İlham
Qəhrəmanın özü
ilə də, sözü ilə də iki min ildir ki, tanışam.
Təəccüb etməyin, İlhamı
doğrudan da keçən minillikdən
tanıyıram. Şeir, müsahibə,
tərtibatçılıq kimi müxtəlif janr və sahələrlə
bağlı üç
kitabına ön söz yazmışam.
İlham
milli ənənələrə
bağlı şairdir,
amma təqlidçi yox, özünəməxsusdur
və bununla da göstərir ki, inkarçı olmadan da yenilikçi
olmaq, orijinal ruhlu şeirlər yazmaq olar; onun bədii
obrazları bəzən
ağlagəlməz dərəcədə
yenidir, həyatidir və buna görə
də yaddaqalandır;
poetik dilinin xəlqiliyi baxımından
onunla kimisə müqayisə etmək isə ümumən mümkünsüzdür - bu,
artıq İlhamın
stixiyasıdır; fəlsəfi
ümumiləşdirmələrlə incə müşahidə
qabiliyyətindən xəbər
verən detalçılığın,
heca vəzni ilə sərbəst şeirin üzvi sintezi onun şeirlərinin
başlıca məzmun
və forma özəlliyidir.
Bütün sadaladığım xüsusiyyətləri
İlhamın sizə
təqdim etdiyim bu son şeirlərində
də görürəm. Bu şeirlərində
də İlham mövzu ampluası tanımır - sevgi şeirləri də yazır, bəzən kəskin səciyyə alan sosial-siyasi
mövzuya da, vətənpərvərlik lirikasına
da üz tutur, fəlsəfi düşüncələrə də meyllənir... Amma əvvəlkilərlə müqayisədə
bu şeirlərdə
bir fərq aydın görünür
- səsin amplitudasının
maksimum düşməsi.
Və bunun öz yerini
səssiz düşüncə
axarına verməsi.
Bu şeirlər, musiqiçilərin diliylə
desək, artıq bir gəncin bəzən pərdədən
çıxan şaqraq
zəngulələri deyil,
durub-toxtamış, səsi
tam oturuşmuş bir
xanəndənin incə
boğazlar, ustalıq
tələb edən qaynatmalarla şərtlənən
mükəmməl, püxtə
ifasıdır. Bu şeirlər göstərir
ki, Puşkin düz deməyib, nəinki 26, hətta 56 yaşda da şair
qalmaq mümkündür.
Yaş söhbətini elə-belə
salmadım, dünən
- aprelin 24-ü çağdaş
Azərbaycan şeirində
təkrarsız üslubu
və özünəməxsus
xarakteri ilə seçilən İlham Qəhrəmanın doğum
günü idi. Şair dostuma uğurlar arzu edir, onun
ürəkdən gələn
duyğularının oxucuların
qəlbinə yol tapacağına inanıram.
Əsəd CAHANGİR
TƏK
Bir düzün ortasında, bitən
ağac kimi təkəm, telli balam...
Mənim
təkliyim yerdə
çəkdiyim ahdan,
Göydə Allahdan gəlir,
telli balam.
Kim bilir başıma
nə gəldi, telli balam?!
Təklər bu dünyada
tək əldi, telli balam.
Sevinc göz yaşında boğulur,
Kədərin çiçəyi çırtdayıb,
kədərim gülüşür,
telli balam.
Bütün qəmli mahnılar
təkliyin səsidi,
qəmli mahnılar
sümüyümə düşür,
telli balam!
İtsəm məni necə
nişan verərsən,
Necə soraq edərsən, telli balam?!
Heç
kimin qəlbinə dəyməyən,
qəlbi ipək
adamı,
Ürəyi sözə pətək
adamı,
Adamların arasında
tək adamı, necə soraq edərsən,
telli balam?!
Təkəm, telli balam, -
tək səbir kimi,
Şamaxı yolundakı
tək qəbir kimi!
Belə
tək olan
tək mənəm,
Bu təkliyimlə
görk mənəm, telli balam!
09.11.2014
lll
Canım,
telli balam,
Hissim torpaq kimi
Əsirdi, ilhaqdı.
Hər yerdən görünür,-
Mənim
yurd həsrətim
Yol kimi çılpaqdı.
17.09.2014
PORTRET
Masanın üstündə,
Əli əlinin üstündə,
Çənəsi əllərinin üstündə,
Pəncərədən uzaq məchul nöqtəyə
gözündə bir sualla baxmaq -
Görəsən nə vaxt?
12.10.2013
YAXŞIDI
Yardan ayrılanda zar-zar ağlayan,
Yarının böyrünü kəsə
yaxşıdı.
Bir adam yol
ala səfər eyləyə,
Tələsə tez çatsın kəsə yaxşıdı.
Səvabdı şirin söz
xalqa dadırmaq,
Günahdı hav günü qıraqda durmaq.
Qələm hüzurunda qulluqda
durmaq,
Tanrıdan vergili kəsə yaxşıdı.
Yazda çiçək aça,
payız bar tökə,
Allah var tökəndə o ki var tökə...
Axşamdan başlaya narın
qar tökə,
Səhər açılanda kəsə
yaxşıdı.
05.02.2015
SƏHƏNGDƏKİ
QARPIZIN NAĞILI
(uşaqlar üçün)
Körpə vaxtı qış
axşamları
Nənəm yığıb uşaqları
Bir şirin
nağıl başlardı.
Nağılın yarısında
diqqətimiz üzülər,
bizi mürgü tutardı.
Nənəm tez ortalığa
belə bir söz atardı -
Kim yatsa,
səhəngdəki qarpızı
kəsəcəyik...
Qarpızın yuxu dağıtmağına
əvəz yox!
Bundan sonra ilan vuran
yatardı,
biz yox!.
Qarpızın yolunu
gözlədə-gözlədə
Bizə
nağıl söylər,
tapmaca satardılar.
Səhəngdəki qarpızı nənəm
özünə şərik
qoşardı -
Nağılın mürgüyə qədərini
nənəm,
Mürgüdən sonrasını qarpız danışardı.
Nağıllar bitərdi,
Səhəngdəki qarpız kəsilməzdi.
Ümidimiz sabahkı
nağıl axşamına
qalardı,
ümidimiz əksilməzdi.
Qışın nağıl gecələri...
Evimizin isti sobası,
Pəncərədən sallanan
sal buz yadıma düşür.
O vaxtdan harda
qarpız görsəm
səhəng,
Səhəng görsəm
qarpız yadıma
düşür.
Xatirələr boyunbağıdı
Bu gün bir muncuğun bağı qaçıb.
Bir sözlə səhəngdəki
qarpız
Bizə
çox nağıl danışıb,
Başımıza çox nağıl açıb.
8 Mart 2015
Antalya hava alanı
ÇİÇƏKLƏR
Çiçəklər örüş yeridi,
iş yeridi arılara.
Çiçəklər səhnədi quşlara.
Çiçəklər “sevirəm!” deməkdi
bir bəy əlində.
“Sevilirəm!” deməkdi
bir xanım əlində.
Ən ağır günümüzdə
hamı bizi tərk edər,
Çiçəklər gecəni də
bizimlə qalar qəbrimizdə!
25.03.2015
ARİF
ƏMRAHOĞLUNUN XATİRƏSİNƏ
Bu yola vaxtsız buruldun
Niyə belə tez yeridin?!
Ağacın alt budağıydın,
Əlimiz çatan yer idin.
Yığışıb yazarların
Küçəsindən getmisən.
Səni
sevən dostların
Kisəsindən getmisən.
Haqqı-salam sənlə idi
Haqqı-salamın itməzdi,
Sucuq yerdən ot
yaşılı,
Səndən xoş sifət getməzdi.
Sən ki, orda yaxındasan
Bizdən pıçılda Tanrıya.
Qapın
məscid qapısıydı
Açıq olardı hamıya.
Bakının ortasında
hər səni görəndə
Adamı vurardı kəndin ətiri.
Yanına
gələni əyləşdirərdin
Qızlara deyərdin bir çay gətirin.
Sən baxan səmtə baxanda
Başda
Vətən gəlir,
-
Kür,
Araz, Həkəri görünür.
Siqareti külqabına qoyub
Aldığın salamın yeri görünür.
...Birər-birər gəzdim
bu dağı,
Dərəsi, təpəsi, tapı qalmadı.
Ağac
yıxılanda səmtinə
aşar
Səndən sonra bizə aşacaq yer,
Açılacaq qapı qalmadı.
06.04.2015
ACI
ŞEİRLƏR
SİVİL
CƏZA
Cəza
cürbəcür olur,
telli balam,
Baş üzəni, əl üzəni...
Cəza
da var sivildi,
Sadəcə adamı
adam yanında qızardır, telli balam -
Layiq olanın haqqını
layiq olmayana vermək
birincinin yanında
ikinciyə verilən
cəzadı, telli balam.
10.03.2015
Sabiha Gökçen
GÜNƏŞİ
ÜÇ ADAMLAR
Hər adam sən
deyən deyil,
telli balam,
Hər adamın açılacaq qapısı,
dönəcək dönəlgəsi
olmur.
Elə adam var,
telli balam,
Sacayaq kimi göydə günəşi üçdü,
yerdə kölgəsi
olmur!
11.03.2015
QURBAN
YAQUBOĞLUNA
Kim halından halı bilər
Bu halı haldan olmuşun?!
Nə sağı haraya yetər,
Nə solu, soldan olmuşun.
Həsrət sevgi sazağıdır,
Əriməyən buz dağıdır.
Bizim dağlar
göz dağıdır.
Yox yolu yoldan olmuşun.
Sel çayda həşir qoparır,
Dalğalar enir, qabarır...
Həm körpünü sel aparır,
Həm salı saldan olmuşun!
18.07.2014
Nabran
QÜRUR
Polkovnik-leytenant Etibar Məhərrəmova
Çayın gendə dayaz,
Darda gur yeri var.
Cənab
zabit, çoxdandı
qürur deyilən
hissi yadırğamışdım,
Səni
kimi oğullarda
xalqın qürur
yeri var.
Səni
görəndən sonra
səndən
çoxuna dedim,
Səndən çoxuna bəhs etdim.
Səni
tanıyandan sonra
Bir körpə əlini əlimdə hiss etdiyim kimi
qürur yerimi hiss etdim.
Cənab
zabit, öyrətmək
olmasın...
ordu odu ki,
Əsgəri özünü yurdun
ağacı, daşı,
otu,
qatlanmayan dizi bilsin!
Zabit o kəsdi ki,
əsgəri vətənin
özü bilsin!
Cənab
zabit, əsgəri sevən zabitdi
Vətəni sevən zabit!
Cənab
zabit,
Əsgərlik bazar,
Müharibə can sovdasıdı!
Qarabağ əsirlikdə...
Nə deyə bilmirəm
Allah bazar versin,
Nə deyə bilmirəm
Allah bazar verməsin!
Hamı
qələbə gözləyir
-
İstər cavan olsun,
İstər qoca olsun,
Qoy qürur yerimiz
Bayraq yerimiz kimi
Həmişə uca olsun!
08.02.2014
İlham QƏHRƏMAN
525-ci qəzet.- 2015.- 25 aprel.- S.28