Vətənin xoş
sabahı naminə...
Yeri-yurdu tanıdan həmişə
onun övladları, layiqli oğlu-qızı olub. Zöhrabkəndin də başdan-binədən
bəxtinə onu şöhrətləndirən övladlar
düşüb. Onlardan kimisi
məsul vəzifələrdə
çalışan dövlət
qulluqçuları olub,
kimisi adlı-sanlı
elm adamları, fəxri-titullu
alimlər.
On iki il bundan
qabaq haqq dünyasına qovuşan Ağalar Əliyev təkcə doğulub boya-başa çatdığı
qədim Şabran bölgəsinin qoynunda dünyaya gəldiyi doğma Zöhrabkəndin,
sonralar yaşayıb çalışdığı, eləcə də torpağa tapşırıldığı
Siyəzənin deyil, bütövlükdə doğma
Azərbaycanın ləyaqətli,
dəyərli övladlarından,
SSRİ adlanan böyük
bir məmləkəti,
bütün Avropanı
faşist taunundan azad edən əsgərlərdən biri
olub. Öz döyüş şücaətləri
ilə bu əsgər sonralar bir qəhrəmana çevrilib. 1942-ci ilin
bir soyuq fevral günü hərbi komissarlığa
gedən Ağalar Əliyev 1946-cı ildə
qalib bir döyüşçü kimi
geri dönüb, o qalib əsgərin - serjantın yaxasını
yuxarıdan aşağı
bəzəyən III dərəcəli
Şöhrət, II dərəcəli
Böyük Vətən
müharibəsi, "Qırmızı
Ulduz", "Qırmızı
Bayraq" ordenləri,
"İgidliyə görə",
"Döyüş şücaətinə
görə" medallarının
bir-birinə dəydikcə
çıxardıqları cingilti səsi yeridikcə özündən
qabağa gedib çatıb və baxanlar bu igid
həmyerliləri ilə
fəxr edib. Ali Baş Komandanın
əmri ilə Ağalar Əliyev doqquz təşəkkürnaməyə
layiq görülüb.
Doğrudur, aradan illər keçəndən sonra bir ara bəzi nadanlar odun-alovun içindən çıxıb gəlmiş
müharibə veteranlara
üstdən aşağı
baxmaq istəyirdilər
ki, guya onlar Vətəni deyil, Rusiyanı faşistlərdən qorumuşlar.
Ağalar kişinin sərrast
cavabı elə kimiləri yerində oturdurdu.
İbrətamiz bir tarixi rəvayət
var. Skiflərlə vuruşan
Dara adlı hökmdar onların sərkərdəsini ağır
sözlərlə məzəmmət
edir ki, sizin əsgərlər ağır döyüşlərdən
qaçır, geri çəkilirlər.
Skiflərin sərkərdəsi ona
belə cava
b verir ki, biz bəzən
döyüş meydanlarından
ona görə geri çəkilirik ki, arxada əkilmiş
zəmilərimiz, şəhər
və kəndlərimiz
yoxdur. Əgər sən bizim döyüşçülərimizin cəsarətinə, qeyrətinə
bələd olmaq istəyirsənsə, onda
babalarımızın, ulularımızın
qəbirləri olan yerlərə yaxınlaş!.. Bax, onda bilərsən
ki, kimlərlə vuruşursan.
1942-ci ilin fevralında Ağalar Əliyev cəbhəyə yola düşəndə faşistlər
Şimali Qafqazda idilər və buradan az qala
üç addımlıqda
isə ulularımızın,
babalarımızın əbədi
yatdıqları torpaq,
əkin-biçin yerlərimiz,
doğma Azərbaycanımız
idi və Ağalar Əliyev də o torpağın müdafiəsinə qalxmışdı...
1942-ci ilin fevralında
Krımdan başlanan cəbhə yolu şəhərlər keçə-keçə,
Avropanın neçə-neçə
ölkəsini dolaşa-dolaşa
1946-cı ilin sonlarında
başa çatdı.
Boqdan Xmetnitski ordenli 877-ci artelleriya polkunun top taqını komandiri idi. Polk
cənub cəbhəsinin
tərkibində vuruşurdu.
1943-cü
il. Ukraynanın Zoporojye
şəhəri uğrunda
düşmənlə amansız
döyüşlər gedirdi.
Ağalar Əliyevin komandiri
olduğu topçu taqını sol cinahda müdafiə mövqeyində
durub, düşmənin
əks hücumlarını
gözləyirdi. Serjant yaxşı
bilirdi ki, döyüşdə qələbə
soyuqqanlılıqla, cəldliklə
əldə edilir.
Faşist tankları - "dəmir pələnglər"
hücuma keçmişdi.
Ağalar Əliyev üzünü əsgərlərinə
tutub:
- Üstümüzə "dəmir
pələnglər" gəlir.
Bu gün biz onları,
baxın, burada məhv edəcəyik",
- deyə yumruğunu səngərin qırağına
çırpdı.
Tanklar sağ cinahdan və mərkəzdən müdafiə xəttini yarıb irəli keçmişdilər. Düz xətt
boyunca üç düşmən tankı irəliləyirdi. Serjant yaxşı
bilirdi ki, tanklar yalnız uzaqda görünəndə
qorxulu olur. Elə sağ cinahda və mərkəzdə mövqe
tutmuş topçularımızı
da tanklar uzaqda görünəndə
Ağalar Əliyevin fikri isə qəti idi. Düşmən tanklarını
yaxın buraxıb, yalnız yaxın məsafədən atəş
açmaq!
Atəş!... Düşmən tankı yaralı
pələng kimi nərildəsə də,
yerindən tərpənə
bilmədi.
Atəş!... İkinci düşmən tankı isə bir anda qara
tüstüyə büründü.
Düşmənin üçüncü tankı
geri dönüb qaçmaq istəsə də, sərrast atəşə tuş gəlib məhv edildi.
Düşmən hücumunun qarşısı
beləcə alındı.
Yaralı
topçunu sanitarlar təcili tibbi yardım maşınına
mindirəndə tanımadığı
bir hərbçi:
- Təbrik edirəm, serjant, - dedi. - Sizi Sovet İttifaqı
Qəhrəmanı adına təqdim edəcəyik.
Ancaq o vaxt bütün döyüşçülər kimi Ağalar Əliyevi də ad düşündürmürdü və ona bu
döyüşdə göstərdiyi
şücaətə görə
"Qırmızı Bayraq"
ordeni təqdim ediləndə bircə kəlmə söz dedi: "Sovet İttifaqına xidmət edirəm".
Ağalar Əliyevin komandir olduğu topçular batareyası dava vaxtı cəbhənin ən qaynar nöqtələrində olub. Ladoqa gölü
ətrafında gedən
döyüşlərdə iştirak etmək üçün Ağalar
Əliyevin batareyası
Ukraynadan birbaşa ora yollanıb.
Topçular vurduqları hədəfi qeyd etmək üçün adətən
toplarının üstünə
üstəgəl işarəsi
qoyurlar.
Həmin işarələri hesablamaqla
məhv etdikləri düşmən texnikasının
sayını bilirlər.
Ağalar Əliyevin 1942-ci ildən 1945-ci ilə kimi arxasında olduğu topda Berlinə girəndə üstəgəl işarəsi çəkməyə yer qalmamışdı...
Dava qurtarandan sonra qalib əsgər-topçu serjant Ağalar Əliyev qoruduğu torpaqda əkin-biçinlə məşğul olmaq üçün doğma kəndlərinə qayıtdı.
... 2000-ci
ilin 9 Mayı - Qələbə günü
idi! Oğul-uşaq gəlib əsgərin - ataları Ağalar kişinin adına
layiq bir süfrə açmışdılar.
Axı, ataları bir vaxt bu qələbə
naminə ömrünün
ən gözəl çağlarını, gənclik
illərini cəbhədə
ölümlə üz-üzə
keçirmişdi. Və bu
Qələbə günü
keçmiş cəbhəçilərə
daha doğma və əziz idi.
Atalarını qonşu otaqdan süfrə başına çağırmağa gedən
evin böyük oğlu Nadir müəllim
gördüyünə inanmadı. Pəhləvan
cüssəli kişi elə oturduğu yerdəcə keçinmişdi, ölüm
də onun müvazinətini əyib əyləşdiyi yerdən
yıxa bilməmişdi.
O ölümün heç
cəbhədə də,
odun-alovun içində
də Ağalar Əliyevə gücü çatmamışdı...
Keçmiş döyüşçünü Siyəzəndə torpağa
tapşırdılar.
Oğlu
Nadir müəllimin indi
bir nisgili var!
-Təəssüf ki, atam Siyəzənin bugünkü növrağını
görə bilmədi,
- deyir, - şəhərimiz
indi az
qala hər gün göz qabağında dəyişir,
böyüyür, gözəlləşir,
abadlıq-quruculuq işləri
yeni vüsət alır.
Ağalar
kişi bunları görməsə
də, nə qəm... Əsgərlər
həmişə döyüşə
Vətənin müdafiəsi
ilə yanaşı, axı, həm də xoş sabahı naminə yola düşürlər...
Aydın Tağıyev
525-ci qəzet.- 2015.- 24 aprel.-
S.8.