"Vətən uğrunda!"
adlı mahnı müsabiqəsi keçirilir
Müdafiə
naziri,
general-polkovnik Zakir Həsənovun
göstərişinə əsasən Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsi ilə
birgə
Silahlı
Qüvvələrin yaranma gününə
həsr olunmuş "Vətən uğrunda!" adlı
hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirir.
Müsabiqədə yaşı 18-dən 35-dək olan,
yaxşı vokal qabiliyyətinə və hərbi vətənpərvərlik
mövzusunda mahnıları
ifa etmək bacarığına malik hərbi qulluqçular və mülki gənclər iştirak edə bilərlər. Mahnı
müsabiqəsi cəbhəboyu
bölgələri - Qazax,
Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir,
Daşkəsən, Göygöl,
Goranboy, Tərtər,
Bərdə, Ağdam,
Ağcabədi, Beyləqan,
Füzuli rayonlarını,
eləcə də Gəncə və Naftalan şəhərlərini
əhatə edəcək.
Müsabiqədə Azərbaycanın digər
rayon və şəhərlərində,
o cümlədən, xaricdə
yaşayan gənclər
iştirak edə bilərlər. Müsabiqədə şəxsən iştirak etmək vacib deyil. Bunun üçün müsabiqəyə
təqdim ediləcək
mahnının videoçarxını
göndərmək kifayətdir.
Müsabiqədə iştirak etmək üçün müraciətləri Gəncə
Qarnizonu Zabitlər Evinə (ünvan: Gəncə şəhəri,
Nizami Gəncəvi prospekti 56) və ya festival@gim.az elektron ünvanına göndərmək
lazımdır.
Bütün müsabiqə iştirakçılarının
çıxışları www.gim.az saytında yerləşdiriləcək. Hər bir
şəxs bütün
ifaları izləmək,
o cümlədən, bəyəndiyi
ifaçıya elektron
səs vermək imkanına malik olacaq. Birinci turun konsertləri
hərbi hissələrin
ərazilərində təşkil
ediləcək. Mülki
iştirakçılar üçün
hərbi hissələrin
ərazilərində gəzinti
təşkil olunacaq və onlar şəxsi
heyətin sosial-məişət
şəraiti, xidməti
ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Seçim turu konsertinin
sonunda iştirakçılar
üçün əsgər
yeməkxanasında nahar
təşkil ediləcək.
Müsabiqədə iştirak edənlərin ifalarını Əməkdar
artist Azərinin rəhbərliyi
ilə peşəkar münsiflər heyəti həyata keçirəcək.
İkinci turun konsertləri Gəncə, Şəmkir,
Beyləqan və Bərdədə keçiriləcək.
Müsabiqədə iştirak etmək üçün aprelin
10-dək qeydiyyatdan keçmək
vacibdir.
Silahlı Qüvvələr Gününə həsr
edilmiş hərbi vətənpərvərlik
mövzusunda keçirilən mahnı
müsabiqəsinin əsasnaməsi və iştirakçı
anketi Müdafiə Nazirliyinin
saytında yerləşdirilib.
525-ci qəzet.- 2015.- 3 aprel.- S. 7.