Xatıratın bal kimidi
Bütöv bir ömürdən mənə qalan təkəmseyrək yazdığım
təkəmseyrək, iki
cüt bir tək misralardı. Elə ömrümə
yazılanlar da o misralarla baş-başa qaldığım o kiçicik
anlardı. Hədər gedən
vaxta hayıf. Ömrümün çoxunu kəmfürsətlərnən,
bədxahlarnan qeyli-qalda,
döyüşdə-vuruşda keçirdim. Lap gənclikdəki
qənaətimdi:
“Neçə ki dünyada namərd yaşayır,
Olmaz yerə
qoymaq Koroğluluğu”.
Amma onnardan tək birini də dəyişdirə,
yolunnan döndərə
bildimmi? Yox! Bu baxımdan ömrü
yelə vermiş kimiyəm, heçə uçurmuşam.
Xatıratın bal kimidi,
Gözümnən alıb yuxumu.
Dərd
də köhnə val kimidi,
Hey dönür-dönür...oxunur...
Uzun ömürdən nə qaldı,
Fürsət də bir bəxtdi
keçdi.
Başımda bir hava vardı,
Hava da nə vaxtdı keçdi.
Ürəyim yorulub, - deyə,
Atdım bütün qayğıları.
Əyilib
kim götürəcək
Yerdən yetim qayğıları?
Dünya
gözümün içiymiş
-
İçində ağı, qarası.
Bilmədim solu haraymış,
Bilmədim sağı harası...
…Xatıratın bal kimidi,
Gözümnən alıb yuxumu.
Dərd
də köhnə val kimidi,
Hey dönür-dönür, oxunur...
may, 2015
lll
Nə var ki, ölməkdən
asan
Nə də yaşamaqdan usan
Uca dağ başınnan aşan
Günüm yol elədi məni.
Elə beləsə də qulam
Lələ bələsə də
qulam
Ağa eləsə də qulam,
Başdan qul elədi məni.
Nə fərqi lap güllələyin,
Ya başıma
gül ələyin.
Hamınıza əl eləyən-
Tanrım, əl elədi məni.
sentyabr, 2014
SU
(Su Allahın yerdəki əksidi )
Şol cennetin irmakları
Akar
Allah deyü-deyü
Yunus Emre
Tanrı
üzünnən axırsan,
Tanrı üzündə durulan su.
Hamıya
özünnən baxırsan,
Nə sirrlərdən
qurulan su.
Varsan hər halımda, anımda,
Qırmızı rəngsən qanımda.
Qövr
eylədikcə canımda,
Yağımdaca qovrulan su.
Haqdan enib haqq olan
sən,
Haqq adına doğrulan
sən,
Xəmirrərnən, yoğrulan sən,
Ana südüynən sorulan su.
Axdıqca haqqın səmtinə,
Yerin təkinə,
sırtına.
Elə ki, çıxdın sərtinə,
Kirimişcə burulan su.
Gül
fışqırdı hardan axdın,
Çox
sədlər, bərələr
yıxdın,
Gəlib
yerdəmi darıxdın,
Dəryalarda yorulan su?
iyul, 2014
lll
Ələstə bəli deyən
Qurana baş endirər.
Aşıq Ələsgər
Haqqdan badələr içilib,
Seçilən başdan seçilib,
Əllər göylərə açılıb,
Nəfs aparıb şaha gedir.
Başladıq yetməyən işi,
Bir ömrə bitməyən
işi,
Harama getməyən kişi
Həvəslənib daha gedir.
Atan var atana çıxır,
Adam var nadana çıxır,
Yüz yol var, şeytana
çıxır,
Bircə yol Allaha gedir.
sentyabr, 2014
lll
Bitili qara daşıydım,
Çox
yurddan-yurda daşındım,
Qəriblik çəkdim, aşındım,
Yenə də üzü daş qaldım.
Bu dünya sərxoş dünyadı,
İşi tamam yaş dünyadı,
Gördüm ki, çaşbaş
dünyadı,
Mən özüm
də çaşbaş
qaldım.
Yeyir kimi, yemir kimi,
Nə gözləyir demir kimi,
Bir ot basmış
qəbir kimi,
Söküldüm, içi boş qaldım.
noyabr, 2014
lll
Vaxt-vədə ötüşən kimi,
İçimə çən düşən
kimi,
Özümnən gen düşən kimi,
İt kimi, qurd kimi qəribsəyirəm.
Ölüsüz qəbirlər çökük,
Daş evləri uçuq-sökük,
Qaşı batıq, qəddi
bükük,
Yurd kimi qəribsəyirəm.
Atlar çapışır yüyənsiz,
Barrar-bacalar iyəsiz,
Bir kimsəsiz, bir yiyəsiz,
Dərd kimi qəribsəyirəm.
aprel, 2015
Tahir TALIBLI
525-ci qəzet.- 2015.- 8 avqust.- S.21.