Xalqa və dövlətçiliyə
xidmətin parlaq nümunəsi
GÖRKƏMLİ DÖVLƏT
XADİMİ XUDADAD BƏY MƏLİKASLANOVUN ÖMÜR
VƏ FƏALİYYƏT YOLUNA BİR NƏZƏR
(Əvvəli ötən sayımızda)
Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik-daşnak təcavüzü
nəticəsində süquta
uğramasının 95 illiyi
tamam olur.
Vətənimizi işğal etmək,
müstəqil dövlətimizi
yıxmaq üçün
şimaldan Azərbaycana
hücum edən XI ordu və bolşevik-daşnak
qüvvələrinin tələbi
ilə 1920-ci il aprelin 27-dən 28-nə keçən
gecə 23 aylıq ömrü sona yetən Cümhuriyyətin
süqutunu böyük
müsibət kimi, ürək ağrısı
ilə qarşılayanlardan
biri də Xudadad bəy Məlikaslanov idi. Onun həyat yolu və fəaliyyəti ilə bağlı araşdırma apararkən
ən zəngin mənbə olan Azərbaycan Prezident Kitabxanası və Milli Kitabxananın saytına istinad etdikdə bu qənaət bir daha təsdiqlənir
ki, X.Məlikaslanov əsl istiqlal mücahidi, Xalq Cümhuriyyətinin ən
görkəmli xadimlərindən
biri olub. Cümhuriyyət zamanı yüksək
vəzifə daşıyan
bu şəxs, əslində, həmin vaxtadək də, sonra da bütün
varlığı ilə
Vətəninə xidmət
mücəssəməsinə çevrilib.
1919-cu il martın
18-də Azərbaycan Gürcüstan
arasında dəmiryolu
rabitəsi haqqında
daha bir saziş imzalandı.
Həmin ilin aprel ayının
17-də Azərbaycan Dəmiryolu
İdarəsi Batumda öz ticarət agentliyini təşkil etdi. 1918-1920-ci illərdə
dəmiryolu xətlərinin,
hərəkət vasitələrinin
təmiri qaydaya salındı. Bu sahədə çalışanların
məvacibi artırıldı.
Artıq
demək olar ki, Azərbaycana məxsus dəmiryolunda çalışanların ümumi
sayı on bir minə çatırdı.
Beləliklə, o dövrdə Məlikaslanovun
rəhbərlik etdiyi nazirlik öz fəaliyyəti ilə tarixin yaddaşında bir iz qoydu.
Ölkədaxili və xaricə
gediş-gəliş təkcə
dəmiryolu vasitəsi
ilə deyildi. Belə ki, 1918-ci il oktyabrın
30-da Bakı Ticarət
Limanı İdarəsinin
fəaliyyəti də
bərpa olundu. Ticarət gəmiləri ilə Bakı-Mahaçqala, Salyan,
Lənkəran limanları
arasında sərnişin
və yük daşınması təşkil
edildi. Hökumətin ciddi səyləri
və nazirliyin gərgin zəhməti nəticəsində 1919-cu ildə
Bakı-Batum neft kəməri də bərpa edilib istifadəyə verildi.
1919-cu ilin avqust
ayında ingilis qoşunları Azərbaycandan
çıxdıqdan sonra
Bakı limanı və ticarət donanması da cümhuriyyət hökumətinin
sərəncamına keçdi.
Ölkənin ticarət gəmiləri
Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı
altında üzməyə
başladılar.
Azərbaycan Xalq Cümhuriyyətinin
görkəmli dövlət
xadimi X.Məlikaslanov bu illər ərzində
həm siyasi proseslərin önündə
olub ,
həm də böyük quruculuq fəaliyyəti göstərib.
Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının üzvü
olan X.Məlikaslanov Cümhuriyyətin 1-ci və
2-ci hökumət kabinetlərində
yollar və poçt-teleqraf naziri,
3-cü, 4-cü və 5-ci kabinetlərdə
yollar naziri idi. 5-ci hökumət kabinetində 1920-ci il fevralın 18-dək müvəqqəti
olaraq həm ticarət,
sənaye və ərzaq nazirinin səlahiyyətlərini də
icra edib.
Nazir X. Məlikaslanovun rəhbərliyi
ilə ölkədə
hələ çox yeniliklərin olacağı
şübhəsiz idi.
Lakin 1920-ci il
aprel işğalı
bir çox planları yarımçıq
qoydu. Bilik və bacarığı
nəzərə alınaraq
Sovet hakimiyyətinin
ilk illərində ona
toxunmayıblar. 1921-ci ilin əvvəlində Dövlət Tikinti Komitəsində şöbə
müdiri işləyib,
daha sonra həmin komitənin sədri olub. O, Azərbaycan Ali Xalq Təsərrüfatı Şurası
yanında Dəmiryolu
Tikintisi İdarəsinin
rəisi və şuranın məsləhətçisi
vəzifələrini icra
edib.
Sovet hökuməti
nəyi necə edəcəyini çox yaxşı bilirdi. X.Məlikaslanovun nəyə qadir olduğunu yaxşı bilirdilər. Başa düşürdülər
ki, o, yüksək ixtisaslı mütəxəssis,
təcrübəli təşkilatçı
və Vətənini sevən ziyalıdır.
Bunun üçün də ona ən məsul
vəzifələri tapşırmaqdan
belə çəkinmirdilər.
Əlbəttə, onlar bunu X.Məlikaslanova olan hörmət və etimada görə deyil, öz mənafeləri naminə edirdilər. Odur ki, Xudadat bəyə
1923-1925-ci illərdə Azərbaycan
Dövlət Plan Komitəsinin
sənaye-nəqliyyat-tikinti bölməsinin müdiri vəzifəsi tapşırılır.
1922-1924-cü illərdə
Zaqafqaziya Dəmiryolu İdarəsinin üzvü
seçilir. 10 ilə yaxın (1921-1930) Azərbaycan Politexnik İnstitutunun İnşaat
fakültəsində yol,
sənaye, nəqliyyat
və tikinti bölməsinin sədri işləyir, bunlardan 6 ilini (1924-1930) həmin fakültənin dekanı olur. 1928-ci ildə Azərbaycan SSR Ali Texnika Komitəsinin sədr müavini, 1921-1930-cu illərdə
RSFSR və Azərbaycanın
bir sıra elmi-texniki mədəni-maarif
təşkilatlarının üzvü, üç il (1927-1930-cu illər) SSRİ Xalq Təsərrüfatı Şurasının
elmi-texniki kollegiyasının
üzvü kimi də fəaliyyət göstərir. 1926-1930-cu illərdə o, həm Azərbaycan SSR Mərkəzi
İcraiyyə Komitəsinin,
həm də Zaqafqaziya MİK-nın üzvü idi.
X. Məlikaslanov rəhbər
vəzifələrində çalışmaqla
yanaşı yaradıcılığı
da kənara qoymayıb bir çox elmi məqalələrin müəllifidir.
O, Azərbaycanın ilk texnika
elmləri doktoru - professorlarından biridir, 3
monoqrafiya və 70-dən
çox məqalənin
müəllifidir. Onun müəllifi
olduğu məqalələr
Moskvada nəşr edilən jurnallarda işıq üzü görüb. Uzun illər
dəmiryolu işi ilə bağlı topladığı bilik və təcrübəni sonralar yazdığı kitablarda ümumiləşdirib.
Belə ki, 1927-ci ildə Politexnik İnstitutunun nəşriyyatında,
iki il
sonra isə Azərbaycan Dövlət Nəşriyyatında dəmiryolu
texnikasına aid iki kitab nəşr etdirib.
Sovet hökuməti cümhuriyyət
dövrünün kadrlarından
öz mənafeyi naminə istifadə etsə də,lakin
həmişə xalqın
düşünən beyinlərini düşmən
gözündə görürdülər.
Onları daim izləyir,
şərləyir, müxtəlif
bəhanələrlə cəzaya
məhkum edirdilər.
Əslində, bolşeviklərin əsas siyasi opponentləri müsavatçılar
idi. Onlarla haqq-hesabı çürütmək
həmişə gündəmdə
qalırdı. Lakin
yeni hökumətin vəzifəli şəxsləri
buna mübahisə, diskussiya və s. vasitəsilə nail olmağı
düşünmürdülər. Çünki müsavatçıların intellekti, dünyagörüşü,
inkişaf səviyyələri
düşünüb hazırlaşmadan,
necə gəldi,
"dünya inqilabına"
doğru gedənlərdən
xeyli yüksək idi.
Respublikanın yeni rəhbərlərinin
vəzifəsi, məqsədi
bir idi: mane olanları aradan götürmək, onlardan
yaxşı düşünənləri,
mütərəqqi fikirliləri
təkləyib məhv
etmək. 1920-ci ilin axırlarından başlanan həbslər, istintaqlar, dindirmələr
1930-cu illərdə dəhşətli
bir vəziyyət aldı. Əvvəllər Fövqəladə Komissiya müsavatçılar
arasında say-seçmə
həbslər aparırdı.
İki-üç ay çəkən istintaqdan sonra məhbuslar buraxılırdılar.
Həmin məhbusların əksəriyyəti də sovet platformasında işləməyə, bütün qüvvələrini yeni hakimiyyətə sərf etməyə hazır olduqlarını bildirirdilər. Hətta partiyanın sol qanadını təşkil edənlər "Müsavat"ın fəaliyyətinin dayandırıldığı barədə xüsusi bəyanat da vermişdilər. Onlar güman edirdilər ki, gizli fəaliyyətdən çıxdıqdan sonra təqib olunmayacaq, respublikanın bütün vətəndaşları kimi azad surətdə yaşayıb işləyəcəklər. Lakin müsavatçıların təqibi dayandırılmadı, əksinə, sürətləndi.
Bəyannamə dərc olunan günün ertəsi leqal Müsavat Partiyasının bütün üzvlərini müəyyən bəhanə ilə tutmağa, istintaq edib Baş Dövlət Siyasi İdarəsi Kollegiyası xüsusi müşavirəsinin qərarına əsasən həbs düşərgələrinə göndərməyə başladılar. Həbs olunanlar Azərbaycan xalqının ən yaxşı oğulları idi. X. Məlikaslanovu da belə həyat yolu gözləyirdi. Belə ki, o, 1930-cu ilin əvvəlində Azərbaycan SSR XDİK-nın siyasi idarəsi tərəfindən "Azərbaycan Milli Mərkəzinin işi" üzrə ittiham olunaraq həbs edilib. 1933-cü ilin ortalarında azadlığa buraxıldı.
Bundan sonra Sovet hakimiyyəti yenidən X.Məlikaslanovun istedad, bilik və bacarığından istifadə edərək ona məsul vəzifələr tapşırıb. 1933-cü il sentyabrın 1-dən, yəni həbsdən azad olunandan bir-iki ay sonra Azərbaycan Nəqliyyat İnstitutunda dəmiryolu və Azərbaycan İnşaat İnstitutunda İnşaat işinin təşkili kafedralarına rəhbərlik edib. Həbs olunması, həyatındakı bir sıra çətinliklər Xudadat bəyi öz yolundan döndərməyib, o yenidən Azərbaycan dəmiryollarının inkişafı, nəqliyyat sahəsində bir çox problemlərin həlli üçün əlindən gələni əsirgəmir.
Lakin Xudadad bəyi Sovet hökumətinin qara qüvvələri, təhlükələr rahat buraxmırdı. Ümumiyyətlə desək, Stalin üsul-idarəsi onu elə "nişan almışdı" ki, həmin təhlükədən sovuşmaq çox çətin məsələ idi. Odur ki, Məlikaslanov yenidən 1934-cü ilin avqustunda təbii ki, bu dəfə də əsassız ittihamlarla həbs olunur. Bu dəfə əks-inqilabçı, millətçi təşkilatın üzvü olduğu, ideoloji cəbhədə rəhbər vəzifələri zəbt etmək niyyəti daşıdığı və xalq təsərrüfatının əsas sahələrində "ziyankarlıq" apardığı səbəbi ilə həbs edilir.
Xudadad bəy ömrünün sonunu gəncliyinin keçdiyi Rusiyada keçirir. Lakin bu dəfə hər şey fərqli idi. Məhbus həyatı onu həm mənəvi, həm də fiziki cəhətdən məhv etmişdi. Həbs düşərgəsində Məlikaslanov hər gün ona nə vaxt divan tutulacağı günü gözləyirdi. Beləcə 1935-ci il iyul ayının 23-də Xudadat bəy Məlikaslanov dünyasını dəyişir. Lakin illər sonra, gec də olsa, 1959-cu ildə X.Məlikaslanov bəraət aldı. Çünki o, heç bir cinayət işləməyib, yalnız vətənin rifahı, ölkəsinin inkişafı uğrunda, onun gələcəyi üçün çalışan ziyalı idi.
Xudadad bəy tariximizdə, həm insan, şəxsiyyət kimi, həm də xalqı, ölkəsi üçün gördüyü işlərlə hər birimizə vətənpərvərlik nümunəsi ola biləcək izlər qoyub.
Samirə
QULİYEVA
525-ci qəzet.- 2015.- 28 aprel.-
S.6