"Zakir Bağırov-85" adlı miniatür kitabın təqdimatı olub

 

Miniatür Kitab Muzeyində filologiya elmləri namizədi Esmira Fuadın "Zakir Bağırov-85" miniatür kitabının təqdimatı keçirilib.

Mərasimi muzeyin təsisçisi yaradıcısı, respublika "Kitab" cəmiyyəti idarə heyətinin sədri, əməkdar incəsənət xadimi Zərifə Salahova açaraq tədbirin əhəmiyyətindən söz açıb: "Bu gün həm ona muzeyin ekspozisiyasının miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin rekordlar kitabına düşməsinə dair sertifikat da təqdim olunub. O, muzeyin yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyini xüsusilə qeyd edib".

Sonra təqdimatı keçirilən miniatür kitab haqqında məlumat verən Zərifə Salahova deyib ki, bu gün həm Zakir Bağırovun vəfat etdiyi gündür: "Təqdimatı keçirilən miniatür kitab Azərbaycan Respublikasının "Kitab" cəmiyyəti tərəfindən Mədəniyyət Turizm Nazirliyinin sponsorluğu ilə "İndiqo" mətbəəsində nəfis tərtibatla çapdan çıxıb. Rus dilində nəşr edilmiş kitabın ölçüsü 45x47 mm olub, 244 səhifədən ibarətdir. Üz qabığında Zakir Bağırovun fotosu yer alan kitab 100 nüsxə tirajla çap edilib".

Tədbirdə çıxış edən kitabın müəllifi Esmira Fuad, əməkdar jurnalist Elmira Əliyeva, Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva, Milli Kitabxananın direktoru Kərim Tahirov, Milli Məclisin deputatı Hadi Rəcəbli başqaları Zakir Bağırovun həyat fəaliyyətindən, mədəniyyət naziri işlədiyi 18 ildə müvafiq sahənin inkişafına verdiyi töhfələrdən geniş söhbət açıblar.

Bildirilib ki, hələ uşaq vaxtlarında təyyarəçi olmağı arzulayan Zakir Bağırov elə bu niyyətlə Moskva Aviasiya İnstitutuna daxil olub. Lakin idman zamanı qəfildən turnikdən yıxılaraq ayağının sınması onun tale yolunu dəyişdirib gənc oğlan Bakıya qayıdıb. Fəlsəfəyə xüsusi maraq göstərən Z.Bağırov Azərbaycan Dövlət Universitetinə qəbul olunub 1953-cü ildə bu ali məktəbi əla qiymətlərlə bitirib fəlsəfə kafedrasında saxlanılıb. Özünə inam Zakir Bağırovu SSRİ EA Fəlsəfə İnstitutunun aspiranturasına aparıb çıxarıb o, elmi işini Moskvada müdafiə edib.

Vurğulanıb ki, Zakir Bağırov Azərbaycanın mədəniyyət naziri olarkən onun təşəbbüsü ilə Bakıda müasir tələblərə cavab verən Xoreoqrafiya Məktəbi tikilib, bir sıra mədəniyyət ocaqları təmir edilib, yeni orkestrlər yaradılıb. Üzeyir Hacıbəyli, Səməd Vurğun, Cəfər Cabbarlının ev-muzeyləri məhz onun nazir olduğu dövrdə açılıb. Azərbaycan sirk kollektivi Zakir Bağırovun təşəbbüsü ilə yaradılıb.

Qeyd olunub ki, hər kəs bu gün onun adını humanist xarakterli, daim yaradıcı təfəkkürlə yaşayıb-işləyən uzunömürlü mədəniyyət nazirini üzündə ilıq bir təbəssümlə xatırlayır. İnsanlarda yüksək ictimai ruhu, həyatsevərliyi, yaşamaq eşqi ilə daim xoş əhval-ruhiyyə, həyata inam, yaşamaq sevgisi duyğularını yüksəltməyə nail olan Zakir Bağırov hələ cavan yaşlarından müdriklik zirvəsini fəth edib.

Nəşrdə müəllif həmçinin Xalq rəssamı Ömər Eldarovun, Xalq artistləri Fidan Xuraman Qasımovaların habelə mərhum bəstəkar Tofiq Quliyevin, görkəmli jurnalist Azad Şərifovun başqalarının xatirələrinə yer ayırıb.

Mərasimdə Zakir Bağırovun nəvəsi Fərəh Bağırovanın babasına həsr etdiyi rəsm əsəri təqdim olunub.

Sonda Zakir Bağırovun ömür-gün yoldaşı Tamilla xanım oğlu Nəriman miniatür kitabın nəşrində tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 1 aprel.- S. 7.