Avropanın "24 aprel"
uğursuzluğu
"TÜRKİYƏ KİMİ MÜTTƏFİQ DƏYƏRLƏNDİRİLMƏLİDİR"
Qərbin qondarma erməni soyqırımı məsələsində
Türkiyəyə təzyiqlər
göstərməsinə qarşı
qardaş ölkənin
hansı addımlar atacağı müzakirə
mövzusu olan əsas məsələlərdəndir.
Xüsusilə Avropa bu məsələdə
narahatlıq keçirir. Çünki son olaraq Ukrayna böhranında Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yetərli gücə malik olmaması, Qərbin Kreml qarşısında gücsüzlüyünü
göstərib.
Hətta Avropa İttifaqı daxilində müəyyən
parçalanmalara da yol aça bilib. Bu baxımdan Yunanıstanın baş naziri Aleksis Tsiprasın Moskva səfəri heç şübhəsiz ki, ölkəsinin iqtisadi böhrandan çıxarmaq
istəyi ilə əlaqədar olub.
Bu o deməkdir ki,
ayrı-ayrı Qərb
dövlətləri iqtisadi
tərəqqini Rusiya ilə əməkdaşlıqda
görürlər. Qondarma soyqırım məsələsində
də Türkiyəyə
edilən təzyiqlər
fonunda Ankaranın Rusiya və Çin ilə əməkdaşlığını inkişaf etdirməsi, eləcə də ittifaq halında birləşməsinə dair
yaranan ehtimallar Qərbi narahat edən əsas məsələlərdən birinə
çevrilib. Bununla da
Qərb və ABŞ-ın müstəqil xarici siyasət yürüdən Türkiyəni
zəiflətmək cəhdləri
tamamilə iflasa uğrayacaq və bu qüvvələr Yaxın Şərq məsələsində Ankaradan
gözlədiyi mövqeyi
qətiyyən almaq imkanlarından uzaq qalacaq.
Bu baxımdan hesab
etmək olar ki, bu gün
İrəvanda işğalçı
ilə birlikdə uydurma mərasimə qoşulan avropalılar həm də uğursuz siyasətlərinin
acısını yaşamağa
məhkum olacaqlar. Çünki
Qərb dövlətləri
24 apreldə Ankaraya səfər edib Çanaqqala zəfərinin
100 illik tədbirlərinə
qatılmalı, güclü
türk dövləti
ilə çiyin-çiyinə
olduqlarını göstərməli
idi. Ən azından uydurma "erməni soyqırımı"
kampaniyası Türkiyə
və Azərbaycana
dost və düşmənini
yaxşı tanıtmağa
imkan verdi.
Lakin erməni saxtakarlığına
dəstək olmaq Avropaya müsbət heç nə vəd etmir.
Lakin təəssüf
doğuran məqamlardan
biri də qardaş ölkəni daxildən parçalamağa
çalışan qüvvələrdir. Qərbin və
Amerikanın təsirində
olan Türkiyə siyasətçiləri, QHT nümayəndələri
qondarma "erməni soyqırımı" məsələsində
səslənən iddiaları
təsdiqləyir və
dəstək olmağa
çalışırlar. Son olaraq AŞPA-nın
yaz sessiyasında uydurma soyqırım qurbanlarının 1 dəqiqəlik
sükutla anılması
zamanı bəzi türk nümayəndələrinin
ayağa qalxması yəqin ki, erməni siyasətçilərinin
də təəccübünə
səbəb olub.
1915-ci il hadisələri
ilə əlaqələndirilən
uydurma "soyqırım"
daha çox Türkiyəni düşündürməli
olan məsələ olsa da, qardaş
ölkənin nümayəndə
heyətindən fərqli
olaraq Azərbaycanı
təmsil edən millət vəkilllərimiz
məsələ ilə
bağlı açıq
şəkildə öz
etirazlarını bildiriblər.
AŞPA-nın yaz sessiyasında
iştirak edən Böyük Quruluş Partiyasının sədri,
millət vəkili Fazil Mustafa qeyd edib ki, Cümhuriyyət
və Xalq Partiyasını (CHP) təmsil
edən Gülsüm Bilgehan Toker və Xalqların Demokratik Partiyasından
(HDP) Nazmi Gür erməni parlamentarilərinin
təklifi ilə
AŞPA prezidenti Ann Brösserin
uydurma soyqırım qurbanlarının sükutla
yad edilməsi çağırışında fəxrlə ayağa qalxıb.
Onun sözlərinə görə,
digər türk təmsilçilər və
Azərbaycan millət
vəkilləri etiraz əlaməti olaraq ayağa qalxmayıblar:
"CHP-li xanım
Gülsüm Bilgehan Toker Türkiyənin qurucularından olan İsmət İnönünün
nəvəsidir.
Ümumiyyətlə buradakı Türkiyə parlamentarilərinin ermənilərin
həyasızcasına ittihamları
qarşısında susması
acınacaqlı bir haldır. Qısacası, bu platformada
da ermənilərə
mövqelər uduzuldu".
İctimai Problemlərin Tədqiqi
Assosiasiyasının sədri,
politoloq Məhərrəm
Zülfüqarlı hesab
edir ki, Türkiyə ilə Rusiyanın iqtisadi məsələlərdə yaxınlaşması
var və bu gələcəkdə daha da inkişaf
edə bilər.
Onun sözlərinə görə,
bu əlaqələr hər hansı bir ittifaqa gətirib
çıxara bilməz:
"Çünki Türkiyə
NATO-nun üzvüdür. Bu baxımdan sözügedən
alyansın üzvü
olan dövlət Rusiya ilə siz müttəfiqlik əlaqələrinə qoşula
bilməz. Burada sırf
olaraq iqtisadi əməkdaşlığın inkişafı məsələləri
ön plana çıxır.
İki ölkə
arasında "Cənub
axını" təbii
qaz layihəsi razılaşdırılıb ki,
Rusiyanın mavi yanacağı Türkiyədən
Yunanıstana keçməklə
Avropaya çatdırılsın. Lakin bu layihə ətrafında proseslər hələ uzun müddət davam edəvək. Hətta ola
bilsin ki, heç heyata keçməsin. İstənilən halda bu Qərb ölkələrinin
qondarma soyqırım
məsələsində təzyiqlərindən
sonra Ankaranın manevr imkanlarını artırır. Bu sübut edir ki, Türkiyə müstəqil dövlət
kimi digər ölkələrlə öz
əlaqələrini qura,
inkişaf etdirə bilər".
Politoloq
qeyd edib ki, qondarma erməni
soyqırımının tanınması
məsələsi Türkiyə
üçün heç
bir önəm kəsb etmir:
"Rəsmi Ankara dəfələrlə
bəyan edib ki, arxiv sənədlərini
açmağa hazırdırlar. Sadəcə indiki dövrdə Qərb ölkələrinin
Türkiyəyə qarşı
təzyiq alətlərindən
istifadə etməsi məqsədli şəkildə
həyata keçirilir.
Çünki qardaş ölkə
Avropa İttifaqına
daxil olmaq istəyir. Qərb isə bunun
qarşısını almağa
çalışır.
Eyni zamanda Türkiyənin Yaxın Şərqdə Fələstini
dəstəkləməsi fonunda
İsrailə təzyiqlər
göstərməsi də
ona qarşı olan qüvvələrin qəzəbini artırır. Ona görə
də Türkiyəni
öz təsir dairələrinə almaq üçün bu cür təzyiq vasitələrindən istifadə
edirlər. Ancaq Türkiyə
çox güclü dövlətdir və bu cür təzyiq
vasitələrinin heç
bir təsiri olmayacaq. Çünki tarixə baxsaq
Avropa dövlətləri,
eləcə də
ABŞ elə dəhşətli
hadisələr törədiblər
ki, heç bu haqda məsələ
qaldırılmır. Sadəcə
olaraq Türkiyədən
öz maraqları daxilində gözləntilərini
əldə etmək üçün bu cür uydurma soyqırım kampaniyalarına
əl atırlar".
Qondarma
"erməni soyqırımı"
məsələsində Qərbin
hücumların əsas
məqsədinin Türkiyəni
zəiflətmək olduğunu
dilə gətirən
M.Zülfüqarlı bildirib
ki, həm iqtisadi inkişaf, həm də əhali artımı baxımından qardaş ölkə Avropa dövlətlərindən öndə
qərarlaşıb:
"Almaniya, Avstriya və digər Qərb dövlətlərində türklərin sayı gündən-günə armaqdadır. Bu da anti-türk qüvvələrinin narahatlığına səbəb olur. Həmin ölkələrdə əhali nüfuzu məsələlərinə baxanda, ölüm hallarının doğum göstəricilərini qat-qat üstələdiyinin şahidi oluruq. Türklər isə bu baxımdan daha müsbət statistikaya sahibdir. Ona görə də Avropada islamafob və anti-türk qüvvələri meydana çıxır ki, həmin dövlətlərdə qarışıqlıq yaratmaq, təzyiqlər göstərməklə vəziyyəti öz xeyirlərinə dəyişsinlər. Lakin daha yaxşı olar ki, Avropa öz həyat tərzinə diqqətini ayırsın. Ailə bağlarını daha da möhkəmləndirsinlər.
Görünən odur ki, Qərbdə gənclərin ailə qurmaqla bağlı istəkləri yoxdur. Daha çox vətəndaş nigahına üstünlük verir və uşaq dünyaya gətirmək istəmirlər. Əgər Avropa gücləri islamafob hücumlarını davam etdirib istəyinə nail olsa, dünyada insanların sayı azalmağa doğru gedəcək. Bu baxımdan mənə elə gəlir ki, Qərb ölkələrinin etdiyi hərəkətlər haqsız yerədir. Türkiyə kimi müttəfiqi onlar dəyərləndirməlidirlər. Necə ki, Sovet İttifaqı mövcud olan vaxtlar Türkiyədən ikiəlli tutub, NATO-nun üzvü olandan sonra orada bazalarını yerləşdirmişdilər, indi də bu əlaqələrə sadiq qalaraq güclü türk dövlətinə qarşı təzyiqlərdən əl çəkməlidirlər".
Politoloq Elşən Musayev hesab edir ki, ABŞ və Qərb dövlətləri qabağında qondarma sözü yazılan hər şeyi qəbul edir.
O "Olaylar"a deyib ki, qərbli müttəfiqlər, həmçinin qlobal terrorizm, geosiyasi ziddiyyətlər törədən radikal qruplaşmalar dünya siyasətindəki böhranların da səbəbkarı kimi bilinirlər:
"Bu yaxınlarda ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı "narahatlıqlar"ı ifadə olunub. Bu qüvvələr İŞİD-i, Bin Laden mifini yaradırlar, Ukraynada bir milləti bir-birinə qırdırırlar, soyqırıma məruz qoyurlar və heç bir narahatlıq keçirmirlər. Eyni zamanda Azərbaycanın 1 milyondan çox qaçqınının olması, ermənilərdə vətəndaşlarımızın əsir kimi saxlanılması da onlar üçün əhəmiyyətli məsələ deyil. Amma hansısa hüquq müdafiəçisi həbsə girən kimi, bunların maliyyə təyinatının gələcəyi şübhə altına düşür və bundan narahat olurlar. Bu fonda nəinki Rusiya-Çin-Türkiyə İttifaqı, ümumiyyətlə ABŞ və Qərb dövlətlərinə qarşı birlik yaranacaq".
Əvvəllər bütün Avropa dövlətlərinin Ukrayna məsələsində ABŞ-ın yanında olduğunu deyən politoloq hesab edir ki, sonradan bu mövqeyinə görə iqtisadi böhran hiss etdikcə, Rusiya əlaqələri qırılma nöqtəsinə çatan kimi, Amerikanın məqsədlərinin zərərli olduğunu görüb və Ağ Evdən yan qaçıblar:
"ABŞ-ın hələ də təsir imkanları olduğuna görə, Avropa İttifaqı qondarma erməni soyqırımının qəbul edilməsində tərəddüd etsə də, erməniləri razı salacaq qərarı verib. Amma AŞPA-da daha fərqli təzahürləri izləyirik. Rusiya-Çin-Türkiyə İttifaqının yaranması, təkcə bu dövlətlərin maraqları timsalında deyil, həm də özünü müdafiə etmək və Amerikaya qarşı demarş timsalında yaranması lazımdır. Bu tip birliklər təşkil olunmasa, Amerika həddini tamamilə aşacaq və dünya siyasətinə təsir imkanlarını maksimum şəkildə artırmağa çalışacaq".
Ceyhun ABASOV
525-ci qəzet.- 2015.- 24 aprel.-
S.5