Milli dövlətçilik və diplomatiya tariximizin görkəmli simaları: Məmməd Həsən Hacınski

 

 

(Əvvəli ötən sayımızda)

 

Görkəmli dövlət xadimi Məmməd Həsən Hacınski Bakı-Batum neft kəmərinin istismarına Cənubi Qafqaz dəmir yolunun istifadəsinə dair sazişlərin bağlanmasında da yaxından iştirak edib.

 

1918-ci ilin yayında Gürcüstan hökumətinin regiondakı vəziyyətdən istifadə edərək Borçalı mahalını özününküləşdirmək cəhdlərinə, buradakı yerli türk əhalisinin incidilməsinə onların kömək haqqında müraciətlərinə Azərbaycan hökuməti fəal reaksiya verir. Xarici işlər naziri M. H. Hacınski iyunun 14-də Gürcüstan Respublikasının xarici işlər nazirinə məktubla müraciət edərək qoşunların Borçalıdan dərhal çıxarılmasını tələb edir.

 

O, həmçinin Gürcüstan Ermənistan hökumətləri ilə sərhədlərin müəyyənləşdirilməsi üzrə komissiyanın yaradılmasına dair danışıqlar aparırdı. Xarici işlər naziri M. H. Hacınski 1918-ci il iyulun 15-də baş nazir F. X. Xoyskiyə müraciət edərək ermənilərin müsəlman əhaliyə qarşı törətdiyi soyqırımı araşdıracaq komissiyanın yaradılması ilə bağlı təşəbbüs irəli sürüb.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci hökumətində xarici işlər naziri olmuş Hacınski 1918-ci il oktyabrın 6-da isə maliyyə naziri təyin olunub. M. H. Hacınski maliyyə naziri kimi fəaliyyət göstərdiyi müddətdə öz diplomatik bacarığından istifadə edərək Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin inkişaf etdirilməsində xüsusi rol oynayıb. Bu baxımdan Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında Hacınskinin maliyyə naziri kimi imzalamış olduğu müqaviləni göstərmək olar. M. H. Hacınski həmçinin Cümhuriyyət parlamentinin üzvü olub. Beləliklə öz xüsusi qabiliyyəti vərdişləri, o cümlədən, prosesində qazanmış olduğu diplomatik fəaliyyət təcrübəsi, rəsmən ixtisası olmasa da, isdedadlı diplomat kimi özünü göstərən M.H.Hacınskinin Parisdə keçirilən Versal sülh konfransına göndərilən nümayəndə heyətinin tərkibinə daxil edilməsində əhəmiyyətli amil olub. O, Paris sülh danışıqları zamanı tək Azərbaycanın deyil, Azərbaycan-Gürcüstan birgə iqtisadi bölməsinin sədri kimi Gürcüstanın da mənafeyini müdafiə edib. Belə ki, M. H. Hacınski bir neçə ingilis amerikan cəmiyyətlərinin nümayəndələrilə görüşüb, Cənubi Qafqazın iqtisadi vəziyyəti ilə onları yaxından tanış edib.

 

Həmçinin Azərbaycan-Gürcüstan birgə iqtisadi bölməsinin sədri kimi bu cəmiyyətlərlə bir sıra iqtisadi müqavilələr imzalayıb. Əlimərdan bəy Topçubaşovla birlikdə ABŞ, Britaniya, İtaliya, Almaniya, Türkiyə, İran digər ölkələrin başçıları, dövlət nümayəndələri, diplomatları ilə görüşərək , xalqımızın istiqlal mübarizəsi, ölkənin ağır iqtisadi vəziyyəti həmçinin zəngin neft ehtiyatı barədə məlumat verib, ölkə haqqında dolğun təssürat yaradıb. Lakin müttəfiq dövlətlər Polşa Finlandiyadan başqa yeni yaranmış hökumətlərin müstəqilliyini tanımaq niyyətində deyildilər.

 

Bununla yanaşı Sülh konfransının keçmiş Rusiyanın cənubunda siyasi-sosial iqtisadi vəziyyəti düzəltmək məqsədi ilə heyət göndərməsi bəzi ümid işartıları da yaradırdı. Bu heyət əsasən amerikalılardan təşkil olunmuş 30 nəfərdən ibarət idi. Heyət isə üç hissəyə bölünürdü. Birinci xüsusi olaraq Qafqaz üçün müəyyən edilmişdi. Qrupun başçısı Mur, M.H. Hacınski qarşısında aşağıdakı sualları qoyurdu:1) Azərbaycan siyasi iqtisadi baxımdan müstəqil yaşaya bilərmi, 2) Bunun üçün sizin maddi mənəvi gücünüz bəs edəcəkmi, 3) Qafqazda ya Zaqafqaziyada federasiya, ya konfederasiya yarana bilərmi, 4)Rusiya Federativ Respublikası yaransa, Azərbaycan onun tərkibinə daxil olmaq istərmi, 5)Siz başqa dövlətin nüfuz imkanlarını düşünürsünüzmü?

 

Azərbaycan nümayəndə heyətinin başçısı yazırdı ki, birinci ikinci suala müsbət cavab verilir, federasiyanın yaranması məsələsinə isə şübhə ilə yanaşırlar, çünkiMüttəfiqlər ermənilərin ifrat tələblərinə güzəştə getmək istəyir, ona görə Türkiyə Azərbaycanın hesabına Böyük Ermənistan yaratmaq istəyən ermənilər bizim federasiyaya daxil olmaq istəmədilər”. Rusiyanın tərkibinə daxil olmaq məsələsində Azərbaycan nümayəndə heyətinin münasibəti qəti mənfi idi. Beşinci sualın cavabında isə HacınskiAzərbaycanda xüsusi iqtisadi maraqları olmayan, mənəvi-ümumbəşəri xarakterli Vilson prinsiplərini əsas tutaraq bizi dəstəkləyə biləcəkAmerikanı nişan verdi. Paris konfransında yaranmış mürəkkəb şəraitə qeyri-müəyyən vəziyyətə baxmayaraq Azərbaycan nümayəndələri, o cümlədən, M.H.Hacınski fəallıq göstərir.

 

Hacınski Azərbaycan Xalq Cümhuriyyəti Dağlılar Respublikası arasında ikitərəfli sazişin imzalanmasında xüsusi rol oynayıb. 1919-cu ilin payızında Azərbaycana qayıdan M.H.Hacınski baş nazir N.Yusifbəyli ilə birlikdə Ermənistan hökuməti ilə danışıqlar aparmaq üçün Tiflisə yola düşüb. Gürcü hökuməti Müttəfiqlərin nümayəndələrinin vasitəçiliyi ilə qərarlaşdırılmış Azərbaycan-Ermənistan danışıqlarında fəal iştirak edib. Tiflisə səfəri zamanı Hacınski Parisdə Azərbaycan-Gürcüstan birgə iqtisadi bölməsinin sədri kimi Gürcüstan hökumətinə məruzə edib, iri ingilis amerikan cəmiyyətləri ilə Azərbaycan Gürcüstan üçün çox mühüm sərfəli olan iqtisadi müqavilələrin layihələrini gətirdiyini bildirib. Dövlət Müdafiə Komitəsinin 1919-cu il 9 dekabr tarixli qərarı ilə Hacınski Fətəli xan Xoyski Məmmədrza bəy Vəkilovla birlikdə Azərbaycan-Ermənistan konfransında iştirak edəcək nümayəndə heyətinə daxil olub. Azərbaycan hökumətinin diplomatik hücumları şəraitində dekabrın 14-də Bakıda Azərbaycan-Ermənistan danışıqları başlanıb.

 

Konfransda çıxış edən Hacınski diqqəti Azərbaycan Ermənistan respublikaları arasında münasibətlərdə əsas maneə olan mübahisəli ərazi məsələsinə çəkərək bildirib ki, Qafqaz respublikaları müstəqil dövlət kimi ittifaqda-konfederasiyada birləşsələr, bu kimi mübahisəli məsələr öz-özünə həll ediləcək. M.H.Hacınski 1919-cu il 2-11 dekabr tarixində keçirilən Müsavat partiyasının 2-ci qurultayında partiyanın siyasi komissiyasının MK-nın üzvü seçilib. 1919-cu il dekabrın 24-də N. Yusifbəylinin təşkil etdiyi 4-cü hökumət kabinəsində o, daxili işlər naziri, 1920-ci il fevralın 18-dən isə ticarət sənaye naziri vəzifələrini icra edib. 1920-ci il martın 30-da hökumət istefa verdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yeni hökumətin təşkilini Hacınskiyə tapşırıb. O, bir müddət parlamentdə fəaliyyət göstərən partiya fraksiyaların nümayəndələri ilə danışıqlar aparıb, hətta bolşeviklərlə görüşüb, onlara da öz hökumətində nazir vəzifəsi təklif edib. Bolşeviklərdən müsbət cavab almayan Hacınski aprelin 22-də parlamentin sədri vəzifəsini icra edən Məmməd Yusif Cəfərova yeni hökumət təşkil etməyin qeyri-mümkünlüyünü bildirib. Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Azərbaycan Sovet Sosialist Respublikasında Ali Xalq Təsərrüfatı Şurasında, həmçinin Zaqafqaziya Dövlət Plan Komitəsində yüksək vəzifələrdə çalışıb. Dövri mətbuatda Azərbaycanda gedən tikinti quruculuq işləri ilə bağlı məqalələri dərc edilib.

 

Sovet hakimiyyəti illərində Azərbaycanın bir çox görkəmli ictimai-siyasi xadimləri kimi Hacınski repressiyaya məruz qalıb. Azərbaycan Milli Mərkəzinin işi üzrə ittiham olunan Hacınski ağır həbsxana həyatına dözməyərək ürək xəstəliyinə vərəmə tutulub. İstintaq sənədlərinə görə isə, o, 1931-ci ildə özünü asmaqla intihar edib.

 

Ramil HİKMƏT

525-ci qəzet.- 2015.- 15 avqust.- S.18.