"Təbii fəlakətdən heç kəs, heç nə
sığortalanmayıb"
MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC-NİN SƏDRİ ƏHMƏD ƏHMƏDZADƏ: "SELBASMANIN BİR ZƏRƏRİ VARSA, BİR XEYRİ DƏ VAR..."
- Əhməd müəllim,
yazın gəlişi
ilə təsərrüfat,
əkin-biçin, sel-daşqın
mövsümü başlayıb. Bu baxımdan,
bu il
Azərbaycanda güclü
sel-daşqın gözlənilirmi
və bununla bağlı qabaqlayıcı
addımlar atılırmı?
Bir sözlə, bir neçə il öncə
Mil-Muğan zonasında
yaşanan sel-daşqın
fəlakəti yenidən
təkrarlana bilməz
ki?
- Əvvəla, indidən dəqiq heç nə demək olmur. Bununla belə, bir neçə il öncə yaşanan sel-daşqın fəlakəti
də gözlənilmir,
belə bir təhlükə hələ
ki, yoxdur. O vaxtı baş verən daşqınlar isə daha çox
İranla əlaqəli
oldu. Bir də bizim Mingəçevir su anbarı da birdən-birə çox doldu. Amma əsas İran tərəfdən - Araz çayından birdən-birə
1200 kub su gəldi və dalğa
kimi vurdu, hər şeyi dağıtdı. Yəni, məlum
daşqınlar daha çox onun hesabına oldu. Bununla yanaşı, çox sevindirici haldır ki, artıq həmin yerlər hamısı bərpa olunub. O zaman sel-su altında qalan torpaqlar son illər əvvəlkindən
iki dəfə yaxşı məhsul verib...
- Nəyə görə?..
- Çünki
həmin torpaqlar şorandan yuyulub, keyfiyyətli hala düşüb. Selbasmanın bir zərəri
varsa, bir xeyri də var. Yəni, belə demək mümkünsə,
torpaqların yararlı
hala düşməsi
üçün həmin
sel-suyun xeyri də olub.
Eyni zamanda, dediyim kimi, su
altında qalan ərazilər, yaşayış
məskənləri yenidən
tikilib-bərpa olundu.
Hökumətimiz, prezidentimiz İlham
Əliyev sağ olsun, seldən, daşqından əziyyət
çəkmiş insanlarımızın hamısına ev tikdirdi, məktəb
tikdirdi, əvvəldən
çiy kərpicdən
, torpaqdan tikilən evlər var idi, indi hamısı
daş evlərdir var.
Həmin zərər çəkmiş insanların
hamısının villası
var belə götürsək. İndi moddur
jurnalistikada deyirlər
villa-villa, bu villa odursa,
o da - sadə kəndçi də hökumətdən villa hədiyyə
alıb. Oturub yaşayır özü üçün...
- Yəni, sözlərinizdən
belə başa düşmək olar ki, Azərbaycanı məlum fəlakət bir
daha gözləmir...
- Yenə deyirəm, hələlik belə bir təhlükə yoxdur, görünmür. Çünki o zamandan bu yana sel-daşqının
qarşısının alınması,
onun fəlakətli nəticələrə gətirib
çıxarmaması üçün
çox tədbirlər
görülüb, ondan
sonra çox bəndlər möhkəmləndirilib.
Bilirsiniz, Sovet hökumətindən-quruluşundan
yeni çıxmışdıq,
keçid dövrü
idi, o vaxtlar əldə pul da yox idi.
O işlərin görülməsi
ilk dövrlər asan deyildi,
onları birdən-birə
həll etmək olmurdu. Hökumət nə qədər güclü olsa da, o yüz illə görülməyən
işi bir ildə görmək, iki ildə görmək
üçün vaxt , vəsait
, resurs tələb edirdi. Amma indi dövlətimiz də güclüdür, maliyyə resurslarımız
da ildən-ilə artır, Azərbaycan da artıq regionun
lider dövlətinə
çevrilib, yəni,
Allaha çox şükür ki, bu istiqamətdə də əsaslı işlər görülür. Amma bununla belə,
təbii fəlakətdən
heç kəs-heç
nə sığortalanmayıb.
Özünüz də hər gün görürsünüz,
eşidirsiniz, izləyirsiniz
ki, təbii fəlakət nəticəsində Amerikanın
başına nələr
gəlir, Yaponiya və onun kimi
super dövlətlər, güclü
dövlətlər seldən, sudan nə qədər
əziyyət çəkirlər...
Çilisi, Meksikası, Braziliyası,
hamısı görürsən,
suyun-selin içindədir.
Təbii
fəlakətdən sığortalanma
yoxdur, amma bununla yanaşı, qabaqlayıcı tədbirlər
keçirilir və keçirilməlidir. Çünki o tədbirlərin hesabına yaşamaq mümkün olur.
- Şoranlaşmış torpaqlardan danışdınız. Azərbaycanda hazırda nə qədər şoranlaşmış
torpaqlar var?
- Tam şoranlaşmış
torpaqlar bizdə azdır. O suvarılan torpaqların təxminən
1-2 faizi qədər də tam şoranlaşmış
var, hansı ki, bunlar həmişə
olub, indi də var. O torpaqlar qabaqlar kolxoz-sovxoz vaxtında yuyulurdu, belə 100 hektarla, 200 hektarla bir yerdə
yuyulurdu. İndi torpaqlar hamısı
camaatın özünündür.
Onun yuyulmasını artıq
biz aparmırıq.
Belə
demək mümkünsə,
insanlar özləri suvarma
aparır, onunla təmizləyir özü...
Amma böyük, o qabaqkı kimi yuyulmalar, böyük suvarma normaları ilə aparılan yuyulmalar faktiki mümkün deyil. Bu gün
birisi lobya əkir, o birisi pambıq əkir, digər biri qarpız əkir, yəni, bunlar bir-biri ilə uyğunlaşmadığı üçün
onlar gərək birləşə. Fermerlər özləri
qərar qəbul edib dayandıralar işi, bir ay, iki ay yuyalar, sonra təzədən başlayalar işlərini
davam etdirməyə.
Ancaq hələlik o təşkilatlanma
işləri fermerlər
arasında getməyib.
Lakin gələcəkdə
bu da olacaq,
amma vəziyyət əvvəlkilərdən
çox yaxşıdır.
Deyirlər, ay, filan yerdə şoran torpaq var. Onlar hamısı dildə deyilən sözdür, faktiki ölkədə ortada tam şoranlaşmış, nə
bilim sıradan çıxmış torpaqlar
yoxdur. Hamısından istifadə olunub.
600 min hektar meliorasiya
olunan torpaq var. Onun hamısından istifadə olunur, hamısından da məhsul götürülür.
- Ümumiyyətlə, meliorasiya
sahəsində hansı
işlər görülür
və ya görülməsi nəzərdə
tutulur?
- Meliorasiya sahəsində, suvarma sahəsində çox böyük işlər görülür.
İki böyük su anbarı tikilib, böyük magistral kanallar çəkilib, böyük işlər görülüb. İldə 300-dən artıq artezian quyusu qazılır. Qabaq heç 3 dənə qazmağa imkan yox idi ölkənin.
On illərlə heç 3-5 quyu qazılmırdı. Amma indi
cənab Prezident sağ olsun, vəsait verir, ayırır və özü də nəzarətdə saxlayır,
ildə 300 quyu qazıb veririk camaata. Bu, çox
böyük məsələdir.
Yəni, daxili təsərrüfat şəbəkələri, kolxoz və sovxozdan, baxımsız
vəziyyətdə qalmış
torpaqlar vardı ki, hamısı pis gündə idi, indi bunların hamısının üstündə
müasir texnika var, müasir texnologiya tətbiq olunur, təmizlənir, qaydaya salınır, yenidənqurulması gedir.
Amma işlərin həcmi çoxdur, hamısını
birdən etmək mümkün olmur. Növbələşdirməklə bu işləri görürük...
- Bu ilin sonuna və
gələn il nə qədər artezian quyusunun qazılıb
istifadəyə verilməsi
nəzərdə tutulur?
- Bunların hamısının
hesabatı var. Tələbat
hesablanılır, qoyulur.
İldə büdcənin imkanları
nəzərə alınmaqla
da bu işlər
görülür. İşlərin
də hamısı
qrafikləşdirildiyi yerdə,
yəni, yerli icra hakimiyyətləri ilə birlikdə həyata keçirilir. Baxılır ki, məsələn, filan rayonun 30 min hektarı var, yəni, bunun haralarda, hansı ərazilərdə
artezian quyularına daha çox ehtiyac var ki, ayrılan vəsait ora yönəldilsin və o işlər görülsün...
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2015.- 21 aprel.-
S.5.