Müasir İncəsənət Muzeyində
"Anima" sərgilənəcək
Aprelin 8-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı İnna Kostinanın "Anima" adlı fərdi sərgisi açılacaq.
Sərgidə rəssamın nümayiş
olunan qeyri - adi əsərlərində
süjet xətti əsas əhəmiyyət
kəsb etmir. Əsərlərdə əsasən güllər,
qadın və musiqi mövzusu yer alır.
İnna Kostina 1962 - ci ildə Bakıda dünyaya gəlib. O, 1984-cü ildə
"1905-ci il Xatirəsinə"
Moskva İncəsənət
Texnikumunun Rəngkarlıq
fakültəsini bitirib.
1984-1989 - cu illərdə Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunda
bədii film və televiziya üzrə quruluşçu rəssam
ixtisası üzrə
təhsil alıb.
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında rəngkarlıq
və kino kafedrasında dərs deyir. Hazırda Azərbaycan Rəssamlar
İttifaqı və Respublika Kinematoqrafçılar
İttifaqının üzvüdür.
Bununla yanaşı,
bir sıra yerli və beynəlxalq
müsabiqələrin laureatıdır
və 250-dən artıq
müxtəlif sərgilərin
iştirakçısıdır. İnna Kostina
fərqli üslubu ilə tanınır.
Həmçinin rəssam "batik" texnikası ilə ipək üzərində
rəsm işləyən
dünyaca məşhur
rəssamlardan biridir.
1987-ci ildən başlayaraq
rəssamın əsərləri
İtaliya, Norveç
və Almaniya kimi dünyanın 30 - dan çox ölkəsində müxtəlif
muzey və qalereyalarda nümayiş olunur.
Onun əsərləri Azərbaycan
Dövlət İncəsənət
Muzeyində, Müasir
İncəsənət Muzeyində,
Tomsk Vilayət İncəsənət
Muzeyində, Gürcüstanda
"Old Gallery" və Karvasla
Muzey Mərkəzində,
İtaliyada "IL Leone " İncəsənət Mərkəzində,
həmçinin Azərbaycanda
və dünyanın
25-dək ölkəsində şəxsi kolleksiyalarda saxlanılır.
İnna Kostinanın ən maraqlı mükafatlarından
biri "IL Leone" incəsənət
mərkəzində keçirilən
fərdi sərgisində
aldığı "Mükafat
Roma - 2010" olub.
Rəssam 1995-ci ildən istedadlı uşaqlar üçün
təşkil olunmuş
"7 əlvan kəpənək"
adlı studiyaya rəhbərlik edir.
İnna Kostina 1996-cı ildən Norveçin Azərbaycandakı
səfirliyinin dəstəyi
ilə Şəkidə
keçirilən "Kağız
1", "Kağız 2" incəsənət simpoziumlarının
direktor -koordinatorudur. Keçirilən simpoziumlar yaradıclıq
fəaliyyətini stimullaşdırmaqla
yanaşı, dünya
miqyasında Azərbaycan
incəsənət xadimlərinin
şöhrətini artırmağa
xidmət edir.
Müasir İncəsənət Muzeyində
rəssamın 55 əsəri
nümayiş etdiriləcək
və sərgi mayın 5-dək davam edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 3 aprel.- S. 7.