Görkəmli bəstəkar İsmayıl Hacıbəyov yad edilib

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar İsmayıl Hacıbəyovun xatirəsinə həsr edilmiş konsert olub.

Konsertdən əvvəl musiqişünas, əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə çıxış edərək tədbirin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi BMA tərəfindən birgə keçirilən "Üzeyir Hacıbəyli - 130" silsilə tədbirlər çərçivəsində reallaşdırıldığını bildirib. O, konsertin Bakı Musiqi Akademiyasında təşkil edilməsinin rəmzi xarakter daşıdığını qeyd edərək bəstəkarın ömrünün çox hissəsini bu təhsil ocağının divarları arasında keçirdiyini deyib.

İsmayıl Hacıbəyovun pedaqoji fəaliyyəti yaradıcılığından söhbət açan musiqişünas bu iki istiqamətin bir-birini zənginləşdirdiyini söyləyib. Sonra musiqilər ifa olunub.

Konsert proqramında İsmayıl Hacıbəyovun "Sevməcə", "İstəklər", "Səməd Vurğunun sözlərinə "Bahar" vokal silsiləsi", "Paqanini mövzusuna variasiyalar" əsərləri, həmçinin Üzeyir Hacıbəylinin, Fərəc Qarayevin bəstəkarın tələbələrinin musiqiləri səsləndirilib. Musiqiləri Ülviyyə Hacıbəyova, Fəridə Məmmədova, Nicat Salmanov, Əziz Qarayusifli digərləri ifa ediblər.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 1 aprel.- S. 7.