Miniatür Kitab Muzeyinə
"Ginnesin Rekordlar Kitabı"nın sertifikatı verilib
Miniatür Kitab Muzeyinin yaradıcısı və
təsisçisi, əməkdar
mədəniyyət işçisi
Zərifə Salahovaya
bu muzeyin 38 rəfində nümayiş
olunan 5700 miniatür kitabdan "Ginnesin Rekordlar Kitabı"nın
tələblərinə cavab
verən 2913-nün "Ginnesin
Rekordlar Kitabı"na
salınması ilə
bağlı "Guinness World Records" sertifikatı təqdim olunub.
Qeyd edək ki, muzey
Zərifə Salahovanın
şəxsi kolleksiyası
və ümummilli lider Heydər Əliyevin göstərişi
əsasında yaradılıb,
2002-ci il aprelin 23-də
Beynəlxalq Kitab və Müəllif Hüquqları Günündə
isə rəsmi açılışı olub.
Çünki UNESCO-nun qərarı ilə aprelin 23-ü dünyada Beynəlxalq Kitab və Müəllif
Hüquqları Günü
kimi qeyd olunur.
Əməkdar mədəniyyət işçisi
Zərifə Salahovanın
topladığı kolleksiya
dünyada ilk özəl
Miniatür Kitab Muzeyi adlanır. Muzeydəki 38 rəfdə 5700 nüsxə
kitab nümayiş etdirilir. Dünyanın
67 ölkəsində çap
olunmuş bu kitabların ən kiçik formatlısının
ölçüləri 0,75x0,75
mm-dir. Üç ədəd
kitab isə 2x2 mm formatındadır. Bu mikro kitablar Tokioda "Toppan" nəşriyyatında
çapdan çıxıb.
Muzeyə ötən müddət
ərzində 250 mindən
artıq ziyarətçi
gəlib. Muzeydə ziyarətçilər
üçün qeydiyyat
jurnalı tərtib edilib və orada bütün göstəricilər səliqə-sahmanla
yazılıb.
"Ginnesin Rekordlar Kitabı"nın sorğusuna əsasən Zərifə Salahovanın
sertifikat əlində
fotosu da qarşı tərəfə
təqdim olunub və onlar bunu
bəyəndiklərini bildiriblər.
İlin sonunda bu foto "Ginnesin
Rekordlar Kitabı"nın nəşr etdirdiyi kitaba salınacaq.
Abdullayeva, S.
525-ci qəzet.- 2015.- 3 aprel.- S. 7.