Milli-mənəvi irsimizin qorunmasına xidmət edən toplu

 

Tarixə nəzər yetirsək görərik ki, antik zamanlardan başlayaraq bütün intibah dövrləri, renessanslar ənənəyə, mədəniyyətə, milli-mənəvi dəyərlərə istinad edərək yaranıb inkişaf edib. Qədim orta əsr Azərbaycan-türk memarlarının yaratdıqları incilər, nəqşbəndlər, Avropa dünya rəssamlarının diqqətini çəkən xalçalarımız dünyanın bir çox ölkələrinin indi maddi mədəniyyət nümunələridir. Tarixdən oxuyuruq ki, XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə xalça xalça məmulatları ixrac edilib. İncə ornamentləri, zərif nəfis naxışları ilə diqqəti cəlb edən xalçalarımız Qərb rəssamlarının da əsərlərində, miniatürlərində əks olunub. Buna misal kimi alman rəssamı Hans Holbeynin XV əsrdə çəkdiyi "Səfirlər" əsərində təsvir etdiyi "Qazax" xalçasını göstərmək olar.

Mədəniyyət tutarı coğrafiyasından çox böyük olan xalqımızı yaşadan milli-mənəvi dəyərlərindən biri tarixində ilmə-ilmə, naxış-naxış yaşayan xalçaçılıq sənətimizdir. Doğru demişlər ki, türklər xalça üzərində doğular, xalça üzərində ölürlər. Mədəniyyətin hər bir növü yaşandıqca artır, çoxalır, daha da zənginləşir aid olduğu xalqı da yaşadır. Bu arada qeyd etmək yerinə düşər ki, 2010-cu ilin noyabr ayında qeyri-maddi irslə bağlı Dövlətlərarası Komitənin 5-ci sessiyasında Azərbaycan xalçası sənəti YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmişdir.

Azərbaycan Xalça Muzeyinin milli-mənəvi dəyərlər konteksində apardığı uğurlu işlərdən biri muzeyin mütəmadi olaraq nəşr etdirdiyi "Təsviri dekorativ-tətbiqi sənət məsələləri" adlı elmi toplusudur. Xalça sənətinin elmi şəkildə araşdırılması, tətbiq edilməsi, yaşadılması bu təkrarsız milli sənət nümunəmizin gələcək nəsillərə daşınması toplunun əsas vəzifəsidir. Muzeyin Elmi Şurasının qərarı ilə çap olunan toplu Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən nüfuzlu nəşrlər siyahısına daxildir. Burda təkcə xalçaçılıq deyil, mədəniyyətimizin bir çox sahələri, o cümlədən, təsviri dekorativ - tətbiqi sənəti, arxeologiya, mədəniyyət incəsənətin problemləri əhatə olunur. Qeyd edək ki, təkcə xalça deyil, Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiya olunmasında muzeyin əməyi əhəmiyyətli dərəcədədir. Muzeyin elmi mərkəz kimi tanınmasında beynəlxalq miqyasda böyük nüfuz qazanmasında toplunun Baş redaktoru, Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevanın əməyi danılmazdır. Qazandığı nüfuzu sayəsində muzeyin ünvanına xarici tədqiqatçılar, şəxsi qalereyalar, muzeylər tərəfindən onlarda saxlanılan əşyaların elmi atribusiyasının verilməsinə dair müraciətlər gəlir. Toplunun müxtəlif saylarında Röya Tağıyevanın "İslamın konsentrik rəmzləri Azərbaycanın medalyonlu xalçalarında" başqa elmi məqalələri dərc olunur. 

Sanballı elm adamlarının, mütəxəssislərin tribunasına çevrilən toplunun məqsədi Azərbaycan xalçalarını digər milli-mədəni irsimizi təbliğ etmək, tarixini araşdırmaq, dünya mədəniyyətindəki yerini mövqeyini müəyyənləşdirməkdir. Toplunun demək olar ki, hər səhifəsində xarici mütəxəssislərin elmi-publisistik  məqalələrinə rast gəlinir. Səlcuq Universitetinin əməkdaşı Əhmət Aytacın "Osmanlı arxivində əl toxumaları", Usama Abdül Rəhman Abdül Alim Səyid Əhmədin "Qədim Misirin zərgərlik sənəti", İnna Pazıçevanın "Qanunlaşma şəraitində müsəlman Şərqinin poeziya musiqisi", Gültekin Şenerin "Azərbaycan Anadolu xalq rəqslərinin musiqili ifadə xüsusiyyətləri", Ali Dağıstanın "Türk musiqisində bağlama aləti", "Derya Ağcanın "Motsartın Don Juan operasına dair bəzi fikirlər", Savaş Ekidjinin "Azərbaycan Anadolunun Elazığ bölgəsinin toy mərasim musiqisi" adlı yazılarını misal çəkmək olar. 

Yaxınlarda işıq üzü görən toplunun son sayı maraqlı oxunaqlı məqalə, tədqiqat yazıları ilə zəngindir. AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun müasir etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Emil Kərimov tarix üzrə fəlsəfə doktoru Həsən Quliyevin "Azərbaycanda ipəkçiliyin tarixindən" adlı birgə məqaləsi, tarix elmləri doktoru, professor Hidayət Cəfərovun "Eramızdan əvvəl III II minilliklərdə Azərbaycanda sənətkarlıq sahələri" (Qarabağ materialları əsasında) adlı məqaləsi, AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitunun tədqiqat şöbəsinin müdiri Qoşqar Qoşqarlının "Qəbirlərdən tapılmış arxeoloji materiallara əsasən qədim Azərbaycanda toxuculuğun inkişafının bəzi aspektləri", fəlsəfə sənətşünaslıq doktoru Tahir Bayramovun Faiq Əhmədin yaradıcılığına həsr etdiyi "Transormasiyalar"  tarix üzrə fəlsəfə doktoru  Səbuhi Əhmədovun  "Azərbaycan xalçaları XIX-XX əsr görkəmli şəxsiyyətlərin evlərində" adlı tədqiqat yazılarının hər biri tarixi faktlarla zəngindir hər biri bir dərs qədər elmi əsaslara malikdir.

Gənc tədqiqatçı alimlərin üzünə açıq olan toplunun hər səhifəsində onların axtarış tədqiqatlarına geniş yer verilir. Gənc tədqiqatçı  Altun Hüseynovanın "Şifahi xalq ədəbiyyatı, folklor mifologiya nümunələrinin xalçalarda təsviri, "Dəyərlərimizi qoruyaq yaşadaq" adlı məqalələrində ilmə-ilmə naxışlanan xalı-xalçalarımızda ədəbiyyatımızın, folklor mifologiyamızın nişanələrindən söhbət açılır. Təsviri sənət bölməsində Elşad Əliyevin "Təsviri sənət qlobal internet - market" adlı məqaləsində deyilir ki, internet resursları sənət adamlarının informasiya mədəniyyətinin yüksək olmasına, yaradıcılığının inkişaf dinamikasına güclü təkan verir. Tədqiqatlar göstərir ki, təsviri sənət sahəsinin art- məhsulun dünyaya nümayiş etdirilməsində, on-line satışa çıxarılmasında, art-məhsulun hazırlanması üçün keyfiyyətli materialların əldə olunmasında, müxtəlif ölkələrin rəssamları ilə ünsiyyətin yaradılmasında qlobal internet-marketinqin rolu əvəzolunmazdır. Topluda dərc olunan hər bir məqalə maarifçilik yük tutumuna görə bir-birindən dəyərlidir. Bütün elmi məqalələr araşdırmalar müxtəlif elmi mənbələrə istinad edir.

Estetik xeyirsevər bir mədəniyyətə sahib olan xalqımızın xalça digər mədəniyyət nümunələrimizi öyrənməkdə, təbliğ etməkdə mühüm rola sahib olan sadə, oxunaqlı dildə yazılan "Təsviri dekorativ-tətbiqi sənət məsələləri" toplusu təkcə bu elm sahəsinə aid alim, aspirant dissertantlar üçün deyil, geniş oxucu kütləsi üçün olduqca maraqlıdır.

 

Rəsmiyyə QARAYEVA

 

525-ci qəzet.- 2015.- 4 avqust.- S.4.