Budapeştdəki Kitab Festivalında Azərbaycan da təmsil olunub

 

  Nazirliyinin təşkilatçılığı Macarıstandakı səfirliyimizin dəstəyi ilə Budapeşt şəhərində keçirilən XXII Beynəlxalq Kitab Festivalında ölkəmizdə nəşr olunan çap məhsullarından ibarət milli stend nümayiş etdirilib.

 

Kitab festivalında ölkəmizi Mədəniyyət Turizm Nazirliyinin, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

 

Festivalda Azərbaycan mədəniyyətinə, tarixinə, Dağlıq Qarabağ həqiqətlərinə, turizm potensialına birinci Avropa Oyunlarına dair 200 adda nəfis tərtibatda, yüksək məzmuna malik ingilis, rus, ərəb dillərində nəşr məhsulları səfirliyin dəstəyi ilə macar dilində çap olunmuş kitablar sərgilənib.

 

Ziyarətçilərə ölkəmiz birinci Avropa Oyunları haqqında müfəssəl məlumatlar verilib.

 

Festival çərçivəsində Macarıstandakı səfirliyimizin təşkilatçılığı ilə Eötvös Lorand adına Macarıstan Dövlət Elmi UniversitetininHumanitar elmlərfakültəsinin türkologiya bölməsinin tələbələri ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib.

 

Görüşdə fakültənin dekanı, professor Rudolf Sardi Azərbaycan nümayəndə heyətini salamlayaraq mədəni əlaqələrin tərcümə sahəsinin əhəmiyyətindən söz açaraq deyib:

 

Bakı - Qafqaz regionunun mədəni qovşağıdır. Biz istərdik ki, Azərbaycan Macarıstan respublikaları arasında mədəni ədəbi əlaqələr möhkəmlənsin”.

 

Daha sonra Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev hər iki ölkə arasındakı mədəni ədəbi əlaqələrdən danışıb:

 

“Bu zalda Azərbaycan ədəbiyyatı ilə maraqlanan tələbələr toplaşıb. Səfirliyimiz tərəfindən Azərbaycan ədəbiyyatına aid 50-dən çox kitab macar dilində nəşr olunub. Bu kitabların əksəriyyəti Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, folkloru, elmi ilə bağlıdır.

 

Çap olunmuş həmin nəşrlərdənAzərbaycan nağılları”nın, klassiklərimizin əsərlərinin adlarını çəkmək olar.

 

Səfirlik 2012-ci ildə “Biz Azərbaycan haqqında nə bilirik?” mövzusunda müsabiqə elan etmişdi. Həmin müsabiqəyə mətn göndərən tələbələrin esseləri kitab halında çap olunduqalib olan 6 müəllif birhəftəlik Azərbaycana göndərildi. Biz belə tədbirlərin keçirilməsini davam etdirəcəyik”.

 

Macarıstanın müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olduğunu deyən Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Lətifə Məmmədova əlaqələrimizin tarixi köklərinin qədim dövrlərə gedib çıxdığını söyləyib:

 

“Ölkələrimiz arasında əlaqələr daha çox mədəniyyət, ədəbiyyat və təhsil sahəsində inkişaf edib. Hazırda bir çox azərbaycanlı tələbələr Budapeştin təhsil ocaqlarında oxumağa böyük maraq göstərir. Azərbaycanda Macarıstan mədəniyyəti günləri keçirilib.

 

Tədbir iştirakçıları Macarıstanın turizm potensialı, iqtisadiyyatı və mədəniyyəti ilə yaxından tanış olublar.

 

Macar musiqisi və rəqsləri Bakıda böyük maraqla qarşılanıb. Bu ilin iyun ayında Azərbaycanda birinci Avropa Oyunları keçiriləcək və biz sizləri həmin Oyunlarda iştirak etməyə dəvət edirik”.

 

Daha sonra ATM-nin mütəxəssisi Cavidan Ağayev Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyəti barədə məruzə ilə çıxış edib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 25 aprel.- S.17