Təhsil Problemləri İnstitutunda təqdimat

 

Təhsil Problemləri İnstitutunda (TPİ) "Məktəbəqədər təhsil üzrə kurikulum beynəlxalq kontekstdə" mövzusunda təqdimat dinlənilib.

TPİ-dan verilən məlumata görə, təqdimatda ARTPİ-nin direktor müavini Ənvər Abbasov, Təhsil Nazirliyinin məktəbəqədər ümumtəhsil şöbəsinin məktəbəqədər sektorunun müdiri Nərminə Alnağıyeva, Müasir Təhsil Tədrisə Yardım Mərkəzinin rəhbəri Elmina Kazımzadə, institutun şöbə müdirləri, ali məktəb müəllimləri, dövlət özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri əməkdaşları, məktəb müəllimləri iştirak ediblər.

TPİ-nin direktor müavini Ənvər Abbasov  məktəbəqədər təhsilin bünövrə təhsili əsası gələcək inkişafa təsir edən bir sütun kimi ən önəmli sahələrdən olduğunu deyib.

"Müasir Təhsil Tədrisə Yardım Mərkəzi" İB-nin icraçı direktoru Ülviyyə Mikayılova kurikulum, onun əsas elementləri beynəlxalq konteksdən baxışı, xüsusilə Şimali Amerika, Skandinaviya Qərbi Avropa ölkələrində kurikulumlar barədə təqdimatla çıxış edib.

Məruzəsində araşdırma apardığı xarici ölkələrdəki kurikulumlarda mövcud nəticə yönümlülük ən önəmlisi olan şəxsiyyət yönümlülüyü əhatə edən proqramlar barədə söz açıb. Diqqətə çatdırılıb ki, kurikulumun formalaşmasına aşağıdakı əsas faktorlar təsir edir: uşaqların erkən yaş dövründə əldə olunası vacib bacarıq biliklər haqda mövcud təsəvvürlər, bilik bacarıqların əldə edilməsi prosesində uşaqların rolu, uşağın uşağlıq dövrünün dəyəri, uşaq inkişafı öyrənməsi nəzəriyyələri, dominant pedaqoji konsepsiyalar, dominant kurikulum ideologiyaları, maksimum səmərəsi olan öyrənmə prosesininin təşkili, öyrədiləsi məzmun, inzibati prosedurlar.

Xarici kurikulumları araşdırarkən belə qənaətə gəlibmiş ki, bəzi xarici ölkələrdə kompetensiya yönümlü kurikulum nəticə yönümlü kurikulumla əvəz olunur. Onu da bildirib ki, kurikulumların yaranmasına təsir göstərən əsas faktorlardan biri ideologiyadır. İdeoloji nöqteyi nəzərdən neytral kurikulum mövcud deyil.

Kurikulum müəlliflərin fəlsəfi, siyasi baxışları, pedaqoji, dəyər inancları yaratdıqları kurikuluma təsir edir. Erkən yaş dövrünün təhsili kurikulumunda tədqiqatların rolunun olduğunu deyən Ü.Mikayılova yaxın gələcəkdə milli kurikulumun məzmununda da 12 illik təhsilə keçidlə əlaqədar olaraq müəyyən yeniliklərin əlavə olunmasını təklif edib.

 

Vəfa MƏMMƏDLİ

 

525-ci qəzet.- 2015.- 3 aprel.- S. 2.