Yaxşılıq heykəli
Adam özü qədərdir.
Özünə
qədərdir!
Özü
qədər olan adam dünya
böyüklükdə, kainat boydadır.
Özü
qədər olan adam hamıdan
böyükdür.
Özü
qədər olan adam hamını
böyüdür.
Dünyanı
da, insanı da, kainatı da!
Özü
olan adam güclü olur.
Hansı meydana girsə, orda ad çıxarır.
Məşhur riyaziyyatçı Pifaqor əlbəyaxa
döyüşdə olimpiya çempionu olmuşdu.
Azərbaycanın
görkəmli ziyalılarından
biri, fiziki-riyaziyyat elmləri
doktoru, Təhsil Nazirliyində uzun illər icra
aparatının rəhbəri vəzifəsində işləmiş,
hazırda həmin Nazirliyin müşaviri olan İlham Pirməmmədov
da gənclik illərində samboçu pəhləvan kimi ad
çıxartmışdı. 4 dəfə dalbadal sambo
üzrə Azərbaycan çempionu adına
layiq görülmüşdü.
Bu
görkəmli ziyalımız alimliyi ilə də, şəxsiyyəti
ilə də, dostluğu və insanlığı ilə də
çoxlarına nümunə ola biləcək
bir ömür sahibidir.
Hamıya arxadır. Hamıdan arxalı adamdır -
arxasını Səməd Vurğun poeziyasına söykədiyinə
görə!
Səməd
Vurğun kimi şəxsiyyətlər az-az olur!
Səməd
Vurğunu İlham Pirməmmədov kimi sevənlərimiz də
kaş çox olaydı!
Özgə şey istəmir səndən.
Səməd
Vurğunu sev, onda bu milləti, bu torpağı - Azərbaycanı
sevə biləcəksən! Səməd
Vurğunu sev, bütün nailiyyətlər, qələbələr
səninlə olacaq. Onda hamı görəcək ki, sən
kişi adamsan və onda bir daha sən əmin
olacaqsan ki, doğrudan da "Qələbə - kişi
üçündür!" (S. Vurğun)
Məşhur
övliya Şəms Təbrizi güzgülənmək
üçün Allahdan bir nurlu üz istəmişdi. Həmin üzü Cəlaləddin Rumidə
tapmışdı.
...Mən
o üzü İlham Pirməmmədovda tapdım!
...Ən çətin vaxtlarımda qarşıma
çıxdı. İnsan kimi! Dost kimi!
Xızır Peyğəmbər haqda deyilənlərin əfsanə
olmadığını anladım. İlham Pirməmmədovla
rastlaşanda!
Xızır
peyğəmbər darda qalanların dadına
çatdığı kimi, o da hamının dadına
çatır.
...Ömrünün
46-cı baharında şair qardaşımız Akif Səməd
Bakıda ürəyinin üstünə yıxılıb
küçədə keçinəndə başına
yığılanlar az olmamışdı.
Eşitdiyimə
görə, meyitini morqa aparmaq, hətta şairin nəşini aparıb
yarmaq istəyənlər də olmuşdu. Özünü
hadisə yerinə yetirən İlham müəllim
bütün xərcləri öz üzərinə
götürüb A. Səmədin cənazəsini, dəfn olunmaq
üçün maşın tutub rayona yola
salmışdı.
Yaxşılıq
budur, bax!
Kişilik
budur, bax!
...Hicranə
Əhmədqızı şəhid bacısıdır.
Qazaxın Daşsalahlı kəndində yaşayır. O kənddə vətən
torpaqları uğrunda gedən döyüşlərdə həlak
olmuş şəhidlər haqda iki kitab yazmışdı. Hər iki kitabın çap olmasına İlham Pirməmmədov
yardım etdi.
Hicranənin şəhid qardaşı Fidat Əhmədovun
xatirəsinə kəndin mərkəzində ucaldılan abidənin
ucaldılmasında da İlham Pirməmmədov öz
qayğı və diqqətini əsirgəmədi.
...4-cü
sinifdə oxuyan Elnarə Qurbanova adlı bir məktəblinin
ilk kitabının çap edilməsində də daha bir
nümunə göstərdi.
...2010-cu
ildə 6-cı cərrahiyyə əməliyyatına girən
Barat Vüsalı da ölümün cəngindən
Allahın lütfü və İlham müəllimin
böyük ürəyi xilas etdi.
Bu dediklərim onun insanlara, şairlərə, şəhidlərə,
tələbələrə, məktəb yaşlılara
etdiyi yaxşılıqlardan yüzdə biridi bəlkə?!Yadımdaykən,
onu da deməliyəm ki, Nüsrət Kəsəmənlinin
kitabı Türkiyədə çap olunmuşdu. O kitabın da təqdimatını
məhz İlham Pirməmmədov keçirdi.
Bu
yaxşılıq mücəssəməsi böyük dost,
böyük insan gənc kadrların müəllim kimi, alim
kimi həyatda və cəmiyyətdə düzgün yer
tutmaları üçün, beynəlxalq səviyyədə
təhsillərini davam etdirmələri üçün
öz köməyini heç kimdən əsirgəməyib.
Gülüşündən
kişilik yağan, duruşundan, baxışından insanlıq tökülən bu adam
yaxşılıq heykəlidi. Ancaq o heykəli
kimsə qoymayıb ondan ötrü.
Allahın lütfüylə öz əlləriylə,
gözəl əməlləriylə, dövlətçilik
eşqiylə, milli ruhuyla özü ucaldıb. Radişşev deyirdi ki, vətənin adı
çəkiləndə qəlbi fərəh hissindən təlatümə gələn adam
nəcib adamdır.
İlham Pirməmmədov məhz belə bir insandır. Öz
insanlığıyla, vətənpərvərliyilə,
özünə qədər olmağıyla, özü
olmağıyla!
Kifayət edər ki, onun yanına gedəsən, kimlərdən,
haradan olduğunu deməyə ehtiyac yoxdur. Yetər ki, deyəsən:
- Məni
vətən göndərib, Azərbaycan göndərib sizin
yanınıza!
Onda
görəcəksən ki, şəhidlərimizin adına
ucaltdırdığı abidələrlə,imkansızların
çap etdirdiyi kitablarıyla, gənc mütəxəssislərin
yolu üstə bozatlı Xızır kimi durub
"Gözünü yum, indi aç!" deyib, hər kəsi
istədiyi arzusuna (Mənzilinə, məqsədinə)
çatdırıb bu kişi!
Daşsalahlıda
atasının adını daşıyan "Teymur
bulağı"nın gözündən
dağ suyu kimi süzülən bu şairanə ruhlu insan beləcə
də doğulmalı, olmalı deyildimi?!
Mən səxavətdə Səməd Vurğunun
İlham Pirməmmədovun timsalında təzədən
çiçəklənən dövrünün şahidiyəm.
Mən
qeyrətdə, kişilikdə İsmayıl Şıxlı
şəxsiyyətinin İlham Pirməmmədov sürətində
yeni təcəssümünü
görmüşəm.
Onu hər
dəfə görəndə düşünmüşəm
ki:
Bax, adam belə olar!
Bax, kişi belə olar!
Bax, azərbaycanlı
belə olar!
Bax,
içi qazaxlılıqla dolu qazaxlı belə olar!
İ.
Pirməmmədov təkcə ayrı-ayrı bizim kimi sənət
dostlarının yox, bütünlükdə millətimizin
baxtına, uğuruna çıxmış kişilərdəndir,
ziyalılardandır!
O, elə
bil, bir yol üstdə yox, neçə-neçə yol
üstdə dayanıb!
Hamının
uğuruna çıxmaq üçün!
Pirməmməd
babanın ocağından çıxan kişi
özgə necə ola bilərdi ki?!
...Qardaşı
(qardaşımız!) Tacəddin Təbrizdə
ağır əməliyyatdan sağ-salamat çıxsa da,
böyrəkləri vəfasızlıq etmişdi - geriyə
qayıtmaq istədiyi gün. Şair dostum
Rəfail İncəyurdla biz də o gün yasa
batmışdıq-çoxları kimi.
Dəfndən
bir neçə gün sonra İlham müəllim bizə
dedi:
- Sabah gəlin.
Bəlkə birlikdə Aveyə baş çəkək?!
Darıxırdı , bilirdik.
Nəfəs almaq istəyirdi.
Nəfəslik
Aveydimi?!
Bilmirəm!
Amma sabahısı o "nəfəslik"
sandığımız yerə bilə-bilə getmədi, hava
olmağa, nəfəs olmağa. Qoy qalsın hələlik,- dedi.
Bilirəm, evdə, yurd ocağında Tacısız (Tacəddinsiz!)
boğula-boğula, nəfəsi tıncıxa-tıncıxa
qalmağı daha üstün tutdu.
...Addımından
duyulur - İlham Pirməmmədovdur gələn!
Adından duyulur - bu ad təkcə bir şəxs adı
deyil.
Böyük bir şəxsiyyətin, ziyalının dostun,
insanın, qazaxlının adıdır!
Qazaxlılığın təcəssümüdür!
...Onun
qapısını döydüyüm yadıma gəlmir. Necə gəldi, vaxtlı-vatsız
qapısını kəsdirdiyim də olmayıb.
Özü səslənib, zəng edib: "Hardasan, niyə
görünmürsən?! Bir hərrən, bəri
gəl, darıxmışam sənin üçün!"
Amma gedən
kimi də görmüşəm ki, heç üstündən
o qədər də keçməmiş, yeni bir
yaxşılıq etmək üçün
darıxıbmış bu kişi!
- Səhhətində
problem var? Bəs niyə deməmisən?
Tez biz bir
zəng!
Bu da sənin
düzəlmiş səhhətin!
- İşlə-güclə bağlı həll
olunmamış bir məsələmi var?
Daha bir zəng!
Bu da "Olmaz!"ın
"Olar!"ı.
...O,
çox etibarlı bir dostdur!
Uzun müddət Təhsil Nazirliyində məsul
vəzifələr daşıması təsadüfi deyil! Azərbaycan təhsil sisteminin müasir tələblərə
uyğun yenidən formalaşmasında, inkişaf etməsində
böyük xidmətlər göstərib. Dövlətimiz onun
da əməyini yüksək qiymətləndirib. 2005-ci
ildə Əməkdar müəllim fəxri adına
layiq görülüb.
Fizika-riyaziyyat
elmləri doktoru kimi yüzlərlə məqalələr, bir
sıra monoqrafiyalar müəllifi kimi də İlham Pirməmmədovun
alimlər sırasında öz fərqli, aydın
görünən yeri var!
...Məhəmməd
peyğəmbər deyirdi ki, Kəbə ziyarətindən də
üstün olan bir şey var. O, insanın şərəfi və
şəxsiyyətidir.
İlham
Pirməmmədov belə bir şərəf və şəxsiyyət
sahibidir!
Həzrət
Əli deyirmiş ki, dünyada sonuncu yaxşı adam qalana qədər
yaşamağa dəyər. Ancaq bir şərtlə: çalış ki, həmin
yaxşı adam sən özün olasan!
İlham Pirməmmədov həmin sonuncu yaxşılardan biridir!
"Ölüm ya Olum?!" Budur əsas
məsələ!- deyirdi Şeksprin qəhrəmanı
Hamlet!
Yox! Bu
gün əsas məsələ budur:
Yaxşı
adamdan biri olmaq!
Sonuncu
yaxşı adam olmaq!
İspan
mütəfəkkiri Baltazar Qrasianın yaxşılıq
haqqında dahiyanə fikirləri elə bil ki, İlham Pirməmmədovun
da boy-buxununa biçilib:
"Yaxşılıq bütün kamilliklərin mərkəzində
durur. O,
İnsanı ağıllı, diqqətli, uzaqgörən,
düşüncəli, müdrik, mərd, saf ürəkli,
xoşbəxt, tərifəlayiq, həqiqi və universal qəhrəmana
çevirir".
... Yaxşılıq insanı kamilləşdirir,
müdrikləşdirir, böyüdür.
Yaxşılıq İnsanı özgələşməkdən
xilas edir.
Özü
edir, özü qədər edir!
Özü
qədər olan adam hamıdan
böyükdür.
Özü
qədər olan adam hamını
böyüdür!
...Bir
böyük ziyalımız da 60 yaşına çatdı.
Bir
yaxşılıq heykəli də artdı...
Anadan
olanda dünya sevindi,
Ona can
söylədi Daşsalahlı, can!
Bir
oğlan gedirdi üzü Bakıya,
Bir yol
uzanırdı Daşsalahlıdan!
Bir yol
uzanırdı Daşsalahlıdan,
O, təkcə
getmirdi elm dalınca.
Üz
tutmuşdu, üzü haqqa gedirdi,
Haqqa
aparırdı eli, dalınca!
Dur, onu vəsf
elə, qələmlər deyir,
Yaşasın
babalar torpağı sanı!
Getdiyi yol boyu görənlər
deyir:
"Pirməmməd yurdunun ocağı yanır!"
Qazax bir də
kişi yetirməliydi,
Gör bu
xeyirxahı, bu pir oğlunu!
Adamlar
pirlərə axışır kimi
Üstünə
axışıb gedir
oğlunun!
Bir yol
uzanırdı Daşsalahlıdan,
Bu doğma yerə bənd, o göy qarışıq.
Bir
oğul gedirdi üzü Bakıya,
Damcılı
qarışıq, Avey qarışıq!
Bir
oğlan gedirdi üzü Bakıya,
Qoymasın kimisə darda qalmağa.
Getmirdi
özünə arxa gəzməyə,
Gedirdi çoxuna arxa olmağa.
Vətəndi
sevinci, vətəndi baxtı,
Güc alıb zatından "Daş silahlı" dan.
Könüllər
mülkünə çatanda baxdı,
Bir yol
uzanırdı Daşsalahlıdan!
lll
Belə
uzun oldu yollar nə yaxşı,
Belə
lazım oldu yollar nə yaxşı!
Belə
bizim oldu yollar nə yaxşı,
Bir yol uzanırdı Daşsalahlıdan.
Bu yol bir
cəng yolu olmalı idi,
Azman, nəhəng
yolu olmalı idi,
Qartal, pələng
yolu olmalı idi,
Bir yol uzanırdı Daşsalahlıdan.
Yolundu,
yolumdu yollar bir az da,
Şairdi,
alimdi yollar bir az da,
Sahmana
salındı yollar bir az da,
Bir yol uzanırdı Daşsalahlıdan.
Keçirdi
içindən yaşıllıqların,
Həm pərvanələrin, həm işıqların.
Kişi heykəlidi yaxşılıqların,
Bir yol uzanırdı Daşsalahlıdan.
Xoş
arzuya, baxta sarı gedirdi,
Özüm gördüm, haqqa sarı gedirdi.
Baxtavarlar
baxtavarı gedirdi,
Bir yol uzanırdı Daşsalahlıdan.
Bacarsam
qaldırram qollarım üstə,
Cəng
edər... can gedər ellərin üstə!
Xızır
peyğəmbərdi yolların üstə,
Bir yol uzanırdı Daşsalahlıdan.
İnsan
Allahına qul olmaq üçün,
İnsanlıq
daha çox, bol olmaq üçün,
Yolun da
özünə yol olmaq üçün,
Bir yol uzanırdı Daşsalahlıdan.
İlham
Pirməmmədov pir adam imiş,
Oba adam imiş, el adam imiş.
Adam olan
yolmuş, yol adam imiş,
Bir yol
uzanırdı Daşsalahlıdan!
Baratı
murada çatdırmalıydı,
Həyatı
murada çatdırmalıydı,
Muradı murada çatdırmalıydı.
Bir yol
uzanırdı Daşsalahlıdan!
lll
Bir yol
uzanırdı Daşsalahlıdan,
Yurddu yuvasıza, yerdi yersizə.
Mənim
ürəyimdə burulub gedir,
Bir az Qarabağa, bir az Təbrizə!
Bir yol
uzanırdı Daşsalahlıdan,
Cığırın cığırı, yolun yoludur.
Harda
köməksiz var, harda yetim var,
Özünü
dadına çatdırmalıdır!
Vətən
övladını balası kimi,
Oxşayıb
söylədi dilində hikmət:
"Londonda
oxumaq istəyirsənmi,
Səni
Nyu-Yorka göndərimmi,get!"
Vurğunun
xətrinə diz çöküb bu yol,
Fikirləşir
bir az, düşünür dərin.
Hökmən
boyun büküb, keçir, bilirəm,
Ayağı
altından bənövşələrin!
Bir yol
uzanırdı Daşsalahlıdan,
Yolların çiçəyi, yoların gülü.
Mən
ondan deyincə, söhbət açınca
Yollarım
sevinir, yollarım gülür!
Basıb
sinəsinə çalan istəyir,
Ustad
Ələsgərin tavar sazıdı,
Bir yol
uzanırdı Daşsalahlıdan,
Məni
hara desəm, aparasıdı!
Qələmmi
gəzirsən, qələmdi bu yol,
Sevinc dəryasıdı, qəm dənizidi.
Yolların
tozuna bələnib bu yol,
Yolların
içinin ən təmizidi!
Bir yol
uzanırdı Daşsalahlıdan,
Bütün
arzuların qovuşuğuna!
Ancaq
inanırdı öz
Allahına,
Ancaq
inanırdı öz
İşığına!
Xəyalım
dolaşıb harda gəzmədi,
Qol-qanad
olacaq... kaş hünər olsun!
Adam
axtarmadım, adam gəzmədim,
Mən
yola rast gəldim, şükürlər olsun!
Bir yol uzanırdı
Daşsalahlıdan,
Günəşin,
səhərin keçdiyi yoldu
Əlləri
dəymişdi Teymur babanın,
Xızır
peyğəmbərin keçdiyi yoldu!
Bilmir
öz-özünün ucunu bu yol,
Sonu da
görünmür...şükür Sübhana!
Qazaxlı
görəndə uçunur bu yol,
Qol
açıb uzanır bütün Cahana!
O
taylı, bu taylı Azərbaycana!
Barat VÜSAL
525-ci qəzet.- 2015.- 1 aprel.- S. 8.