“Qarabağ hekayələri”
Ankarada işıq üzü
görüb
Bugünlərdə Türkiyənin paytaxtı
Ankarada Azərbaycanın
bitmək bilməyən
Qarabağ dərdi ilə bağlı yeni bir kitab
nəşr olunub.
“Qarabağ hekayələri”
adlanan bu kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Əjdər
Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin
Nurəliyeva, Elçin
Hüseynbəyli, Qənirə
Paşayeva, Məqsəd
Nur, Aydın Tağıyev, Aslan Quliyev, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şıxlı, Narıngül
Nadirqızı, Kamran
Nəzirli, Əkbər
Qoşalı, Akif Əli, İmdat Avşar, Mahir Qabiloğlu kimi ədiblərin ağrı,
nisgil dolu hekayələri yer alıb.
Bu əsərlər iyirminci
yüzilliyin sonunda, dünyanın gözləri
önündə tarixin
canlı olaraq qeyd etdiyi ən
qanlı, ən ağır qətliamlardan
birinə məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin
ağrı-acılarını əks etdirir.
Hekayələri Türkiyə türkcəsinə
uyğunlaşdıran İmdat
Avşar bu kitaba böyük dəyər verərək
deyir: “Kitabda yer alan
bir-birindən dəyərli
hekayələrin, Azərbaycanın
haqq səsini, öncə qardaş Türkiyədə və türk dünyasında, sonra da bütün
dünyada əks etdirəcəyinə əminəm.
Bu səbəbdən də, məni əlinizdəki kitabın hazırlanmasına
sövq edən ustadım - Azərbaycan Yazarlar Birliyinin sədri Anar bəyə, fikirləri ilə mənə istiqamət verən hörmətli qardaşım
Sabir Rüstəmxanlıya,
öz əməklərini
əsirgəməyən yazar
dostlarım Rəşad
Məcidə, Əjdər
Ola, Elçin Hüseynbəyliyə
və kitabı birgə hazırladığımız,
Qarabağın Türkiyədə
və dünyada yorulmaz təbliğçilərindən
Qənirə xanım
Paşayevaya təşəkkür
etməyi özümə
borc bilirəm!”
Nilufər ŞIXLI,
Moskva
525-ci q?zet.-
2015.- 25 aprel.- S.17