Şərq məsələsi və uydurma erməni genosidi

 

HƏQİQƏT YALANLA ÜZ-ÜZƏ

 

 

 

(Əvvəli ötən sayımızda)

 

Gerçəkdə "erməni məsələsi" Türkiyəyə zorla calanmış, həm də yabançı güclərin çəkişməsinin süni məhsulu olaraq meydana gətirilmişdir. Əsrin əvvələrində yaşamış məşhur ingilis alimi Edqar Qranvil yazırdı:

 

"Gerçəkdə erməni-türk ilişkilərinə bir nəzər salınarsa, bu iki xalqın illər boyunca ən kiçik bir anlaşılmazlığa düşmədən, dostcasına yaşadığını görməmək mümkün deyil". Sonradan bu dostluğun düşmənçiliyə çevrilməsinə şəksiz, ermənilərin türklərə qarşı soyqırım siyasətini həyata keçirmələri səbəb olmuşdur.

 

İtalyan alimi, şərqşünas, professor Leon Ceatan bu qənaətə gəlmişdir: "Ermənilər din və mədəniyyətlərinin inkişafında türklərə borcludurlar".

 

1914-1915-ci illərdə Türkiyədə konsul vəzifəsində çalışan çar generalı Mayevski öz hökumətinə göndərdiyi rəsmi təqdimatında yazmışdır: "Ermənilər tərəfindən Türkiyədə həyata keçirilən faciənin məsuliyyəti, əvvəla, erməni komitələri (Rusiyada, Qafqazda və Türkiyədə fəaliyyət göstərən bölücü, millətçi-şovinist erməni təşkilatları nəzərdə tutulur) ilə müştərək hərəkət edənlərin, saniyən onları bu işə təşviq edən əcnəbi dövlətlərin üzərinə düşür".

 

Bu rəy və sitatların, gerçəkliyi əks etdirən fikirlərin sayını istənilən qədər artırmaq olar. Bunu ermənilər də bilməmiş deyillər. Məsələ ondadır ki, erməni siyasətbazları və millətçiləri "erməni genosidi" məsələsini XIX əsrin II yarısından sonra Türkiyədə ermənilərin "dəhşətli vəziyyətdə" yaşamaları ilə izah edir (Eyni ssenari 1988-ci ildə Dağlıq Qarabağda oynanıldı) və sübut etməyə çalışırlar ki, guya türklər ermənilərin "tarixi ərazilər"ini işğal etdiklərindən həmin ərazilərin əsl sahiblərinin hüquqları "dəhşətli dərəcədə tapdanmış", ermənilərin bir xalq kimi mövcudluğunu sual altına almış və "barbarlar" (türklər nəzərdə tutulur) "dinc erməni xalqı"nı kütləvi surətdə qırmışlar. Bəs, əsl həqqətdə nə baş vermişdir?

 

ERMƏNİLƏR HAKİMİYYƏT BAŞINDA

 

Həmin dövrdə Türkiyədə yaşayan ermənilərin nə qədər irəli getdiklərini bir yazıda oxuculara təqdim etmək imkan xaricindədir. O səbəbdən də bəzi məqamlara diqqət çəkməklə kifayətlənəcəyəm. XIX əsrin sonunda ermənilər Türkiyə senatında 5 nəfərlə təmsil olunmuşlar. 1876-cı il Birinci Məşrutiyyət Məclisində erməni millət vəkillərinin sayı 10 nəfər olmuşdur. 1908-ci il İkinci Məşrutiyyət Məclisində erməni deputatların sayı daha 2 nəfər artaraq 12 nəfərə çatmışdır. 1914-cü ildə də Məclisdə ermənilərin sayı azalmamışdır. Birinci Dünya müharibəsi ərəfəsində Türkiyənin xarici işlər naziri (Qabriel Noradunkyan) erməni olmuşdur. XİN-in mərkəzi aparatında çalışan 11 nəfər müstəşardan 5-i milliyyətcə erməni imiş. Xarici diplomatiya idarəsində məmurların 35 nəfəri də "əzilən milləti" təmsil edirmiş. Erməni xarici işlər nazirinin dövründə 15 ölkədə Türkiyəni ermənilər təmsil etmişlər. O vaxt ermənilərin hüquqlarının "tapdandığı" dövrdə Türkiyənin maliyyə naziri də (Akop Kazazyan) erməni olmuşdur. Həmin nazirlikdə 20 nəfər erməni ən məsul vəzifələrdə çalışmışlar. Osmanlı imperatorluğunda daha 8 nazir vəzifəsini icra etmək ermənilərə həvalə olunmuşdur. İmperiyanın süqutuna qədər - son 140 il ərzində silah istehsalına ermənilər rəhbərlik etmişlər. Hətta baş komandan Ömər Paşanın (1854-cü il) şəxsi katibi də erməni Anton Tincir olmuşdur.

 

Araşdırmalar onu sübut edir ki, ermənilər tərəfindən başlanan və milyondan çox türkün qətliamı ilə nəticələnən uydurma "erməni genosidi"nin əsas məqsədi Türkiyədə bütövlükdə hakimiyyəti ələ keçirmək, bu mümkün olmadıqda isə bu ölkə ərazisinin böyük bir hissəsində erməni dövləti yaratmaq olmuşdur.

 

"Nyu-York herald" qəzetinin müxbiri Sidney Vhitman 1920-ci ildə yazırdı: "Əgər bu hərəkətlərin (ermənilərin Türkiyədə törətdikləri qətliamların) birisi Rusiyada olsaydı, bir tək erməni sağ buraxılmazdı. Çaxnaşmaya qədər Türkiyədə ermənilər sərvət toplayar, əsgər verməz, sərbəst yaşayardılar. Əgər bu məmləkətə (Türkiyəyə) heç bir erməni komitəçisi gəlməmiş olsaydı və erməniləri üsyana təşviq və təhrik etməsəydilər, bu qırğınlar da olmazdı".

 

Çar generalı Mayevski də bir raportunda təsdiqləyirdi: "Türkiyədə komitələr (millətçi-şovinist erməni təşkilatları nəzərdə tutulur) girişmədyi yerlərdə ermənilər rahatdırlar. Bu komitələr bu gün də fəaliyyət göstərir. Deməli, ermənilər yenidən səfil vəziyyətinə düşəcəklər. Tarixdə bir erməni faciəsi olmuşdursa, bunun ən böyük günahkarı erməni komitələri və komitəçiləridir".

 

DÖVLƏTƏ QARŞI ÇIXAN ERMƏNİLƏR

 

Osmanlı imperatorluğu dövründə onlarla xalq, millət hakimiyyətə tabe olsa da, dövlətə qarşı çıxan ilk təşkilatlar erməni komitələri olmuşdur. Bu məqsədlə ilk təşəbbüs 1860-cı ildə Kilikiyada qurulan erməni "Xeyirsevər cəmiyyət"i tərəfindən göstərilmişdir. Daha sonra 1870-1880-ci illərdə fəaliyyət göstərən "Araratlı" (Van bölgəsi), "Məktəbsevənlər", "Şərqli" (Kilikiya) cəmiyyətləri də erməniləri üsyana səsləmiş, bu məqsədlə şovinist əqidəsi ilə zəhərlənmiş "Silahlılar cəmiyyəti", "Milliyyətpərvər qadınlar cəmiyyəti", "Ermənistana doğru cəmiyyəti", "Gənc Ermənistan cəmiyyəti" və başqa təşkilatlar yaradılmışdır. Bu cəmiyyətlərdən biri də "Hnçak" komitəsi olmuşdur. Onun əsası Rusiya vətəndaşı olan Avetis Nazarberq və arvadı Maro tərəfindən qoyulmuşdu. Əsas üzvləri Rusiya erməniləri olmuşdur. Fəaliyyət dairəsi güney Türkiyəni əhatə etmişdir. Komitənin əsas qayəsi "Türkiyə Ermənistanı" qurtarmaq, daha sonra "Rusiya və İran Ermənistanları"nı birləşdirərək müstəqil Ermənistan dövlət yaratmaq olmuşdur. Mübarizə üsulu isə terror seçilmişdir. Van üsyanından sonra (1902-ci il) komitə parçalanmış və onun əsasında Daşnaksütyun təşkilatı yaradılmışdır ki, o, artıq 100 ildən çoxdur fəaliyyət göstərir. Türklərə qənim kəsilən bu təşkilatın yerli özəklərə verdiyi əmr belə olmuşdur: "Türkü, kürdü hər yerdə, hər şəraitdə vur. Mürtəceləri (türkləri), əhdindən dönənləri, xainləri (daşnaklara qoşulmayan erməniləri) öldür, intiqam al". Məhz həmin təşkilatın törətdiyi qətliamların nəticəsidir ki, indi də Van, Qars, Ərzurum və başqa bölgələrdə minlərlə türkün toplum halında torpaq altında qalan cəsədləri aşkar edilir. Daşnaksütyun həm də Qərbi Azərbaycanda - İrəvanda, Gümrüdə, Zəngəzurda, Vedibasarda, Zəngibasarda, Ağbabada, Qarakilsədə ağlasığmaz dəhşətlər törətmiş, qadına, uşağa, qocaya baxmadan günahsız adamları od vurub yandırmış, süngülərdən keçirmişdir. Budur, "erməni genosidi"nin iç üzü!

 

 Bir daha qeyd etmək lazımdır ki, ermənilər öz siyasətlərini həyata keçirmək, Türkiyə ərazisində (tarixi Azərbaycan torpaqlarının böyük bir hissəsi də daxil edilməklə) Böyük Ermənistan ideyasını reallaşdırmaq üçün Birinci Dünya savaşından bəhrələnməyə, Osmanlı ordusuna qarşı vuruşan müttəfiq qoşunlarına lazımınca yardım etməyə, bununla da Türkiyəni daxildən və xaricdən çökdürmək üçün tam güclərini sərf etmişlər. Bunu "biz müttəfiq davasına xidmət üçün qan tökdük" - deyə etiraf edən ermənilərin özləri də təsdiqləmişlər. Osmanlı ordusu cəbhədə savaşarkən ermənilər Daşnaksütyun partiyasının rəhbərliyi ilə yurd içində - Türkiyənin daxilində dövlətlər hüququna görə xəyanət hesab edilən, insanlığa yaraşmayan cinayətkarlıqla məşğul olmuşlar. Məsələn, o dövrdə rus ordusunun tərkibində türklərə qarşı 180 min erməni əsgəri vuruşmuşdur. Fransızların Şərq legionlarının tərkibində də minlərlə erməni olmuşdur. Dünyanın bir çox uzaq ölkələrində yaşayan ermənilər belə türklərə qarşı həyata keçirilən soyqırım siyasətində fəal iştirak etmək üçün Türkiyəyə getmişlər. Deyilənləri savaş zamanı ələ keçən yüzlərlə sənəd, məktub və başqa materiallar təsdiq edir. Daşnaksütyun üzvü olan bir nəfər erməninin məktubundən sətirlər:

 

"Sevimli atam, bu, son məktubumdur. Zira, mən də artıq vətəni vəzifəmi yerinə yetirmək və türkün başını əzmək üçün erməni könüllülərinə köməyə gedirəm. Rusiya, İngiltərə və Fransa, Türkiyə və Almaniyadan tam bir intiqam almağa qərar vermişlər. Əmin olun ki, xilas çox yaxındır.

 

20 oktyabr 1914-cü il. Petros Harotonyan".

 

PREZİDENT VİLSON HƏQİQƏTİN YANINDA

 

Birinci Dünya müharibəsində Türkiyənin məğlubiyyəti ermənilərə öz mənfur niyyətlərini reallaşdırmaq üçün geniş imkanlar vermişdi. Türkiyəni parçalamaq üçün real şərait yaranmışdı. İngiltərə, Fransa və çar Rusiyası digər müsəlman xalqlarına örnək ola biləcək bir dövlət görmək istəmirdilər. Türkiyə ərazisi hesabına qondarma bir erməni dövləti yaratmaq cəhdi də həmin məqsəddən irəli gəlirdi. Müharibədən sonra ermənilərin müstəqil Ermənistan dövləti yaratmaq müraciətlərinə cavab olaraq ingilis, fransız, rus və yunan təmsilçiləri bir araya gələrək yeni Ermənistan dövlətinin hüdudlarını müəyyənləşdirməyə çalışmış, hətta onun gələcək ərazisinin konturlarını da cızmışlar. Bundan sonra məqsədə nail olmaq üçün ABŞ prezidenti Vilsonun qərarına ehtiyac duyulmuşdur. Bu məqsədlə də prezident Vilson general Harbord başda olmaqla xüsusi nümayəndə heyətini Türkiyəyə göndərmişdir. General Harbord 1919-cu ilin iyun-iyul aylarında həyata keçirdiyi dəqiq incələmələrdən sonra 16 oktyabr 1919-cu il tarixində ABŞ senatına bu məzmunda rəsmi sənəd təqdim etmişdir: "Ermənilərin iddia etdikləri soyqırımdan kiçik bir iz belə yoxdur. Bunun əksinə olaraq ermənilər İrəvan və Qars bölgələrində, güney Anadoluda türklərə qarı soyqırım və köçürmə siyasətini həyata keçirmişlər. Qara dənizdən İrana qədər uzanan türk sərhədlərini gəzdik, fəqət erməni raportlarını təsdiqləyəcək heç bir şey bulmadıq".

 

Beləliklə, hər şey aydın olur: soyqırımın türklər deyil, ermənilər törətmişlər.

 

Birinci Dünya müharibəsindən sonra Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə bəhrələnən ermənilər Azərbaycanda da öz iddialarını və qatı düşmənçilik siyasətlərini bolşevik bayrağı altında reallaşdırmağa nail olmuş, xalqımıza qarşı dəhşətli soyqırım siyasətini həyata keçirmişlər. 1918-ci il mart ayından etibarən "Əksinqilabçı ünsürlərə mübarizə" şüarı altında Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası (əsasən ermənilərdən təşkil olunmuş) tərəfdən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək üçün mənfur planın həyata keçirilməsinə başlanmışdır. Bu siyasət həm də Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və başqa bölgələrdə də xüsusi qəddarlıqla həyata keçirilmişdir.

 

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətinə məşhur bolşeviklər də haqq qazandırmış, onların "sudan quru çıxmaları" üçün əllərindən gələni əsirgəməmişlər. Məsələn, Orconokidze Leninə vurduğu teleqramda yazırdı: "Polojenie Armenii traqiçeskoe, na nebalşom kloçke dvux uezdov Erivanskoy qubernii skopilos 600 tısyaç bejentsev, kotorie qibnut massami ot qoloda i xolerı. V zavoevannıx uezdax turki povrezali polovinu nasileni. Şuşuniskiy i Zanqezurskiy uezdı - oba zavoevanı turkami. Armyanskoe naselenie jdet pomoş ot Sovetskoy Rossii".

 

Bax, budur tarixi saxtalaşdırmaq! Budur Azərbaycan xalqına gələcəkdə də ermənilər tərəfindən divan tutmaq üçün qol-qanad vermək.

 

Törədilən bütün cinayətlərə, soyqırıma qiymət vermək üçün Azərbaycan Xalq Cümhuriyyəti tarixi həqiqəti bərpa etmək yolunda xeyli iş görmüşdür. Bu məqsədlə 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyunun 15-də faciənin tədqiqi məqsədilə Fövqalədə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıda, İrəvan quberniyasında ermənilər tərəfindən törədilən vəhşilikləri araşdırmışdır. Həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün XİN nəzdində xüsusi qurum yaratmışdır. 1919 və 1920-ci il mart ayının 31-i ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, Azərbaycana və Azərbaycan xalqına qarşı törədilən soyqırımına tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Cümhuriyyətin süquta yetirilməsi bu işin başa çatdırılmasına imkan vermədi.

 

Yalnız 80 ildən sonra müstəqil Azərbaycan Respublikasının prezidenti ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzaladı. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarları və nəzərdə tutulduğu tədbirləri yeni dövrün tələblərinə uyğun reallaşdırmalıdır. Əks halda, "soyqırıma məruz qalmış", "əzabkeş millət" içdiyi türk qanından doymayacaq, məhz Azərbaycan ərazisində daha dəhşətli faciələr törətməkdən çəkinməyəcəkdir. Ölkəmizin ərazisinin 20 faizdən çoxunun işğal olunması, bir milyondan çox qaçqın və köçkün, minlərlə itkin, girov və heç bir günahı olmadan öldürülən saysız-hesabsız insanlar. Budur ermənilərin iç üzü! Nəhayət, əminliklə demək olar ki, qondarma "genosid"in iç üzü yırtılacaqdır. Bunu Azərbaycan və Türkiyə birlikdə həyata keçirəcəklər.

 

Nə qədər ki, azğın düşmənin ağzının qanı tökülməyib, bu salaxanta itin burnu "dişi qana batmaq" istəyi ilə məmləkətimizə soxulmaqdan vaz keçməyəcək.

 

Prezident İlham Əliyev çıxışlarından birində dedi: "Vaxt gələcək Göyçədə də, Zəngəzurda da bu torpaqların əsl sahibləri- azərbaycanlılar məskunlaşacaqlar". O günü Vətənimizə və xalqımıza Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu bəxş edəcək!

 

 

 

 

Səyyad AĞBABALI

 

525-ci qəzet.- 2015.- 22 aprel.- S.4.