə məxsus mülklər də Ağdamda idi. Kərbəlayi Ocaqqulu oğlunun mülkü şəhərin mərkəzində, Lenin prospektində yerləşirdi.
Bununla bərabər şəhərdə Xan qızının ailəsinə məxsus bir çox mülk də var idi. Üstəlik Üzeyir Hacıbəyova məxsus mülkün olduğu deyilir.
Bundan əlavə məscidin ərazisində olan Məşədi Hacılıq məhəlləsindəki ikimərtəbəli bina kompleksi və "28 Aprel" küçəsində olan onlarca sıra ilə gələn gözəl və yaraşıqlı mülklər Ağdamın inqilabdan əvvəl yaşamış imkanlı şəxslərinə məxsus olmuşdu.
Beləliklə, biz inqilabdan əvvəlki Ağdamda olan bir sıra bəy evləri barədə fikirləri sizlərin müzakirəsinə veririk. Belə qənaətə gəlmək olar ki, bu gün erməni işğalı altında olan şəhərlə bağlı hələ çoxsaylı məqamların araşdırılmasına ehtiyac var.
Vüqar Tofiqli
525-ci qəzet.- 2015.- 22 aprel.- S.5