UNESCO-da Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı olub
Aprelin
22-də UNESCO-nun İcraiyyə Şurası çərçivəsində
Bakı Prosesi və bu il mayın 18-19-da Bakıda gerçəkləşəcək
3-cü Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun təqdimatı keçirilib.
Təqdimat mərasimini açan İcraiyyə Şurasının
sədri səfir Məhəmməd Əmr ölkəmizin təşəbbüsünün
dünyada sülh və əməkdaşlığa
xidmət etdiyini bildirib.
UNESCO-nun baş direktoru
İrina Bokova çıxışında müasir
qlobal proseslər, rəhbərlik etdiyi təşkilatın mədəniyyətlər
və dinlərarası
dialoqa verdiyi töhfələri diqqətə
çatdıraraq Azərbaycanın
təşəbbüsünün belə məsələlərdə
son dərəcə əhəmiyyətli
olduğunu və qurumun forumla tərəfdaşlığının davam edəcəyini deyib.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüslərinə
toxunan baş direktor Azərbaycanın birinci xanımının fəaliyyətinin UNESCO-nun məqsəd
və prinsiplərinə
böyük dəstək
olduğunu vurğulayıb.
Daha sonra geniş təqdimatla çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Bakı Prosesi və Forumunun Prezident İlham Əliyev tərəfindən dünya
mədəniyyətləri arasında dialoq və anlaşmanı təşviq etmək məqsədilə irəli
sürülən təşəbbüs
olduğunu, ölkəmizin
belə məsələlərdə
körpü rolu oynadığnı, xalqımızın
multikultural tərkibli
zəngin mehriban birgəyaşama ənənələrinə
sahib olduğunu və
bu kimi ənənələri
dünya ictimaiyyəti
ilə bölüşmək
istədiyini deyib.
Nazir dövlətimizin başçısının Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini 2010-cu ildə BMT Baş Assambleyasında çıxışı zamanı bəyan etməsinin beynəlxalq ictimaiyyətin sülh və dialoq şəraitində, irqi, dini, milli fərq qoyulmadan yaşamaq üçün bir çağırışı olduğunu, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv olduğu zaman bu prinsiplərə sadiqliyini öz fəaliyyəti ilə sübut etdiyini vurğulayıb. Forumun tərəfdaşları olan UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun Forum çərçivəsində ölkəmizlə birgə maraqlı tədbirlər təşkil edəcəyini qeyd edən nazir bu təşkilatlara, xüsusilə UNESCO rəhbərliyinə təşəkkürünü bildirib.
Təqdimatda Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən, Prezident İlham Əliyevin təşəbbüsü olan Bakı Prosesi və Forumdan bəhs edən film nümayiş olunub. Tərəfdaş qismində Avropa Şurasının demokratik iştirak və vətəndaşlıq məsələləri üzrə direktoru Jan Kristov da çıxış edərək təmsil etdiyi təşkilatın mədəniyyətlərarası dialoq fəaliyyətlərinə böyük önəm verdiyini və Bakı Prosesi başlandığı vaxtdan Azərbaycanın bu xoşməramlı təşəbbüsünü dəstəklədiklərini, Forumun təşkilatlararası əməkdaşlığa da böyük töhfə verdiyini qeyd edib.
Koventri Universitetinin professoru, Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun direktoru Mayk Hardy Bakı Prosesinin və Forumun dünyada artan milli, irqi, dini və mədəni anlaşılmazlıqların qarşısını almağa, dialoq və sülhə xidmət etdiyini bildirərək, Azərbaycanın bu təşəbbüsünün nəinki siyasi, həmçinin akademik mühitdə də alqışlandığını diqqətə çatdırıb.
Daha sonra Şuranın üzv ölkələri və iştirakçılar Foruma ev sahibliyi edəcək Azərbaycan tərəfinə suallar ünvanlayaraq tədbirin təfərrüatları barədə ətraflı məlumat əldə ediblər.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Anar Kərimov tədbirə böyük maraq göstərdiklərinə görə üzv ölkələrə, həmçinin İcraiyyə Şurası çərçivəsində belə bir təqdimatın təşkilinə şərait yaratdığına görə sədr səfir Məhəmməd Əmrə təşəkkürünü bildirib.
Tədbir ziyafətlə davam edib.
525-ci qəzet.- 2015.- 24 aprel.-
S.7.