Çin - qədim sivilizasiya və
müasir möcüzələr ölkəsi
(Əvvəli
ötən şənbə sayımızda)
Ticarətin böyüməsi puldan daha çox istifadəyə
səbəb oldu. Puldan və gümüşdən artan
istifadə isə həmçinin rəsmi maliyyəyə və
hesablaşmalara təsir göstərdi. Vergilər
pulla ödənməyə başlandı. Daha çox varlanmış tacirlər duz
satışı ilə məşğul olurdular, iri şəhərlərdəki
bankirlər və tacirlər sahil limanlarında dənizlərin
o tərəfi ilə ticarət aparırdılar. Xarici ticarətdə isə bu vaxtadək çinli
olmayan tacirlər ağalıq etmişdilər. Kanton şəhəri iri ticarət icmasına malik
idi. Şimalın sahil ticarət yoluna
koreyalılar ağalıq edirdilər. Mərkəzi
Asiya ilə quru yollarla aparılan ticarətin əksəriyyəti
Soqdiya və sonralar isə Uyğur tacirlərinin əlində
idi. Mərkəzi Asiya, Soqdiya və Persiya tacirləri
yerli pərakəndə ticarətlə məşğul
olurdular. Yalnız IX əsrdə ticarətdə
əcnəbi təsir azalmağa başladı.
Tan
sülaləsinin sonrakı dövrlərində məmurların
çoxu öz pullarını kommersiya fəaliyyətinə
qoyurdular. İdarə edən siniflə tacirlər
arasındakı sədd Han dövründən mövcud olsa
da, IX əsrdə surətlə yoxa çıxmağa
başladı.
220-618-ci illərdəki erkən Altı Sülaləyə
bənzəməyən Beş Sülalə kimi Tanın X əsrdəki
dövrü qısa müddətli olmaqla, Çin mədəniyyətinin
təkamülünü sərt qaydada pozmadı. Sosial, siyasi,
iqtisadi və mədəni sahələrdə çox
saydakı uzun müddətli dəyişiklik meylləri
artıq hərəkətdə idi və sonrakı Çin cəmiyyətini
keçmişdən xarakterik qaydada fərqləndirirdi. Tarixçilərin əksəriyyəti Tandan Suna
keçidin əhatə etdiyi bir sıra əsri böyük
ayrılma dövrü kimi qiymətləndirirlər. Beş sülalə qısa dövrü sadəcə
keçid səhnəsi idi, onun hərbi və siyasi
metamorfozaları dərin təsirə malik olan dəyişikliklərin
nümayişi idi.
Tan mədəniyyətinin
çox uzağa gedən təsiri sərhəddə nomad,
yarım nomad və çoban xalqların qalxmasına səbəb
oldu. Həmin vaxtdan etibarən XVII əsrdə
yeni Tsin sülaləsi qalxanadək Çin iki hissədən
ibarət idi, hərbi cəhətdən güclü
Şimaldan, iqtisadi və mədəni cəhətdən
varlı Cənubdan. Çində on
müxtəlif çarlıq - şimalda Tanqut və Xitan, cənubda
isə səkkiz kiçik çarlıq meydana gəldi.
Şimali-qərb küncdəki Tibet xalqı
olan tanqutlar Böyük Səddin indiki Kansudakı uzaq
qurtaracağı ilə Huan Honun Daxili Monqolustana birləşdiyi
yerin arasındakı regionda yaşayırdı. Onların yarımvahə iqtisadiyyatı, irriqasiya əkinçiliyi
ilə çobanlığı birləşdirirdi. Onlar məşhur İpək Yolunun
çıxış məntəqələrinə nəzarət
etməklə, Mərkəzi Asiya ilə Çin
arasındakı ticarətdə vasitəçilik edirdilər.
Onlar dövlət dini kimi buddizmə
uyğunlaşmışdılar, hökumətdə və təhsildə
isə Tan modelini seçmişdilər və öz dinləri
üçün yazı əlifbasını icad etmişdilər.
Burada qarışıq olmaqla zəngin mədəniyyət
çiçəklənirdi, mağaralarda saxlanılan
Çin, Tibet, Uyğur dillərindəki və digər dillərdəki
10 min dini rəsm, əl yazısı və kitablar bunu
sübut edir.
1038-ci ildə tanqutlar özlərinin Hsi Hsiya
çarlığını elan etdilər və bu dövlət
Şimali Çinin qonşu dövlətləri ilə sərhəd
toqquşmalarına cəlb olunmalarına baxmayaraq, iki əsrə
qədər yaşadı. Çarlığın
sonu monqollar vasitəsilə gəldi, onlar Çinin
bütün hissələrini ilk köçəri
işğalına məruz qoydular.
Beş sülalənin həmin dövrundə şimala tərəf
yarımköçəri, lakin əsasən çoban olan
Xitan xalqı qalxdı, Xitan (və ya orta əsrlər
Avropasında Marko Polonun çatdırdığı kimi
tanınan Xitay) şimali Çinin adı kimi Katey
sözünün mənşəyi idi. Ruslar buna
görə Çini Kitay adlandırırlar. Xitan Liao imperiyasını (947-1125-ci illər)
yaratmışdı, Monqolustan sərhədindən Cənubi
Mancuriyaya və Böyük Səddən aşağı 16
prefekturanın içərilərinə girirdi. Onlar öz tayfalarını mötəbər
başçıların rəhbərliyi altında birləşdirmişdilər
və digər tabe olan tayfalarla konfederasiya
yaratmışdılar ki, bu da irsi monarxiyaya
çevrilmişdi. Liderlik isə həmişə
idarə edən Yeh-lü tayfasının əlində olurdu.
Liaonun iqtisadiyyatı at və qoyun yetişdirilməyə
və əkinçiliyə əsaslanırdı. Darı
başlıca bitki idi, duz dövlətin inhisarında olmaqla
mühüm əhəmiyyət daşıyırdı. Liao səmərəli ikili inzibatçılıqdan
istifadə edirdi. Çinlilərin
absorbsiya etmək təhlükəsinə qarşı onlar
öz xalqı üçün tayfa qanunlarını tətbiq
edirdilər, ənənəvi adətləri dəstəkləyirdilər
və qidada və paltarda geniş qaydada Çin üslubunu
saxlayırdılar. Monqol dilinin iki yazı
tipindən istifadə edirdilər, onlardan kiçiyi əlifbaya
əsaslanırdı, böyük olanı isə Çin
işarələri ilə bağlı idi.
Əkinçilik
regionlarına inzibatçılıq kimi köhnə Tan
sistemi, bütöv Tan məmur titulları, imtahan sistemi, vergi
qaydaları tətbiq edilir və Çin dilindən istifadə
olunurdu. İkinci
inzibatçılığın qanunları isə çinli
təbəələr arasındakı, əcdadlara sitayiş
kimi təcrübə də daxil olmaqla başqa həyat yolunu
qurmağa məcbur edirdi. Çinli təbəələrin
statusu müxtəlif qaydada idi. Aşağı
təbəələr mülki xidmətdə irəli getmək
imkanına malik idi, bu vaxt digərləri isə kiçik hissə
qaydasındakı azadlıqdan təhkimçiliyə və
quldarlığa xas olan dərəcələrə
bölünürdü.
Konfutsi fəlsəfəsinə hörmət bəsləmələrinə
baxmayaraq, Liao hökmdarları buddizmi himayə edirdilər.
Çin mədəniyyətinin gələcəyinə
ölkənin cənubunda baş verən dəyişikliklər
həlledici təsir göstərdi. Yantszı
çayı vadisində və uzaq cənub zonalarında on
çarlıqdan səkkizi mövcud idi. Onlardan
bəzilərində stabillik mövcud olsa da, heç biri kifayət
dərəcədə gücə malik deyildi ki, birləşmə
uğrunda mübarizə aparsın. Sahil
boyunda dəniz ticarəti genişlənirdi, şəhərlərin
böyüməsi və mədəniyyətinin
inkişafı baş verirdi. Cənubi-qərbi
Çində davam edən böyümənin maraqlı fərqli
mənzərəsi özünü göstərirdi. Dağlarla əhatə olunduğundan, bura adətən
xarici sarsıntılardan və müdaxilələrdən
qorunurdu. Ona görə də sülh və
inkişaf şəraitində yaşayırdı. Tan mədəniyyəti
irsi burada təkcə canlanmaqda özünü göstərmirdi,
həm də buna irəli gedən texnologiya öz köməkliyini
göstərirdi.
Gözəl mənzərə ardıcıl olaraq ən
yaxşı istedadları köhnə dəbli şeirə və
esselərə təzə həyatilik verməyə
ilhamlandırırdı. Bu region Daosizm dininə möhkəm
bağlı idi. İqtisadi səhnədə
isə misin olmaması ucbatından daha səmərəli
metodlarla dəmir istehsalı artırılırdı. Pula və kreditə tələbat
artdığından və mis sikkələr artıq ticarət
üçün məhdud miqdarda olduğundan, qısa müddətdə
dövriyyəyə dəmir valyuta buraxılsa da, digər həll
yolu kimi “uçan pul” adlanan yerli icaddan istifadə edilməyə
başlandı. Uçan pullar əvvəlcə
tacirlər arasında istifadə olunurdu, sonra isə dövlət
duz inhisarı agentliyi tərəfindən banknot kimi
buraxıldı. Bu kağız pulun
müjdəsi olmaqla, nəticədə Sun dövründə
qanuni qaydada istifadə olunmağa keçdi. Bu həm də çap işində hərəkət
edən tipdən istifadənin
yaxşılaşdırılması ilə bağlı idi.
Tan sülaləsi və Sun dövrü ərzində
yaxşı çapetmə artıq mövcud idi.
İqtisadiyyatla
bağlı olan estetika alimlik öyrənməsinin “dörd xəzinəsi”
idi, bunlar fırça, qələm, kağız, qatı
mürəkkəb və plitka şəklindəki mürəkkəb
olmaqla, ən yaxşıları Tay gölünün qərb
sahillərindən gətirilirdi. Axırıncı
Tan hökmdarı təslim olduqdan sonra paytaxt Nankindəki əvəzi
olmayan saray kitabxanası Şimala
köçürüldü. Onunla birlikdə
incəsənət, ədəbiyyat və biblioqrafiya üzrə
qabiliyyətli məmurların çoxu oraya yollandı.
Digər çarlıq da təslim olanda eyni belə hadisə
baş verdi. Buna baxmayaraq, cənubi-şərqi
Çin öz mədəni yüksəkliyini
saxlayırdı.
Sun
sülaləsi
Şimali Sun (həm də sadə qaydada Sun kimi
tanınır) heç də şərəfli
başlanğıca malik deyildi. Onun banisi Çao
Kian-yin (Tay Tsu) paytaxt zonasının komandanı və imperial
qüvvələrin baş inspektoru olmaqla, sadəcə olaraq
Beş sülalədən axırıncısı olan
Çjounu uzurpasiya etdi. Özünün hərbçi
olmasına baxmayaraq, Çao öz hərbçiliyini uzurpator
kimi başa vurdu. İmperator kimi Çao
(960-976-cı illərdə hökmranlıq etmişdi) digər
qüdrətli generalları öz əvvəlki sələfləri
qaydasında olan kimi məhv etmədi. Bunun
əvəzinə onları inandırdı ki, şərəfli
titullar, sinekura vəzifələri və böyük pensiyalar
naminə öz komandanlıqlarından imtina etsinlər. Belə bir razılaşma Çin tarixində
işlədilməmişdi. O, öz hiyləgərliyi ilə
bütöv ölkəni yenidən birləşdirmək
üçün xalqa böyük təsir göstərdi. Praqmatik mülki məhdudlaşdırma və
tarazlaşdırılma sistemi yaratdı. İmperator,
akademiklərdən və digər məsləhətçilərdən
əlavə məsləhətlər alırdı,
axırıncılar rəy məmurları kimi
tanınırdı, onların funksiyası ayrı-ayrı
informasiya kanalları ilə sarayı təmin etmək və
inzibatçılıq qollarını yoxlamaq idi.
Konfutsi ideallarına əməl edərək Tay Tsu sadə həyat tərzi keçirirdi, nazirlərinə qulaq asırdı və izafi vergi qoyulmasını cilovlayırdı. Onun rejiminin artan nüfuzu işğallarına da şərait yaradırdı. Onun imperiyanı yenidən birləşdirmək proqramı müharibə və diplomatiyanın qarışığından ibarət idi. O, bir qayda olaraq əliaçıqlığı ilə rəqiblərini məğlub edirdi.
Tay Tsunun qəfil ölümü onun qətlə yetirilməsi barədə fitnəkar şayiələrə səbəb oldu, baxmayaraq ki, çox güman ki, ölümün əsl səbəbi onun spirtli içkilərə olan meyli idi. Rəvayət belə bir faktla daha da möhkəmləndi ki, onun gənc oğlu məlum qayda əsasında varislikdən imtina etdi. Əvəzində imperatorun gənc qardaşı, bu adam onun yanında yaxşı təcrübə qazanmşdı, taxt-tacı tutdu. Yeni imperaor Tay Tsun (976-997-ci ilərdə hökmranlıq etmişdi) Xitan imperiyası ilə vuruşmaq üçün şimala tərəf döndü, bu vaxt 986-cı ildə bədbəxt məğlubiyyətə düçar oldu və qaçmaqla canını qurtara bildi. Məğlubiyyətin səbəbi təkcə güclü Xitan süvarisinə qarşı atların az sayda olması və onları yetişdirmək üçün otlaqların olmaması deyildi. Bu həmçinin elə siyasətin nəticəsi idi ki, generallar öz ordularından uzaqlaşdırılmışdılar, zabitlər mülki işçilərə tabe edilmişdilər. Əyalət orduları zəif idi və hərbi ruh tənəzzülə uğramışdı.
Sun heç vaxt Han və Tanla müqayisə oluna bilən hərbi şücaətə çata bilmədi, hətta Hind-Çinə müdaxilə etdikdə də uğur qazanıla bilinmədi. Şərqi Asiyadakı nüfuzu ilə kifayətlənərək Çin o vaxtdan etibarən coğrafi izolyasiyadan, xüsusilə Mərkəzi Asiyadan izolə olunmaqdan əziyyət çəkdi, oradan isə çox sayda mənəvi stimullar gəlirdi. Daxili irəliləyişlərin gətirdiyi təbii iftixarla birləşməklə Çin mədəni etnosentrizmi dərinləşirdi.
Üçüncü imperator Tsen Tsunun (998-1022-ci illərdə hökmranlıq etmişdi) başçılığı altında Sun konsolidasiyaya nail oldu. Təhlükə törədən Xitan hücumu birbaşa imperatorun özü tərəfindən qarşılandı. Bir neçə döyüşdə heç bir tərəf qalib gəlmədi. İki imperiya 1004-cü ildə birgə yanaşı yaşamaq barədə sülh bağladı. Xitan Böyük Səddin aşağısındakı bir dəfə işğal etdiyi mübahisəli əraziyə iddiasından imtina etdi və Sun ildə 100 min unsiya gümüş puldan və 200 min top ipəkdən ibarət bac verməklə razılaşmalı oldu. Bu sərhədi qorumaq üçün Sunun ödədiyi ağıllı bir haqq idi.
Münəccimlərin və xoşa gəlməyə çalışan yüksək məmurların öyrətmələri ilə imperator elan etdi ki, o, birbaşa göylərdən müqəddəs sənəd almışdır. O, göstəriş verdi ki, bu hadisə geniş qaydada bayram edilsin. Bayramda bərpa edilmiş qədim musiqi alətləri çalındı. O, bunun uzun müddət davam edəcəyinə ümid edirdi, lakin bu ümid əbəs oldu. Onun ölümündən sonra regentlik edən arvadı - dul imperatriça ilə onun yeniyetmə yaşındakı oğlu imperator Yen Tsunun (1023-1063-cü illərdə hökmranlıq etmişdi) aşağı zümrədən olan saray qadını arasında münaqişə baş verdi. Dul imperatriça öləndən sonra imperator onun üçün seçilmiş öz imperatriçasını boşadı və köhnə qadına olan rəğbətini saxladı.
Konfutsi əxlaqına görə boşanma ədalətsiz idi və imperiyanın nüfuzuna xələl gətirirdi. Bu, idealist bürokratlar arasında narazılıq yaratdı, ancaq bunun heç bir səmərəsi olmadı.
Bu vaxtdan bürokratiya - Sunun başlanğıcında olduğundan daha yüksək keyfiyyətə malik oldu. Yaxşı nizamlanmış mülki xidmət imtahanları ali dərəcəli alim məmurlar məhsulunu yetişdirirdi. Himayə sistemi öz təyinatına görə məsuliyyət daşımadığından favoritizmi sıradan çıxarmaqla, həmçinin layiq olan irəliləmələrə və təyinatların diqqətlə seçilməsinə şərait yaratdı. Birinci dərəcəli məmurların çoxu Konfutsi ideallarını dəstəkləyirdi. Mütləqiyyətə ehtiram bəsləməklə onlar imperatorun uzun illər inandığı veteran baş müşavirlərə hücum edirdilər. Ona görə də fraksiya mübarizəsi başlayırdı.
Bir sıra böhranlar idealistlərin şikayətlərinin haqlı olduğunu göstərdi. Yarım əsr davam edən xoş günlərdən sonra sülh və inkişaf eroziya etməyə, dağılmağa başladı. Paytaxtın lap yanında qiyam baş verdi. İğtişaşlar vaxtı yerli qubernatorların özlərinin qabiliyyətsizlikləri üzə çıxdı. Hsi Hsiya tərəfindən şimali-qərb sərhədində təhlükəli müdaxilədə vassal statusunu rədd etməklə, onlar özlərini müstəqil çarlar elan etdilər. Digər təhlükəli müdaxilə vasitəsilə Xitan hərbi tarazlığın dəyişilməsindən fayda götürdü, 1043-1044-cü illərin böhranlı şəraitlərində sərhəddə Hsi Hsianı dayandırıb, onu Suna fövqəlimperiya kimi hörmət bəsləməyə məcbur etdi. Aşağı Xitanla sülh illik bacın böyüməsinə səbəb oldu.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2015.- 8 avqust.-20.