Vokal musiqisinin nəzəri problemləri
müzakirə edilib
Aprelin 23-də Muzey
Mərkəzində "XX-XXI əsrlərin vokal musiqisinin nəzəri problemləri" mövzusunda
elmi-nəzəri konfrans
keçirilib.
Konfrans Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən
Qara Qarayev VI müasir musiqi festivalı çərçivəsində
reallaşıb.
Sənətşünaslıq doktoru Rauf Fərhadov
Bakıda təşkil
edilən müasir musiqi festivallarının əhəmiyyətindən, tanınmış
musiqiçilərin bir
araya gəlməsində
belə tədbirlərin
rolundan danışıb.
Konfransda
rusiyalı mütəxəssislər
Yekaterina Okuneva "Bo
Nilssonun "Brief an Gösta
Oswald" trilogiyası 1950-60-cı illər avanqardının
bədii axtarışları
kontekstində", Tatyana Sareqradskaya
"Vokal musiqidə bəstəkarlıq vasitələri
sistemində fonetika: Maurisio Kagel və Luçano Berio", Vladislav Tarnopolski "Vladimir Tarnopolskinin
"Kölgənin o biri
tərəfində" operası
çağdaş musiqili
teatr janrı kontekstində", Marianna Vısotskaya
"Poetik struktur kompozision invariant kimi: Fərəc Qarayevin "Jorney to love" mooperası"
və Azərbaycandan sənətşünaslıq namizədi
Raya Abbasova "Firəngiz
Əlizadənin "İntizar"
operasında verbal və
musiqi ünsürlərinin
qarşılıqlı əlaqələri"
mövzularında məruzələrlə
çıxış ediblər.
Çıxışlar mövzuya uyğun slaydla müşayiət olunub.
525-ci qəzet.- 2015.- 23 aprel.-
S.7.