Niyazinin mənzil-muzeyində Üzeyir Hacıbəyli anılıb
Niyazinin mənzil- muzeyində
Azərbaycan professional musiqisinin və milli
bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkarımız Üzeyir
Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr edilmiş
konsert təqdim olunub.
Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA),
klassik musiqi həvəskarları klubunun və mənzil-
muzeyin birgə təşkilatçılığı ilə
keçirilən tədbirdə akademiyanın və
Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbələri
iştirak ediblər.
Mənzil-muzeyin
direktoru Rza Bayramov, BMA-nın professorları Oqtay Abbasquluyev, əməkdar
incəsənət xadimi Ülviyyə Hacıbəyova və
başqaları dahi bəstəkarın musiqimizin təbliği
istiqamətindəki xidmətlərdən, gənc nəslə
Azərbaycan və Qərb musiqisinin mənimsədilməsi
yolunda fədakar əməyindən söhbət
açıblar.
Konsertdə
BMA-nın professorları-Nərminə Quiyeva, Gülnarə
Əhmədzadə, Firəngiz Hacıyevanın tələbələri,
beynəlxalq müsabiqə laureatları-Lalə Məhərrəmova,
Aysel Şahbazlı, Nərmin Qasımlı, Bülbül
adına Orta İxtisas musiqi məktəbinin XI sinif şagirdi,
beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov
və başqaları Ü.Hacıbəylinin və
tanınmış dünya bəstəkarlarının əsərlərini
ifa ediblər. Konsert maraqla qarşılanıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 3 aprel.- S. 7.