Polşada Azərbaycan musiqisi
gecəsi
Polşanın Poznan şəhərində Adam Miskeviç adına
Poznan Universitetinin Türkologiya
fakültəsinin tələbəsi
Zuzanna Goslavskanın təşkilatçılığı ilə Azərbaycan musiqisi gecəsi keçirilib.
Azərbaycanın Polşadakı səfirliyindən
"Azərtac"a bildirilib
ki, gecədə Həmid İbadullayev (balaban/dəf), Monika Koşçelna (skripka/kamança) və Leşek Vıpixin (gitara) ifasında musiqilərimizdən nümunələr
səsləndirilib.
Yüzdən çox polşalı dinləyicinin iştirak etdiyi tədbirdə həmin fakültənin magistri Radoslav Andjeyevski tərəfindən
Azərbaycana həsr edilmiş təqdimat keçirilib.
Azərbaycanın Polşadakı səfirliyinin
əməkdaşlarının iştirak etdiyi gecədə, həmçinin
səfirliyin ikinci katibi Xuraman İsmayılova çıxış
edərək milli musiqi irisimizə göstərilən diqqətə
görə təşkilatçılara
təşəkkürünü bildirib və iştirakçılara gələcək
fəaliyyətlərində uğurlar arzulayıb.
525-ci qəzet.-
2015.- 123 aprel.- S.7