Bakı 2015 Avropa Oyunları: Qitənin
idman tarixində yeni səhifə
ANTİ-AZƏRBAYCAN QÜVVƏLƏRİN DÜNYADA "SABİTLİK ADASI" VƏ "İDMAN ÖLKƏSİ" KİMİ TANINAN ÖLKƏMİZƏ QARŞI YÜRÜTDÜYÜ MƏKRLİ SİYASƏT NƏDƏN QAYNAQLANIR?
"Azərbaycan dünyada "sabitlik adası",
"idman ölkəsi" statusunu layiqli şəkildə
öz üzərində daşımaqdadır".
İlham
Əliyev
24 illik
müstəqilliyi ərzində 100-dən çox beynəlxaq
konfrans, qlobal forum, sammit, simpozium, idmanın müxtəlif
növləri üzrə dünya və qitə birinciliklərini
uğurla təşkil edən Azərbaycan tarixdə ilk dəfə
keçirilən Avropa Oyunlarına ev
sahibliyi edəcək.
Avropa Olimpiya Komitəsi tərəfindən bu qərarın
verilməsində ölkəmizin dünyada artan nüfuzu,
iqtisadi inkişafı önəmli rol oynayıb. Azərbaycan prezidenti cənab
İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan dünyada
"sabitlik adası", "idman ölkəsi" statusunu
layiqli şəkildə öz üzərində
daşımaqdadır. Müasir infrastruktur
göstəricilərinə, yüksək standartlara sahib olan
ölkəmiz qitə səviyyəli olimpiya
yarışlarına qısa müddət ərzində
hazırlaşmaqla bir daha sübut edib ki, beynəlxalq
miqyaslı istənilən tədbiri qarşılamağa
hazırdır. Bütün bunlar Azərbaycanın
sadiq tərəfdaş, etibarlı ölkə imicindən xəbər
verir. Hərçənd 2012-ci ildə
“Avroviziya” mahnı müsabiqəsini uğurla təşkil etməklə
təcrübə baxımından nəinki Avropanın,
ümumilikdə dünyanın inkişaf etmiş dövlətlərindən
heç də geridə qalmadığımızı göstərə
bilmişik.
Əlamətdar
hadisələrdən biri də 2 il sonra -
2017-ci ildə ölkəmizdə daha bir mötəbər
idman bayramının - İslam Həmrəylik
Oyunlarının keçirilməsi haqqında qərarın qəbul
olunmasıdır. Bu da ölkəmizin yeni idman
infrastrukturunun Avropa Oyunlarından sonra da əhəmiyyətini
saxlayacağını, gələcək yarışlar
üçün ideal meydan rolunu oynayacağını,
dövlət büdcəsinə real maliyyə vəsaitləri
axınını təmin edəcəyini deməyə əsas
verir. Halbuki qısa tarixi ərzində
dünyada bu qədər uğura imza atan ölkə tapmaq
çətindir.
Bəlkə də bu səbəbdən dövlətimizə
qarşı bir cəbhədə birləşən qısqanc
qüvvələrin sayı durmadan artmaqdadır. İnsan
hüquq və azadlıqlarının pozulmasını
süni şəkildə ortaya ataraq Azərbaycana qarşı
aparılan qara kampaniyada xüsusilə erməni lobbisinin barmaq
izləri sezilməkdədir. Çünki 20 faiz
torpağımızı işğal edən, 1 milyondan
artıq vətəndaşımızı qaçqın və
məcburi köçkün həyatına sürükləyən,
Xocalı, Qaradağlı soyqırımlarını törədən
təcavüzkar Ermənistan aşkar şəkildə Azərbaycanın
qazandığı mövqe üstünlüyünü həzm
edə bilmir.
Şər-böhtan
yağdırmaq, terrorçuluq və qəsbkarlıqla məşğul
olmaq, ona aid olmayan torpaqlara, tarixi-mədəni sərvətlərə
göz qoymaq və özünküləşdirməyə
çalışmaq ancaq ermənilər kimi
tör-töküntü millətin qanında ola
bilər. 1915-ci il hadisələrini təhrif
edərək "erməni soyqırımı" adlı
nağıl uyduran mənfur qonşularımız bəzi
dünya dövlətlərini müəyyən
çıxarlar qarşılığında öz oyununa alət
etməklə təkrarı olmayan misilsiz yalana imza atıblar.
Əslində
ermənilər saxta "soyqırım"ın 100 illik
anım mərasimini təşkil etməklə Türkiyə
və Azərbaycana dost və düşmənini
tanıdıblar. 24 aprel tarixində kimin İrəvana,
kiminsə Çanaqqalaya gedəcəyi bir çox qaranlıq
məsələlərə aydınlıq gətirəcəkdi.
Qondarma matəm şousu hazırlayaraq öz
acizliyini, rəzilliyini dünyaya təqdim edən Ermənistan,
həmin gün dəvət göndərdiyi qonaqları
Çanaqqala zəfərinin 100 illik tədbirlərində
görəndə türk dünyası qarşısında nə
qədər gücsüz və zəif olduğunu bir daha hiss
etmək məcburiyyətində qalıb. Əgər
saxta "soyqırım" tədbirinə qatılmaq
üçün İrəvana 4 ölkə prezidenti səfər
edibsə, həmin gün Türkiyədə zəfər
bayramına 21 ölkənin rəhbərləri və 50-dən
çox yüksək çinli dövlət və hökumət
nümayəndələri təşrif buyurub.
Fransa prezidenti Fransua Ollandın Ermənistana səfəri
region turnesinin tərkib hissəsi kimi yadda qalıb. Çünki
Olland İrəvan görüşünü
yekunlaşdıraraq təyyarəsini Bakı Aeroportuna hərəkət
etdirib. Çanaqqala zəfərində
iştirak etmək üçün Türkiyəyə gələn
heç bir dövlət başçısı isə yolunu
Ermənistandan salmayıb. Çünki
dünya ictimaiyyəti yaxşı bilir ki, Roma Papası
Fransiskin 20-ci əsrin ilk "soyqırım"ı
adlandırdığı hadisə tarixin ən böyük
yalanıdır.
İdman
yarışları ilə insan haqlarının bilinməyən
əlaqələri...
Çanaqqala
zəfərinin 100-cü ildönümü qeyd etmək
üçün qardaş ölkəyə səfər edən
Azərbaycan Prezidenti İlham Əliyev əslində baş
tutan möhtəşəm qələbə tədbirlərində
Türkiyə dövlət başçısı Rəcəb
Təyyib Ərdoğanla bərabər ev
sahibi kimi iştirak edib. 1915-ci ildə Osmanlı
İmperiyasına müharibə elan edən "Antanta"
dövlətləri - İngiltərə, Fransa, İtaliya və
Yunanıstana qarşı Çanaqqalada 3 mindən çox azərbaycanlı
türk qardaşlarımızla bərabər mübarizə
aparıb. Ona görə də bu zəfər
bayramını türk dünyasının ən böyük
tarixi qələbələrindən biri hesab etmək
lazımdır. Bütün dünya,
xüsusilə ermənilər bir daha əmin olmalıdır
ki, keçən əsrin əvvəllərində olduğu
kimi hal-hazırda da Azərbaycan və Türkiyə daim
bir-birinin yanındadır.
2014-cü
ilin aprelin 24-ü Avropa İttifaqının "Şərq tərəfdaşlığı"
proqramının 5 illiyinə həsr olunan Praqa sammitində
Türkiyədən heç kimin iştirak etmədiyini
görən Ermənistan prezindenti Serj Sarkisyan bu fürsətdən
istifadə edərək qondarma soyqırım məsələsini
ortaya atıb Ankaranı ittiham etməyə başlayanda
dövlət başçımız İlham Əliyev ona sərt
reaksiya göstərərək "Türkiyədən
heç kəs burada yoxdursa, mən burdayam" deməklə
iki qardaş ölkənin nə qədər bir-birinə
bağlı olduğunu ortaya qoyub. İngilislər isə hesab
edir ki, siyasətdə əbədi dost və düşmən
yoxdur, daimi maraqlar var. Əsrlər boyu əksər Avropa
dövlətlərinin məhz bu prinsiplə hərəkət
ediyinin şahidiyik. Qeyd etdiyim kimi Birinci Dünya
Müharibəsi ərəfəsində İngiltərə,
Fransa və Rusiya "Antanta", Almaniya, Avstriya-Macarıstan və
İtaliya "Üçlər İttifaqın"da cəbhə
formalaşdırmışdı. Müharibənin
gedişində İtaliya "Antanta" tərəfə
keçərək dəyişən maraqlarının
arxasınca hərəkət edib.
İndi isə hər iki alyansın üzvləri bir
ittifaqda eyni maraqlardan çıxış etməyə
çalışırlar. Lakin hesab etmək olmaz
ki, bu onlarda kifayət qədər uğurlu alınır.
Müasir dövrdə Ukrayna böhranından
sonra köhnə müttəfiqi - Rusiyaya qarşı Avropa
İttifaqının tətbiq etdiyi sanksiyalar heç də
bütün üzv dövlətlərin maraqlarına uyğun
gəlməyib. Açıq şəkildə
ittifaq dövlətlərinin əlaqələrinin mahiyyətində
siyasi çalarlar ön plana çıxıb və öz
ampluasına sadiq qalan İtaliya, Yunanıstan kimi dövlətlər
dostluq əlaqələrinin pozulması bahasına iqtisadi
maraqlarından əl çəkə bilməyiblər.
Nəticədə birinci addımı Yunanıstanın
baş naziri Aleksis Tsipras atıb. O Moskvaya səfər
edərək Putinlə iqtisadi əməkdaşlığa
dair bir sıra müqavilələr imzalayıb. Bu isə birmənalı olaraq Yunanıstanın
üzv olduğu Avropa İttifaqının tətbiq etdiyi
sanksiyaların ziddinə getdiyini təsdiqləyir. Lakin Türkiyə-Azərbaycan keçən əsrin
əvvəllərində olduğu kimi indi də möhkəm
qardaşlıq bağlarına sadiq qalaraq dünya siyasətində
bir-birinin maraqlarını yüksək səviyyədə
qoruyur, hansı çıxarların bahasına olursa-olsun digərinin
mənafeyinə zidd olan addımlar atmır.
Türklərlə ermənilər
və onların havadarları arasında əsl fərq də
məhz bundadır. Biz sülh və zəfər
bayramları, transmilli layihələrlə dünyanı heyrətə
sala biliriksə, ermənilər saxta matəmlərinə
göz yaşı axıtmaqla, dünya ictimaiyyətinə
öz acizliklərini göstərməklə, onlarda "məzlum",
"əzabkeş" xalq təsəvvürünü
formalaşdırmaqla məşğul olurlar. Əgər
hiyləgər qonşularımız qondarma soyqırım
kampaniyası ilə türkləri dünyada təcavüzkar,
terrorçu kimi tanıtmaq istəyirsə, Qərb və Amerika
dairələri ümumilikdə müsəlman
dünyasını terror ləkəsi ilə əzməyə
çalışır.
Bu mənada onların maraqları üst-üstə
düşür. Yoxsa Qərb dövlətləri, Rusiya və
Birləşmiş Ştatlar kimi dünya güclərinin Ermənistanla
heç bir alıb-verəcəyi yoxdur. Bu
mənada Azərbaycanda insan hüquq və
azadlıqlarının pozulmasını iddia edən xarici
qüvvələr öz ölkələrindəki
özbaşınalıqlara qiymət verməkdən
yayınır, türk və müsəlmanlara qarşı həyata
keçirilən istənilən təbliğata dəstək
verirlər. "Freedom House", "Amnesty İnternational",
"Human Rights Wathc", "Greco" kimi qərəzli və
qeyri-obyektiv fəaliyyət göstərən təşkilatlar
ölkə daxilindəki əlaltıları ilə himayədarlarının
onlara verdiyi tapşırıqlara əsasən Avropa
Oyunları ərəfəsində guya fundamental haqların
müdafiəsinə qalxır, əslində isə mötəbər
idman bayramının Azərbaycanda baş tutmasının
qarşısını almağa çalışır. Əslində isə ölkəmizdə insan
hüquq və azadlıqları sarıdan heç bir problem
yoxdur.
Dövlətimiz
ali dəyərlərə hər zaman
hörmət və həssaslıqla yanaşır. Əgər bu məsələnin ölkə vətəndaşları
ilə xüsusi bağlılığı varsa, o zaman ikiqat
önəm kəsb edir. Bundan başqa,
Avropa Oyunları ilə insan haqları arasında hər
hansı bir əlaqə də yoxdur. Bu mənada
sirr deyil ki, onların başlıca məqsədi Azərbaycanın
dünyada artan nüfuzuna, etibarlı tərəfdaş imicinə
kölgə salmaq, ölkə sabitliyini pozmaq və regionu
qarşıdurma məkanına çevirməkdir.
Azərbaycan
bayram, Ermənistan "matəm" havasında
Qərbi
və Birləşmiş Ştatları həqiqətən də
insan hüquq və azadlıqlarının vəziyyəti
narahat etsəydi, ilk növbədə öz ölkələrində
qeyri-millətlərə, xüsusilə müsəlman və
qaradərililərə qarşı baş verən polis
zorakılığı, insanlıq əleyhinə vəhşiliklərə
münasibət bildirər, bu problemlərin aradan
qaldırılması üçün hökumətlərini
ciddi tədbirlər görməyə
çağırardılar.
Bu günlərdə ABŞ-ın Baltimur şəhərində
polis zorakılığına qarşı qaradərili vətəndaşlar
etiraz aksiyaları keçirib. Onların yeganə tələbi
afro-amerikalıların hüquq mühafizə
orqanlarının əməkdaşları tərəfindən
amansızlıqla qətlə yetirilməsinin
qarşısının alınmasıdır. Bundan əvvəl Fergusson şəhərində də
eyni qəbildən olan aksiyaların keçirildiyinin şahidi
olmuşduq. Vəziyyət isə əvvəlki
tək qalır. Bu gün yenə də
qaradərililərin və müsəlmanların vəhşicəsinə
döyüldüyü və
öldürüldüyünü, onlara qarşı planlı
şəkildə hücumlar edildiyini xarici mətbuat vasitəsilə
izləyirik. Bir müddət əvvəl
Şimali Karolina ştatında müsəlman ailəsinin
yaşadığı mənzil silahlı şəxslərin
hücumuna məruz qalıb. Evi güllə
yağışına tutan cinayətkarlar bir qadının
yaralanmasına səbəb olublar. Lakin
dövlətin rəsmi şəxsləri hadisənin motivində
İslama nifrət olduğunu istisna ediblər. Halbuki həmin ərəfədə sözügedən
ştatda 3 müsəlman tələbə də güllələnərək
qətlə yetirilib.
Aprelin 8-də isə Cənubi Karolina ştatında polis silahsız qaradərili vətəndaşa arxadan 8 dəfə atəş açaraq amansız qətlin səbəbkarı olub. Əslində dini və irqi zəmində hadisələr ilk dəfə deyil ki, Amerika və Qərb ölkələrində baş verir. Sözügedən dövlətlərin tarixinə nəzər salsaq, kifayət qədər qara ləkələrlə tanış ola bilərik. Qəribədir ki, bu tip cinayətlər miqyasından asılı olmayaraq terror, qətliam və soyqırım kimi qəbul olunmur. Səbəb isə hadisəni törədənlərin xristian etiqadlı şəxslər olmasıdır. Sanki Avropa və ABŞ-da belə bir hal formalaşıb ki, inanc yeri xristian dini olan şəxsin törətdiyi hadisə qeyri-ixtiyari baş verir və mütləq mahiyyətində psixoloji problem olacaqdır. Məgər "psixoloji problem" adlandırdıqları səbəb terrorizmə yol açan əsas amil deyilmi? Hansı ağlı başında olan şəxs günahsız insanları qətlə yetirər?
Fransada baş verən təyyarə qəzasında ikinci pilot Andreas Lubitzin qəzanı bilərəkdən törətdiyinə dair faktlar aşkarlansa da rəsmi şəkildə hadisə terror hücumu kimi qiymətləndirilməyib. Yenə də qəzanın səbəbkarının son zamanlar psixoloji sarsıntı keçirməsi hadisənin baş verməsində əsas ehtimallardan biri hesab olunub. Əgər 154 nəfər sərnişinin həyatına son qoyan qəzanın mərkəzində müsəlman olsaydı, heç şübhəsiz Qərb və Amerikanın islamafob dairələri təkcə hadisəni deyil, ümumilikdə İslam dünyasını yenidən terrorçuluqda günahlandıracaqdı.
Lakin sirr deyil ki, dünyada terrorizm adlı bəla var və xüsusilə müsəlmanlarla qaradərililər bundan əziyyət çəkirlər. Demək olar ki, hər gün Əfqanıstan, İraq, Suriya, Yəmən, Nigeriya kimi dövlətlərdə dinc və günahsız insanlar kütləvi şəkildə qətlə yetirilir. Bütün bunların qarşısını almaq əvəzinə əksər dünya gücləri hadisələrə tərəfli yanaşır, ikili standartlar tətbiq edirlər. Bəs Qərbin və Amerikanın himayə etdiyi hüquq müdafiə institutları harada qaldı? Niyə bəşər övladına qarşı edilən haqsızlıqlar qarşısında susurlar, səslərini çıxarmırlar? Yoxsa onların günahı özlərini ali təbəqə sayan avropalılarla eyni irsdən olmamalarıdır? O zaman əsl terrorçular kimlərdir?
Tarix boyu müsəlmanları və qaradərililəri hər yerdə sıxışdıraraq kütləvi qətllər törədən avropalı və amerikalılar, yoxsa bütün bunlara baxmayaraq dünyanı sülhə, dostluğa, əməkdaşlığa çağıran türk və müsəlmanlar? Tarixdə ilk dəfə keçirilən Avropa Oyunları da məhz dünyanı sülhə, barışığa, dostluğa və qardaşlığa səsləyən idman bayramıdır. Bununla Azərbaycan təkcə Qərbə deyil, ümumilikdə dünyaya mesaj verir ki, heç olmasa bu idman günlərində silahları yerə qoyaraq günahsız insan qanının axmasının qarşısını alaq və gücümüzü arenalarda, yarış meydanlarında sınayıb, sonda dostluq qazansın deyərək qələbə münasibətilə bir-birimizin əlini sıxıb təbrik edək.
Hacı İBRAHİMOV
525-ci qəzet.- 2015.- 30 aprel.- S.5.