Bir daha "Qarabağ muzeyləri" haqqında
1988-ci ilin fevralından başlanan Ermənistan Silahlı Qüvvələrinin
təxribatları sonda
ərazilərimizin iyirmi
faizinin itirilməsi ilə nəticələndi.
Araşdırmalar göstərir ki,
işğal altında
və ümumilikdə
münaqişə zonasında
ölkəmizə məxsus
35-40%-lik maddi-mədəni
irs nümunələri
Ermənistan Silahlı
Qüvvələri tərəfindən
ya məhv edilib, ya da
belə bir təhlükəylə
üz-üzə qalıb.
"Qarabağ muzeyləri" layihəsinin
ideya müəllifi olaraq artıq üçüncü ildir
ki, bu istiqamətdə
araşdırmalarımızı davam etdiririk. Məqsədimiz Qarabağda olan
maddi-mədəni irsimiz
haqqında məlumatların
gənc nəslə çatdırılmasına, habelə
beynəlxalq təşkilatlara
itkilərimiz barədə
dürüst informasiyaların
yayılmasına nail olmaqdır.
Bu günədək gəldiyimiz
nəticə odur ki, Ermənistan Silahlı Qüvvələri
tərəfindən işğal
edilən Azərbaycan
ərazilərində və
münaqişə zonasında ölkəmizin
maddi-mədəni irsinin
daşıyıcısı olan 31 muzeydən, 29 rəsmi statusla, ikisi - Şuşa qalası Gəncə qapısının yanında
"Daş sənətkarlığı
Muzeyi" və "Molla Pənah Vaqifin məqbərə muzey kompleksi" ictimai əsaslarla fəaliyyət
göstərmişdir. Hesablamalara
görə,
ümumi
mövcud olmuş
125 min ədədə
yaxın eksponatdan bu gün 103 minlik daşınan eksponat fondu Ermənistanın
Silahlı Qüvvələrinin
nəzarəti altında
olan ərazilərdə
yerləşir. Yüzlərcə daşınmaz tarixi abidələrimiz isə mənfur qonşularımız
tərəfindən erməniləşdirilib.
Beləliklə, xeyli vaxtdır
üzərində çalışdığım
"Qarabağ muzeyləri"
layihəsində yeni məqamları üzə
çıxarmağa nail olmuşam.
Mətləbə keçməmişdən əvvəl bir məqamı qeyd etməliyəm ki, sözügedən ideya ilkin olaraq mənimdə
vaxtı ilə çalışdığım Söz Azadlığını
Müdafiə Fondunun əməkdaşlarının iştirakıyla
Azərbaycan Respublikası
Prezidenti yanında
QHT-lərə Dövlət
Dəstəyi Şurasının
maliyyə dəstəyi
ilə həyata keçirilən layihə
çərçivəsində gerçəkləşdirmək mümkün olub. Araşdırmalar zamanı
ictimai əsaslarla fəaliyyət göstərən
və fondunda kifayət qədər eksponat olan üç
muzeyin olduğu aşkara çıxarılıb
və məlum olub ki, işğaldan əvvəl Ağdamda Süleyman Sani Axundovun ev muzeyi və
Xurşud-banu Natəvanın
xatirə muzeyi, habelə Şuşada isə "Dərman bitkiləri muzeyi" fəaliyyət göstərib.
lll
Süleyman Sani Axundovun ev muzeyi
onun doğulduğu Seyidli kəndində idi. Seyidli kəndi isə
o illərdə artıq
şəhərə qarışmışdı.
Ötən əsrin
70-ci illərində dramaturqun
adını daşıyan
küçədə xeyli
abadlıq işləri
həyata keçirilmiş,
hətta həyətyanı
sahələri keçməklə
küçə üzü
Sarıhacılıyadək uzadılmışdı. S.S.Axundov küçəsinin Sarıhacılı
kəndi istiqamətindəki
hissəsində 20 maşınlıq avtomobil
təmir stansiyasının
inşası küçənin
çəkisini bir qədər artırmışdı.
Bundan əlavə Şuşa, Laçın və Xankəndi istiqamətində
gedən bütün marşrutlar şəhərin
mərkəzinə daxil
olmadan məhz bu küçə vasitəsiylə gedirdilər.
S.S.Axundov küçəsi həm mərkəzi, həm də işlək küçələrdən
idi.
Ev muzeyi 1975-ci il oktyabrında dahi dramaturqun yüzilliyi ərəfəsində 43 saylı Səyyar Mexanikləşdirilmiş
Dəstənin inşaatçıları
tərəfindən yenidən inşa edilərək ziyarətçilərin ixtiyarına
verildi. Bundan xeyli əvvəl
isə dramaturqun adını daşıyan
küçənin baş
tərəfində, yəni
"soyuztransla" üzbəüz
bağda onun heykəli də ucaldılmışdı. Ancaq bundan bir
qədər sonra yəni 1985-ci ildə heykəlin
yeri dəyişdirilərək
muzeyin həyətinə
köçürüldü. Qeyd edilməlidir ki, Xan
çinara bürünmüş
həyət səliqə-səhmanı
ilə daim seçilirdi.
Səksəninci illərdə rayonda
mədəniyyət şöbəsinin
müdiri işləmiş
Çimnaz Əliyeva bizimlə söhbətində
bildirdi ki, binada olan otaqların birində yerləşən muzeydə
dramaturqa aid edilən yüz əlliyədək
eksponat toplanılmışdır.
Burada onun geyimlərindən tutmuş əlyazmalaradək
müxtəlif eksponata
rast gəlmək olardı. Ev muzeyinin yerləşdiyi
binada həm də S.S.Axundovun adını daşıyan
rayon uşaq kitabxanası
da fəaliyyətdə
idi. 1977-ci ildə kitabxananın fondunda 6640 kitab fondu var idi. Kitabxananın müdiri vəzifəsini isə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakultəsinin məzunu olmuş Nazilə Hüseynova icra edirdi. Ştatda olan yeddi nəfərdən iki nəfəri məhz muzeyin fəaliyyətinə
nəzarət edir, gələn qonaqları müşayiət edirdi. Füruzə Rəsulovanın 1977-ci ildə "Lenin yolu" qəzetinə yazdığı
məqalədə qeyd
edir ki, "kitabxananın 340 nəfər
daimi oxucusu vardır. Kitabxanaçı Səkinə Eyvazova
uşaqlara kitab təbliğində fəallıq
nümayiş etdirir.
Muzey-kitabxanada keçirilən tədbirdə şəhər
8 nömrəli və
Seyidli orta məktəbin şagirdləri
yaxından iştirak edirlər".
Maraq doğuran
sual ondadır ki, bu mədəniyyət
ocağı muzey kimi niyə qeydiyyata alınmayıb, yəni dövlət statusu verilməyib.
O dövrdə çalışmış
ziyalılarla söhbətdən
sonra belə qərara gəlmək olar ki, uşaqlarda
kitaba olan marağı artırmaq və xüsusəndə S.S.Axundovun yaradıcılığında uşaq mövzusunun üstünlük
təşkil etdiyindən
belə bir qərar verilmişdir. Kitablar vasitəsiylə uşaqlarda
S.S.Axundovun həyat və yaradıcılığına
maraq yaradılırdı. Xatırladaq ki, bu ilin oktyabrında dahi həmyerlimizin anadan olmasının 140 illik yubileyidir.
lll
Xurşudbanu Natəvanın Ağdamla çox böyük bağlılığı var
idi. Bu şəhərdə
həm özünün,
övladlarının mülkləri
olmaqla yanaşı, həm də ailə qəbiristanlığı
(İmarət) bu şəhərdə idi. Tanınmış şairənin 1982 - ci ildə 150 illik yubileyinə həmyerliləri də ciddi şəkildə hazırlaşırdılar. Həmin ilin may ayında ilk olaraq Natəvan Qızlar bayramı keçirildi.
Bununla bağlı əməkdar
mədəniyyət işçisi
Çimnaz Əliyevanın
fikirləri diqqətimizi
daha çox çəkdi.
Çimnaz Əliyeva: "Ağdam bu bayrama ciddi çəkildə
hazırlaşmışdı. Həmin illər dünya şöhrətli
alimimiz Xudu Məmmədov, şair Famil Mehdi və Şahmar
Əkbərzadə elə
bir ay olmurdu ki şəhərə gəlməsin. Onlar hər gəlişiylə
birinci katib Sadiq Murtuzayevə hansısa təklifi verməliydilər. İmarətdə
təmir bərpa işlərinin aparılması,
X.Natəvanın qəbirüstü
abidəsinin yenilənməsi
və şairənin
büstünün qoyulması da həyata keçirilmişdi. Məhz
həmin ərəfədə
tarix-diyarşünaslıq muzeyinin sərgi salonu "İmarətə" köçürülmşdü.
İmarətə bitişik iki
böyük otağın
birində isə xatirə muzeyi təşkil etmək təklif olundu. Yadımdadı ki, az müddət ərzində şairəyə
məxsus yüzdən
artıq hörmə,
geyim və əlyazmaların
surəti yığıldı.
Muzey ictimai əsaslarla fəaliyyət göstərəsi
oldu. Mədəniyyət şöbəsinin
və tarix diyarşünaslıq muzeyinin
hər birindən bir əməkdaş muzeyin
fəaliyyətinə nəzarət
edir və ziyarətçiləri muzeylə
tanış edirdilər".
lll
Ötən əsrin səksəninci illərində ölkəmizdə
otlarla müalicəyə
diqqət artırılmışdı. İlk olaraq
İçərişəhərdə fəaliyyətini bu gündə davam etdirən "Yaşıl
aptek - muzey" açılmışdı. 1984-cü ildən fəaliyyətə başlayan
"Yaşıl aptek-muzey"
bu gün fito-aptek kimi xidmətini davam etdirir.
Həmin ərəfədə Şuşanın Təzə məhəlləsində Kərim bəy Mehmandarovun yaşayış kompleksindəki məscid binasında "Dərman bitkiləri muzeyi" fəaliyyətə başladı. Bura həm də "Yaşıl aptek- muzey" adlandırılırdı. Bu muzeyin açılması ilk növbədə Şuşa təbiətinin qorunması yolunda atılan uğurlu addımlardan hesab olunur. Muzeyin Azərbaycanda tibb elminin banilərindən hesab olunan Kərim bəy Mehmandarovun kompleksində açılması da rəmzi məna daşıyırdı. Xatırladaq ki, Kərim bəy Mehmandarov inqilabdan əvvəl Şuşada dərman bitkiləriylə müalicənin ən samballı mütəxəssislərindən hesab olunur.
Muzeydə yüzlərlə quru bitkilərlə yanaşı, milli təbabətimizdə istifadə olunan qab-qacaqlar - saxsıdan yonulmuş bel küpü, mis həvəngdəstə, dərman hazırlamaq üçün şüşə qablar, manqal, sandıq, gülabqabı, sənətkarlıqla düzəldilmiş kasa və camlar sərgilənirdi. Muzeydə həmçinin Şuşada tanınmış tibb biliciləri olan Mirzə Sadıq, Mirzə Cavad, Məmmədqulu Qarabağı, Mirzə Hüseyn və Kərim bəy Mehmandarov haqqında bilgilər nümayiş etdirilirdi.
Muzeydə ayrıca bir bölmədə XX əsrin tanınmış ziyalıları-Mir Mövsüm Nəvvab, Səttar Əsədov, Validə Tutayuq haqqında foto və yazılı məlumatlar sərgilənirdi.
Qeyd edim ki, muzeyin fəaliyyət göstərdiyi binada, həm də 666 saylı aptek fəaliyyətdə idi. O illərdə muzeyin direktoru vəzifəsini Əmirşah Məmmədov icra edirdi. Muzeyə xarici qonaqların maraq göstərdiyini nəzərə alaraq izahlar ana dilimizlə yanaşı, həm rus, həm də ingilis dilində verilmişdi...
Beləliklə, deyilənlərdən belə qənaətə gələ bilərik ki, işğal altında və münaqişə zonasında 34 muzeyimizin 29-u rəsmi statusla, digər beşi isə ictimai əsaslarla fəaliyyət göstərmişdir. Bu muzeylərin onu Şuşada, altısı Ağdamda, üçü Zəngilan və Füzulidə, ikisi Laçın, Xocavənd və Cəbrayılda, biri isə Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Qubadlı və Kəlbəcərdə fəaliyyət göstərib. Üst-üstə muzeylərimizdə sərgilənən eksponatların sayı 125 mindən çox olub.
Vüqar Tofiqli
525-ci qəzet.- 2015.- 28 aprel.-
S.4.