Azərbaycan aktyorları Tiflis
səhnəsində
Aprelin
27-də Nodar Dumbadze adına Gənc
Tamaşaçılar Teatrının
səhnəsində C. Cabbarlı
adına İrəvan
Azərbaycan Dram Teatrının
və Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan
Dram Teatrının aktyorlarının
ifasında gürcü
yazıçısı Nodar
Dumbadzenin "Didro"
əsəri oynanılıb.
APA-nın Gürcüstan bürosunun məlumatına
görə, tamaşanın
açılışında C. Cabbarlı adına İrəvan Azərbaycan
Dram Teatrının direktoru
İftixar Piriyev çıxış edərək
Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyi ilə Gürcüstan Mədəniyyət
və Abidələrin
Mühafizəsi Nazirliyinin
birlikdə həyata keçirdikləri "Qafqazda
sülh tərəfdarıyıq!"
adlı layihə çərçivəsində "Didro" əsərini səhnələşdirdiklərini bildirib. O, əsərin fevralın 26-da Bakıda oynanıldığını, Xocalı
soyqırımına həsr
olunduğunu və bu gün isə
Tiflisdə oynanıldığı
üçün həmin
əsəri 9 aprel faciəsinə həsr etdiklərini bildirib.
Sonra tamaşaçılar
Nodar Dumbadzenin "Didro" əsərinə
tamaşa ediblər. Tamaşada
aktyorlardan Aslan Məmmədov, Leyla Qasımova, Əhliman Ərşadlı, Şəbnəm
Cəbrayılova, Nicat
Qərib, Lalə Şirəliyeva, Azərbaycanın
əməkdar artistləri
Esmiralda Şahbazova və Vaqif Kərimov
rolları peşəkarcasına
ifa ediblər.
Qeyd edək ki, "Qafqazda sülh tərəfdarıyıq!" adlı
layihənin rəhbəri
İftixar Piriyev, tamaşanın quruluşçu rejissoru isə Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan
Dram Teatrının aktyoru
Turqay Vəlizadədir.
Tamaşaya baxışda Azərbaycanın
Gürcüstandakı səfirliyinin
və Gürcüstan
Barış və Vətəndaş bərabərliyi
məsələləri üzrə
dövlət nazirliyinin
rəsmiləri, QHT rəhbərləri,
Tiflisdə yaşayan gürcü və azərbaycanlı tamaşaçılar,
Gürcüstanın ali
məktəblərinin azərbaycanlı
tələbələri, jurnalistlər
və ziyalılar iştirak ediblər.
525-ci qəzet.- 2015.- 29 aprel.-
S.7