"Bölgələrdən paytaxta": sırada Gədəbəydir
Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən
paytaxta" layihəsi
çərçivəsində keçirilən budəfəki
təqdimat Gədəbəyə
həsr olunub.
Tədbir Bakı şəhər Mədəniyyət və
Turizm İdarəsi və Gədəbəy
rayon mədəniyyət və
turizm şöbəsinin
təşkilatçılığı ilə aprelin 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında reallaşıb.
Qonaqlar əvvəlcə Gədəbəyin
aşıq məktəbi,
diyarşünaslıq, memarlıq
nümunələri, yerli
yazarların əsərləri,
bölgənin mətbəx
nümunələri, yerli
xalq sənətkarlarının
əl işləri, rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin məhsulları,
turizm imkanları və s. əks etdirən sərgi və stendlərlə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Gədəbəyə həsr olunan bu tədbir "Bölgələrdən paytaxta"
layihəsi çərçivəsində
təşkil edilən
beşinci təqdimatdır.
Rayonun qədim tarixə və mədəniyyətə
malik olduğunu vurğulayan nazir deyib ki, burada
eramızdan əvvəl
XII-VII əsrləri əhatə
edən Xocalı-Gədəbəy
mədəniyyətinin qalıqları
olan tarixi mədəniyyət abidələri
mövcuddur.
Ə.Qarayev qeyd edib ki, Gədəbəydə inşa edilən elektrik stansiyası, Qafqazda ilk dəmir yolu, həmçinin mis mədənləri Azərbaycanın iqtisadiyyatına töhfədir.
Gədəbəyin həm də aşıqlar yurdu olduğunu vurğulayan nazir diqqətə çatdırıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq musiqisi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni irsinin reprezentativ siyahısına daxil edilib.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov Azərbaycanın dilbər guşələrindən, qədim yaşayış məskənlərindən biri olan Gədəbəyin tarixi abidələri, mədəniyyət nümunələri, ziyalıları barədə məlumat verib.
Rayonun sosial-iqtisadi inkişafı üçün Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlardan söhbət açan icra başçısı rayonda görülən işlərdən, yeni açılan müəssisələrdən danışıb. Həmçinin rayonun turizm üçün əlverişli olduğunu, burada turizm imkanlarının yaradıldığını söyləyib.
Tədbirdə qarşılıqlı hədiyyələr təqdim edilib.
Sonra Gədəbəyin sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirin bədii hissəsi Gədəbəy Aşıq Məktəbinin folklor ansamblının ifası ilə başlayıb. Sonra rayonun incəsənət ustaları, aşıq ifaçıları və rəqs kollektivləri çıxış ediblər.
Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov da iştirak edib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 29 aprel.-
S.7.