Klassik musiqimiz Avstriyada səslənib
Avstriyanın Karintiya əyalətində
klassik Azərbaycan musiqisindən ibarət konsert keçirilib.
Alp dağlarının qoynunda
yerləşən Hayliqenblut
qəsəbəsində baş
tutan konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və
məşhur violonçel
ifaçısı və
dirijor Dmitri Yablonski, eləcə də Vyana Konservatoriyası, Riçard Vaqner Konservatoriyası və Vyana Musiqi və
Təsviri İncəsənət
Universitetinin azərbaycanlı
tələbə və
məzunları çıxış
ediblər.
Hayliqenblut bələdiyyəsinin tədbir
zalında keçirilən
tədbirdə yerli bələdiyyə və icra hakimiyyətinin rəsmiləri, ictimaiyyət
nümayəndələri, musiqisevərlər iştirak
ediblər.
Azərbaycan musiqi və mədəniyyətini Avstriyanın
ən məşhur yay-qış turizm regionlarından birində tanıtmağa xidmət edən konsert Avstriyada fəaliyyət göstərən Azərbaycan
Mədəniyyət Mərkəzi
və Hayliqenblut qəsəbəsində yerləşən
“Hotel Rupertihaus” otelinin
birgə təşəbbüsü,
Hayliqenblut bələdiyyəsinin
dəstəyi ilə gerçəkləşib.
Tədbiri giriş sözü
ilə açan “Hotel
Rupertihaus” otelinin sahibi, iş adamı Fərid Haqverdiyev qonaqları salamlayıb.
O, qonaqlara Azərbaycan
haqda ümumi məlumat verərək, hər iki ölkə
arasında oxşar cəhətlərə toxunub,
hər iki xalqın yüksək mədəni-incəsənət irsinə malik olduğunu, Motsart və Üzeyir Hacıbəyli dühalar yetişdirdiyini, mədəniyyət
və klassik musiqidə qarşılıqlı
maraq doğuran ortaq nöqtələrin mövcudluğunu qeyd edib.
F.Haqverdiyev Azərbaycan musiqisi və mədəniyyətini
Avstriya ictimaiyyətinə
tanıtmağa xidmət
bu kimi tədbirlərin
gələcəkdə də
mütəmadi şəkildə
müxtəlif məkanlarda
keçiriləcəyini diqqətə
çatdırıb və
bu tədbirlərin ənənə xarakteri alacağına ümidvar olduğunu bildirib.
Hayliqenblut qəsəbəsinin meri Yozef Şaxner belə bir layihəyə
təşəbbüs göstərdiyinə
görə Azərbaycan
tərəfinə təşəkkür
edib. O bildirib ki, bu kimi tədbirlər
hər iki ölkə arasında mədəni əlaqələrin
dərinləşməsinə töhfə verməklə
yanaşı, klassik musiqi həvəskarları
üçün yüksək
bədii keyfiyyətlərə
malik Azərbaycan musiqisi ilə tanış olmaq imkanı yaradacaqdır.
Sonra musiqiçilərə
xatirə hədiyyələri
təqdim olunub.
Konsertdə Azərbaycan bəstəkarları
Üzeyir Hacıbəyli,
Niyazi, Soltan Hacıbəyli, Qara Qarayev, Vasif Adıgözəlov, Fikrət
Əmirov, Tofiq Quliyev və digərlərinin əsərləri
səsləndirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 22 avqust.- S.13.