"Arşın
mal alan" ləzgi dilində
Qusar Dövlət Ləzgi Dram Teatrı ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin
"Arşın mal alan" əsərini
səhnələşdirib.
Ləzgi dilində hazırlanan tamaşanın premyerası
aprelin 4-də Qusar şəhər Mədəniyyət
Evinin səhnəsində
olacaq.
Yüksək zövqlə səhnələşdirilən
tamaşa üçün
rəngarəng dekorasiyalar
hazırlanıb. Səhnə əsərinin quruluşçu
rejissoru Əməkdar
Mədəniyyət İşçisi,
Dağıstan Respublikasının
Əməkdar artisti Laləzar Hüseynovadır.
Tamaşada əsas rolları bacarıqlı aktyorlar Yalçın Qaraxanov, Aysel Qiyasova, Kifayət Yusifova, Həsrət Nəsrullayev
və başqaları
oynayacaq.
"Arşın mal alan"
tamaşası aprel-may
aylarında Qusar rayonunun əksər kənd klublarında nümayiş etdiriləcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 3 aprel.- S. 7.