Erməni
riyakarlığı
Yalandan ağlamaq, sızlamaq, göz yaşı
axıtmaq, yalvarmaq qətiyyətsizliyin, acizliyin və ləyaqətsizliyin
ifadəsidir.
Bu həm də yol verilən günahları,
cinayətləri, əxlaqsızlıqları pərdələmək,
danmaq, bəraət almaq üsuludur.
Ulu
öndər Heydər Əliyev deyirdi: "Həyatda şərəflə
şərəfsizliyi, şəxsi rifahla ictimai borcu,
tamahkarlıqla vicdanlılığı hər kəs
özü seçir".
Müdrikcəsinə deyilmiş bu kəlam ermənilər
üçün xarakterikdir. Çünki hadisələr,
tarixi faktlar göstərir ki, millətçilik, şəxsi
mənafe, şərəfsizlik, tamahkarlıq, qaniçənlik,
yalan və xəyanət əksər erməninin
qanındadır, keçicidir, irsidir. Təəssüf
ki, insanlığa yad olan bu xüsusiyyətlər azalmaq əvəzinə,
əksinə zaman keçdikcə pisliyə doğru
formalaşdırılır, müxtəlif adlar, ünvanlar,
baxışlar, ideyalar formasında meydana çıxır,
yeni-yeni təcavüzə, insan tələfatına, terrorizmə,
xəyanətlərə, təxribatlara və həm də ermənilərin
milli əxlaqsızlığına, mənəviyyatsızlığına
yollar açır.
Başqalarının kölgəsində
daldalanmağı, özgəyə xidmət etməyi, əl
açıb yalvarmağı, ağlayıb-inləməyi
yüz illərlə özləri üçün milli dəyər
hesab edən, ancaq fürsət düşən kimi
çörəyini yediyi millətin qanını içən
ermənilər hələ də öz mənfur siyasətlərindən,
əməllərindən əl çəkmirlər.
Artıq
Ermənistan fəlakətin bir addımlığında olsa
da, öz müstəqilliyini tamamilə itirsə də, ancaq
başda dövlət başçısı Serj Sarkisyan
olmaqla erməni siyasətçiləri, hakim dairələr
yalan bəyanatlar verib xalqı aldatmaqla, beynəlxalq aləmi
çaşdırmaqla, siyasi riyakarlıqlarla məşğuldurlar.
Tarixdən müəyyən anlayışı olan hər
bir erməni yaxşı bilir ki, dünyada "böyük
Ermənistan" dövləti mövcud olmamışdır. Həm də
ermənilər qarışıq xalqlardan əmələ gəlmişlər.
Bunu təkcə qədim yunan tarixçisi
Herodot və başqa alimlər deyil, böyük və
kiçik Sovet ensiklopediyası sübut edir. Akademik N. V. Mart VI əsrdə yaşamış erməni
müəllifi Zelab Qlakin əsərinə əsaslanaraq ermənilərin
kökünün hindistanlı qaraçıların bir qolu
olduğunu bildirir.
Ermənilər
e.ə. 616-550-ci illərdə Midiya imperiyasının tərkibində
başçısı fars olan erməni
tayfası kimi formalaşmış, qədim Suriya ərazisində
üzümçülük, əkinçilik və
heyvandarlıqla məşğul olmuşlar. Bəzi ermənilər
Suriya padşahlığında müəyyən vəzifələr
tutmağa və ad almağa nail olmuşlar ki, bu da sonralar
onlara xəyanət yolu ilə hakimiyyətə gəlməyə
imkan yaratmışdır. Suriya
hökmdarının ölümündən sonra orduya sərkərdəlik
edən iki qardaş - erməni Artaşes və Darex hakimiyyəti
ələ keçirərək Suriyanın əsas hissəsini
e.ə. 187-ci ildə Ermənistan ölkəsi elan edirlər.
Nəticədə ilk Azərbaycan dövlətindən 124 il sonra Suriya ərazisində qondarma erməni
dövləti yaradılır.
Ancaq dövləti idarə etmək üstündə
qardaşlar arasında ziddiyyət yarandığına görə
onlar ikinci bir erməni dövləti yaratmaq üçün
qonşu ölkələrə və Qafqaza girərək
işğal etdikləri ərazilərdə ikinci (kiçik)
Ermənistan dövlətinin yarandığını elan edirlər. Beləliklə,
ermənilərin Suriyadan Qafqaza köçürülməsi
başlayır. Ermənilərin Qafqazda
güclü dövlət yaratmaq planı isə baş tutmur.
Tarixə
nəzər salsaq görərik ki, ermənilər keçən
əsrlərdə kütləvi məskunlaşdıqları
və işğal etdikləri ərazilərdə dəfələrlə
erməni dövləti yaratdıqlarını elan etmiş,
lakin həmin dövlətlər az bir
zamanda ləğv olunmuşdur. Belə bir
dövləti onlar 1080-ci ildə Türkiyənin cənub hissəsində
Kilikiya ərazisində də yaratdıqlarını elan
etmişlər.
Xatırlatmaq lazımdır ki, elan edilən qondarma
dövlətlərin hamısı xəyanət və
işğal zəminində yaradılmış, ancaq heç
biri uzunömürlü olmamışdır.
Bir vaxtlar İrəvan xanlığının ərazisinə
köçürülən ermənilər sonralar orada öz
dövlətlərini yaratmış və nəticədə
yüz minlərlə azərbaycanlını doğma ata-baba
torpaqlarından didərgin salmışlar. On minlərlə
insan öldürülmüş, şikəst edilmiş, əsir
götürülmüşdür. Qarabağ
torpaqlarına üz tutan ermənilər burada da öz mənfur
niyyətlərini həyata keçirmişlər. Tarixi
Qarabağ əraziləri və ətraf yeddi rayon erməni
silahlı birləşmələrinin təcavüzünə
məruz qalmış, 20 faizdən artıq ərazi zəbt
edilmiş, nəticədə bir milyondan çox yerli əhali
qaçqın-köçkünə çevrilmiş,
yüzlərlə kənd, qəsəbə, şəhər,
mədəni-tarixi abidələr məhv edilmişdir. Qədim
tarixlərdə olduğu kimi, ermənilər Qarabağ
torpaqlarında ikinci Ermənistan dövləti
"yaratdıqlarını" elan etmiş və 25 ilə
yaxındır ki, ərazilərimizi işğal altında
saxlayırlar.
Təcavüzkar Ermənistan işğal olunmuş
torpaqların qeyd-şərtsiz azad edilməsi haqqında BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsinə, beynəlxalq
təşkilatların müraciətlərinə heç bir
məhəl qoymur, bəşəriyyətə və beynəlxalq
hüquq normalarına hörmətsizlik nümayiş etdirir.
Bu gün Ermənistanda hakimiyyətdə olanlar
insanların qanı və faciəsi üzərində hakimiyyətə
yiyələndikləri üçün ən alçaq hərəkətləri
etməyə məhkumdurlar. Çünki başda Serj Sarkisyan
olmaqla onların əksəriyyəti qatildir, terrorçudur,
azərbaycanlıların qanını içən, eləcə
də vəzifə tutmaq üçün öz xalqını
satan, torpağına xəyanət edən,
insanları dilənçi vəziyyətinə salan
yaramazlardır. Onlar erməni xalqını saxta
vədlərlə - "böyük Ermənistan"ı bərpa
etmək, xalqın adını və şöhrətini
ucaltmaq, erməni dövlətinin və dininin ən qədim
tarixə malik olduğunu reallaşdırmaq, Qarabağda ikinci
bir erməni dövləti yaratmaq və sair xülyalarla
aldadır, bununla da cinayətlərini, çirkin əməllərini
ört-basdır edirlər.
Ermənilərin bu mənfur niyyətləri isə
heç vaxt baş tutan deyil. Azərbaycan Prezidenti
İlham Əliyev dəfələrlə bəyan etmişdir
ki, ermənilərə Azərbaycan torpaqlarında ikinci bir erməni
dövləti yaratmağa heç zaman imkan verilməyəcək
və işğal altında olan torpaqlarımız hansı
yolla olursa-olsun azğın düşməndən azad ediləcəkdir.
Sözsüz ki, ölkəmizin rəhbərinin dedikləri
həqiqətə çevriləcəkdir. Azərbaycan
xalqı buna əmindir və hər bir kəs düşmənlə
mübarizəyə hazırdır.
Bu gün
qondarma erməni "soyqırımı"ndan danışan
və onun 100 illiyini qeyd etməyə hazırlaşan ermənilər
əslində əsrlər boyu azərbaycanlılara və
türklərə qarşı soyqırımı, kütləvi
qətllər, terror hadisələri törətmiş, ancaq
türklərin və azərbaycanlıların ürəyi təmizliyindən,
alicənablığından istifadə edib öz əməllərini
pərdələməyə nail olmuşlar. Təkcə
1918-ci ilin 29-31 mart günlərində Bakıda ermənilər
20000 azərbaycanlını qətlə yetirmişlər.
Həmin illərdə Naxçıvanda, Qubada,
Şamaxıda, Salyanda və digər ərazilərdə on
minlərlə insan erməni vəhşiliklərinin
qurbanı olmuşdur. Azərbaycanlılara
qarşı 1905-ci ildən başlayan qətllər,
soyqırımları 1948-1953, 1988-1992-ci illərdə daha
kütləvi hal almışdır. Xocalıda
ermənilər tarixdə analoqu olmayan soyqırım törətmiş,
bütöv bir şəhər əhalisi ilə birlikdə məhv
edilmişdir.
Erməni faşistləri öz çirkin əməllərini
yenə də davam etdirir, işğal altında olan əraziləri
dağıdır, yandırır, məhv edir, atəşkəs
rejimini hər gün pozur, dinc sakinlər, hərbçilərimiz
öldürülür, yaralanır.
Qaniçən
ermənilərin isə yüz il bundan əvvəl
olmamış ölülərinə yas tutmaları və bunu
dünyaya bəyan edərək göz yaşı
axıtmaları görünməmiş həyasızlıqdır.
Azərbaycan
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyev erməni saxtakarlığına, tarixi təhrif etmə
faktlarına "Gorus-2010: Absurd teatrı
mövsümü" kitabında elmi dəlillərlə
tutarlı cavab vermişdir. Müəllif yazır: "Ermənistanı
tarixin saxtalaşdırılması məsələləri
üzrə dəyişməz dünya çempionu
adlandırmaq olar. Bu baxımdan onun tayı-bərabəri
yoxdur. Öz tarixini "qədimləşdirməyə"
və hər vasitə ilə öz xalqını qonşuların
ermənilərin xoşuna gələn ərazilərinə
"bağlamağa" çalışan erməni müəlliflər
bəzən özləri də bilmədən gülünc nəticələr
çıxarır, siyasi liderlər də bu nəticələrdən
yapışır və yüksək tribunalardan
çıxış edərək utanıb-qızarmadan həmin
nəticələri elmdə hamılıqla qəbul
edilmiş "aksiomlar" kimi qələmə verirlər".
Amerika
alimi Djetti Makkarti "Erməni soyqırımı: mif və
reallıq" kitabında yazır: "Şərqi Anadoluda 1
milyondan artıq müsəlman əhalisi
qırılmışdır. 2,5 milyon
müsəlman bu fırıldağın qurbanı
olmuşdur. Erməni soyqırımı isə
olmayıb..." Çünki bu hadisə ilə
əlaqədar ermənilərin əlində əsaslı
faktlar, dəlillər yoxdur. Bəzi mənbələrdə,
sənədlərdə 1915-ci ildə 50-100 və 300 min erməninin
türklər tərəfindən qətlə yetirildiyi
bildirilirsə, lakin sonrakı illərdə bu rəqəm bir
neçə dəfə artırılaraq 1,5-2
mln. və bəzən bundan da artıq
göstərilir. Halbuki həmin dövrdə rəsmi məlumatlara
görə, Türkiyə ərazisində cəmi 1,2 mln. erməni
yaşamışdır ki, onların da 800 mini müharibə ərəfəsində
ayrı-ayrı ərazilərə
köçürülmüş və ya
köçmüş, rəsmi rus mənbələrində
göstərildiyi kimi, 400 min erməni müsəlmançılığı
qəbul etmişdir. Belə olan halda milyonlarla
erməninin ödürülməsi haqqında söylənilənlər
həqiqəti əks etdirmir və tamamilə uydurmadır.
Əslində bu bir həqiqətdir ki, 1915-ci ildə
müharibə zamanı bütün hallarda ermənilər
türklərə qarşı xəyanət etmiş, türk
əsgərlərini, dinc əhalini qırmış, orduda
çaşqınlıq yaratmağa
çalışmışlar.
Ancaq 100 ildir ki, ermənilər tarixi həqiqətləri
gizlədir, öz fitnəkar əməllərini
ört-basdır edir, Türkiyəyə qarşı əsassız
iddialar irəli sürür və dünyada təcavüzə
məruz qalmış bir xalq imici formalaşdırmaq istəyirlər. Onlar
dünyaya qondarma erməni soyqırımını
sırımaqla və özlərini yazıq, məzlum qiyafəsində
göstərməklə Türkiyə dövlətini
sarsıtmağa, beynəlxalq aləmdə hörmətdən
salmağa cəhd göstərirlər.
Roma Papasının qondarma erməni soyqırımına
münasibəti, bəzi dövlət
başçılarının, səlahiyyət sahiblərinin
qondarma anım mərasiminə qatılmaq arzuları, bir
neçə ölkə parlamentinin bu saxta hadisəyə,
uydurmaya dəstək verməsi və onun daha geniş
yayılmasına göstərilən cəhdlər bunu deməyə
əsas verir.
Doğrudanmı,
bu insanlar tarixi hadisələrə, bəşəri faciələrə,
insan taleyinə belə can yandırandırlar? Əlbəttə,
yox! Onlar insanların taleyinə əgər belə
acıyırlarsa, yüz il bundan əvvəl olmamış
ölülərə göz yaşı axıdırlarsa, niyə
Azərbaycana gəlib ermənilər tərəfindən qətlə
yetirilən və tarixə şahidlik edən on minlərlə
insanın ruhunu, kütləvi qəbiristanlıqları yad
etmirlər, Xocalı soyqırımını yada salmırlar,
bir milyondan artıq qaçqın və
köçkünün taleyi ilə maraqlanmırlar?
Deməli, onları insanların taleyi, haqq-ədalət, həqiqət deyil, özlərinin mənafeləri, əldə edəcəkləri gəlirlər, həyata keçirmək üçün hazırladıqları mənfur planlar, məqsədlər düşündürür. Qondarma erməni soyqırımına verilən dəstək də bu məkrli planların tərkib hissəsidir, tarixə və bəşəriyyətə xəyanətdir.
Qondarma erməni soyqırımının 100 illik anım mərasimi və bu mərasimdə bəzi ölkə rəhbərlərinin iştirakı Ermənistana, erməni xalqına yaxşı heç nə vəd etmir. Bu bir soyqırım şousudur, əsası olmayan saxta anımdır. Olmayan ölünü anmaq, ağlamaq rəzilliyin bir nümunəsidir. Bu istər xarici dövlətlər, istərsə də Ermənistanın quldur, qatil rəhbərləri tərəfindən erməni xalqını ələ salmaqdır, dolamaqdır, ermənilərin dərdinə şərik çıxmaq görüntüsü yaratmaqla xalqı alçaltmaq, yalvartmaq, kölə halına salmaq, ağzını yummaqdır. Bu, deməkdir ki, gəldim, sənin olmayan ölünü andım, yalanlarına inandım və bəraət qazandırdım, indi qarşımda baş əy, ayağıma düş, yalvar-yaxar, ağla-sızla, mən də səni çaldığım havaya oynadım.
Bir çox erməni siyasətçiləri, ziyalıları da artıq bunu başa düşürlər. Onlar soyqırımı iddiaları ilə çıxış edib Türkiyəyə təsir göstərməyin mənasız olduğunu dərk etməkdədirlər. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan hesab edir ki, "Türkiyəyə "genosid"lə təzyiqlərə son qoyulmalıdır, münasibətlər sağlamlaşdırılmalıdır". Sabiq prezident və digər erməni siyasətçiləri başa düşürlər ki, bu təzyiqlərin əhəmiyyəti yoxdur və onlar qondarma soyqırımının geniş təbliğatının heç bir fayda verməyəcəyini, əslində bu təbliğatın Ermənistanın əleyhinə işlədiyini etiraf etmək məcburiyyətindədirlər.
Qondarma erməni soyqırımının anım günündə - 24 aprel tarixdə hansı dövlətin başçısının, beynəlxalq təşkilat rəhbərinin, siyasi xadimin Ermənistana getməsi və bu şouya dəstək verməsi qardaş Türkiyənin dövlət siyasətinə, dünyada tutduğu mövqeyə, türk xalqının imicinə heç bir ziyan vura bilməz.
Azərbaycan xalqı qardaş Türkiyə Respublikasına qarşı yönələn siyasi təcavüzdən və bəzi dövlətlərin hadisələrə riyakarcasına, ikili standartlardan yanaşmasından narahatçılıq keçirsə də, haqqın-ədalətin tez-gec qalib gələcəyinə inanır. Türk xalqlarına edilən ədalətsizliklər cavabsız qalmayacaq və Azərbaycan - Türkiyə birliyi, qardaşlığı bütün çətinlikləri dəf edəcəkdir.
Ancaq Ermənistan rəhbərləri yeritdikləri siyasətlə özlərinə və xalqa dərin, çıxılmaz quyu qazırlar. Onlar saxta ölülərə ehtiram, dirilərə intiqam amalı ilə çalışıb düşmənçilik hisslərini alovlandırmaqla xalqı məhvə aparırlar.
Tahir Rzayev
Milli Məclisin deputatı
525-ci qəzet.- 2015.- 24 aprel.- S.5